Üç dost Bakının məşhur restoranında yeyib-içib qaçdılar

Üç dost Bakının məşhur restoranında yeyib-içib qaçdılarBakıda məşhur restoranda yeyib-içdikdən sonra hesabı ödəmədən qaçan edən şəxslər saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən "Atilla" restoranında baş verib.

Belə ki, aprelin 12-dən 13-nə keçən gecə 2003-cü ildə Rusiyanın Kazan şəhərində anadan olmuş T.R. iki dostu ilə birlikdə sözügedən restorana gələrək oradakı kabinetlərdən birində yeyib-içiblər. Daha sonra T.R. hesabı ödəmədən, həmçinin restorana məxsus 180 manat dəyərində səsgücləndiricini gizlincə götürərək oradan qaçıb.

Onunla birlikdə restoranda olan dostları isə baş verənlərdən sonradan xəbərdar olduqlarını bildirərək restorandan xəbərsiz şəkildə ayrılıblar.

Restoran rəhbərliyinin şikayəti əsasında hər üç şəxs saxlanılıb. Onlardan yalnız T.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.

Məhkəmədə T.R. özünü təqsirli bildiyini, hadisə zamanı sərxoş olduğunu və səsgücləndiricinin cibində olduğunu unutduğunu qeyd edib. O, 118 manatlıq restoran hesabını ödəmədən 180 manatlıq avadanlığı götürdüyünü və etdiyi əməldən peşman olduğunu bildirib. Həmçinin, səsgücləndiricini geri qaytardığını da əlavə edib.

Məhkəmənin qərarı ilə T.R. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə təqsirli bilinib və ona 160 saat ictimai iş cəzası verilib. O, cəza müddətində elektron qolbaqla nəzarətdə saxlanılacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 922   Tarix: 19 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəqəmsallaşmanın və rəqəmsal mühitin genişlənməsinin təsirləri

"Rəqəmsallaşmanın və rəqəmsal mühitin genişlənməsi iqtisadiyyatın və cəmiyyətin inkişafına əhəmiyyətli təsir göstərir". Bunu BİG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliye

12:02 184
.

Polşa Ukraynanı dəstəkləməyə davam edəcək

ABŞ və NATO-nun müraciəti əsasında Ukraynaya bir neçə "Patriot" raketinin verilməsi düzgün addımdır və hökumətin bu qərarını şəxsən müdafiə edəcəyəm. xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib. "Polşa Ukraynanı dəstəkləyəcək və bacardığı qədər kömək edəcək

20:45 1
.

Tələbə vəfat etdi

Lənkəran Dövlət Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 1-ci kursu bitirən Mirəkbər Muxtarov dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:46 241
.

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

Dünən İranın Şiraz şəhərində həyata keçirilən kütləvi raket zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandanı öldürülüb. Bizim.Media xəbər verir ki, bu barədə İranın müxalif media resursları məlumat yayıb. Hücumun əsas hədəfi SEPAH-ın Şirazdakı "Sarallah"

21:15 1
.

Türkmənistan Azərbaycandakı səfirliyi üçün yeni bina tikəcək

Türkmənistan Azərbaycandakı səfirliyi üçün yeni inzibati bina tikməyi planlaşdırır. "Qafqazinfo" "Turkmen Portal" nəşrinə istinadən xəbər verir ki, Türkmənistanın Tikinti və Memarlıq Nazirliyi səfirliyin yeni inzibati binasının tikintisi üçün beynəlxalq müsabiqə elan edib. Müsabiqəd

16:55 158
.

Yunanıstan ABŞ-ın Ərdoğana F-35 satmasının narahatlıq doğurduğunu bildirib və Ankaradan təhlükəsizlik zəmanəti tələb edib

Yunanıstanın müdafiə naziri Nikos Dendias bildirib ki, Yunanıstan Türkiyənin yeni nəsil Türkiyə "Kaan" döyüş təyyarələri üçün nə F-35 qırıcı təyyarələri, nə də mühərrikləri almasını "xoş qarşılamaz". BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Yunanıstan, Tramp administrasiyasını

13:10 201
.

Kıvanç Tatlıtuğun ikinci övladı olacaq? - Yenilənib

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun ikinci övladı olacaq. Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktyorun xanımı Başak Dizerin 5 aylıq hamilə olduğu bildirilib. Cütlüyün qız övladı dünyaya gələcək. Qeyd edək ki, Kıvançla Başakın bir oğul övladı var. *. Başak Dizer türk mediasında hamilə olmas

14:46 444
.

Maaş artımları inflyasiyanı üstələyirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda orta aylıq nominal əməkhaqqının artması ilə bağlı statistika mütəmadi olaraq açıqlanır. Rəsmi rəqəmlər maaşların yüksəldiyini göstərsə də, gündəlik həyatda qiymət artımları fonunda bu artımın vətəndaşların real gəlirlərinə necə təsir etdiyi müzakirə mövzusu olaraq qalır. Bəs maaş artımlar

12:45 214
.

"Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?"

"O vaxt Azərbaycanın hər bölgəsi öz məhsulu ilə tanınırdı. Qubanın alması, Göyçayın "Gülöyşə" narı, Lənkəranın çayı, Gədəbəyin ağçiçək kartofu, Şəkinin tütünü, Zaqatalanın fındığı, Muğanın taxılı, Sabirabadın bostan məhsulları uzun illər aparılan seleksiya işlərinin, yerli genetik ehtiyatları

12:46 214
.

TOP MP3