Sevdiyi qıza görə özünü yandıran Ceyhun uşaq evində böyüyübmüş - Anasının da ölümünə səbəb olub
Masallının Mahmudavar kənd sakini, Tovuzda istədiyi qıza görə özünü yandıran 1993-cü il təvəllüdlü Ceyhun Cabbarovun hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Oxu.Az bildirir ki, yaxınlarının "Teleqraf"a verdiyi məlumata görə, Ceyhunun atası Elşad Cabbarov oğlundan imtina edib.
Qeyd edilib ki, C.Cabbarov 3 yaşından uşaq evində böyüyüb. Onun bir bacısı var. Daha sonra anası övladlarını geri götürərək, Tovuza köçüb. Bir müddət birlikdə sözügedən rayonda yaşayıblar.
İddiaya görə, anasının ölümünə Ceyhun səbəb olub. Belə ki, o, valideynini dəfələrlə döyərək ondan pul tələb edib. Buna görə də, anası 3-4 il əvvəl xəstəlik taparaq dünyasını dəyişib.
Atası Elşad Cabbarov isə uzun illərdir Bakıya köçüb və ailə həyatı qurub, iki övladı var. Qeyd olunur ki, Ceyhun atasını da bir neçə dəfə öldürməyə cəhd göstərib. Buna səbəb kimi isə onların uşaq evinə atılması görstərilibmiş. Vurğulanır ki, Elşad Cabbarov onkoloji xəstədir və hazırda vəziyyəti ağırdır.
Ata oğlunun həyatına qəsd etməsini bilsə də, səhhəti ilə maraqlanmayıb. Elşad Cabbarova oğlunun özünə qəsd etdiyi barədə xəbəri isə intihara cəhd göstərən şəxsin əmisi Elman Cabbarov verib.
Məlumata görə, əmisi də qardaşı oğlundan imtina edib. Vurğulanır ki, buna səbəb Ceyhunun bir neçə il əvvəl əmisi ilə dalaşması olub. Yaxınları bildirirlər ki, Elman qardaşı uşaqlarını illər əvvəl - həbsxanadan çıxdıqdan sonra himayəsinə götürmək istəsə də, buna icazə verilməyib. Adıçəkilən şəxsə məlumat veriblər ki, uşaqları yalnız ata və anası yenidən himayəyə götürə bilər. Lakin daha sonra qeyd olunduğu kimi, anası övladlarına sahib çıxıb.
Ceyhunun ata nənəsinə isə hadisə ilə bağlı heç bir məlumat verilməyib. Sözügedən şəxsin səhhəti ilə yeganə maraqlanmaq istəyən Ceyhunun bacısı olub. Lakin bunun da qarşısını onun əmisi Elman Cabbarov alıb.
Bildirilib ki, Ceyhun uzun müddət bacısı və onun yoldaşından zəng edərək pul istəyirmiş. Həmçinin qeyd olunur ki, dayısı onu Rusiyaya işləməyə aparmağa çalışsa da, Ceyhun razı olmayıb.
Yaxınları həmçinin Ceyhunun qıza görə özünü yandırmağa cəhd göstərməsini əsas gətirərək, ondan imtina etdiklərini bildirirlər.
16:48
Masallı rayonu, Mahmudavar kənd sakini, 1993-cü il təvəllüdlü Ceyhun Cabbarov istədiyi qıza görə özünü yandırıb.
Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Tovuz rayonunda qeydə alınıb.
Hadisədən sonra xəstəxanaya yerləşdirilən C.Cabbarovun bədəninin 60%-nin yandığı məlum olub.
Faktla bağlı araşdırma başlanılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1315 Tarix: 18 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakı yenidən qlobal iqlim gündəminin mərkəzində: İqlim fəaliyyətindən real nəticələrə doğru
Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 Azərbaycanın iqlim gündəliyində yeni mərhələnin başlanğıcıdır. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil. Bu məsələ XXI əsrin iqtisadi, enerji, sosial, texnoloji və hətta geosiyasi gündəminin əsas istiqamətlərindən birinə çevrilib. Temperatur artımı, su ehtiyatlarını
10.09.2026 192 Acun: "Bugünkü uğurumun sirri əslində tənhalıqdır"
Türkiyəli televiziya rəhbəri və iş adamı Acun Ilıcalı valideynlərini erkən yaşda itirməsinin həyatına və karyerasına təsirindən danışıb. BİG.AZ -a istinadən xəbər verir ki, o, əldə etdiyi uğurların arxasında yaşadığı çətinliklərin və tənhalığın mühüm rol oynadığını bildirib. Acun Ilıcalı etiraf edi
10.09.2026 95 Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi
Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb. -ın əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir. Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyə
10.09.2026 390 "Porsche" "Bugatti"ni 1 milyard avroya satdı
"Volkswagen Group"a daxil olan Almaniyanın lüks avtomobil markası "Porsche" "Bugatti" və "Rimac" şirkətlərindəki paylarının satışını tamamlayıb. Qaynarinfo xəbər verir ki, "Porsche" "Bugatti" markasına nəzarət edən şirkətdəki 45 faizlik, Xorvatiyanı
10.09.2026 1 İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA
Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini
10.09.2026 202 Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey
10.09.2026 225 Bu atları saxlayanlara 1000 manat veriləcək
"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"
10.09.2026 194 Harri İngiltərədə xoşbəxt deyil
Britaniya kral ailəsinin üzvü, şahzadə Harri ölkəsinə qayıtdıqdan sonra emosional vəziyyəti ilə bağlı yeni iddialar ortaya çıxıb. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kral ailəsi üzrə ekspert və şərhçi Şarlotta Qriffits Harri ilə bağlı diqqətçəkən açıqlamalar verib. Onun sözlərinə görə
10.09.2026 134 Bakının bu ərazilərində kirayə mənzillər niyə bahalaşacaq?
"Hazırda Bakı kirayə bazarına təsir edən bir neçə fundamental amil var. İlk növbədə, şəhər əhalisinin və daxili miqrasiyanın paytaxtda cəmləşməsi, yeni ailələrin formalaşması və müəyyən kateqoriyalı vətəndaşların mənzil almaq əvəzinə kirayəyə üstünlük verməsi tələbi artırır". Bunu BİG.AZ-
10.09.2026 212