Bu şəxslər hərbi xidmətə çağırılmayacaq
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bildirilib ki, hərbi xidmətdən yayınanlarla bağlı mühüm qərarlar qəbul edilib. Belə ki, Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətdən yayınma halları ilə mübarizəni gücləndirir.
Bəs hansı xəstəliyi olanlar hərbi xidmətə çağırılmır?
BiG.AZ xəbər verir ki, hərbi-ekspert Üzeyir Cəfərov Bizim.Media-ya açıqlamasında bildirib ki, rəsmi açıqlamalardan məlumdur ki, ölkəmizdə hərbi xidmətdən yayınma halları mövcud deyil. Bununla bağlı Dövlət Xidməti də ciddi tədbirlər görür:
"Sözsüz ki, minlərlə insan arasında bəziləri ola bilsin ki, hərbi xidmətdən yayınmağa meyillidir. Ancaq hüquq mühafizə orqanları tərəfindən görülən tədbirlər sayəsində onlar öz istəklərinə nail ola bilmir", - deyə ekspert bildirib.
Xəstəliklə bağlı hərbi xidmətdən yayınma hallarına gəlincə, ekspert bu xəstəliklərin müxtəlif xarakter daşıya biləcəyini vurğulayıb:
"Buna anadangəlmə xəstəliklər, infeksion xəstəliklər, irsi xəstəliklər daxildir. Sözsüz ki, bu xəstəliyi olanlar hərbi xidmətə çağırılmır. Daha ətraflı desək, sinir və psixi sağlamlıq xəstəlikləri, reproduktiv orqan xəstəlikləri, həzm sistemi xəstəlikləri, qulaq, burun və boğaz xəstəlikləri və bu kimi bədən üzvləri ilə bağlı bir sıra xəstəliyi olan şəxslər hərbi xidmətə yarasız sayılır. Bununla bağlı "e-qanun.az" saytında əhatəli məlumat mövcuddur", - deyə o bildirib.
Ekspert qeyd edib ki, vacib şərtlərdən biri hər bir kişi cinsindən olan şəxsin öz borcunu yerinə yetirməsidir:
"Bu gün baxanda görünür ki, tanınmış şəxslərin çoxu hərbi xidmətdə olmayıblar. Mən insan tanıyıram uzun illər əvvəl onunla bağlı mətbuatda geniş müzakirələr aparılıb, amma, araşdırıb arxivinə baxsaq, həmin adamın hərbi xidmətdə olmadığı məlum olar. Ona görə deyirəm ki, səslənirəm ki, hər bir şəxs kimliyindən asılı olmayaraq Vətən qarşısında öz borcunu yerinə yetirməlidir!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1282 Tarix: 18 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind
10.09.2026 163 "Porsche" "Bugatti"ni 1 milyard avroya satdı
"Volkswagen Group"a daxil olan Almaniyanın lüks avtomobil markası "Porsche" "Bugatti" və "Rimac" şirkətlərindəki paylarının satışını tamamlayıb. Qaynarinfo xəbər verir ki, "Porsche" "Bugatti" markasına nəzarət edən şirkətdəki 45 faizlik, Xorvatiyanı
10.09.2026 1 Rusiya qüvvələri Kiyevdəki yanacaqdoldurma məntəqəsinə hücum edib, dörd nəfər yaralanıb
Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevdə ilk dəfə olaraq yanacaqdoldurma məntəqəsinə hücum edərək dörd nəfəri yaralayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə mer Vitali Kliçko və "Ukrnafta" neft şirkəti cümə axşamı bildirib. Fövqəladə Hallar Xidmətinin verdiyi məlumat
10.09.2026 196 Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir:. "Hörmətli həmvətənlər!. Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixə
10.09.2026 196 Prezident Qaradağda açılışda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabrior
10.09.2026 226 "Barselona" bu mövsüm bütün oyunlarını 22:3 hesabı ilə qazanıb
İspaniya çempionu "Barselona" bu mövsüm bütün oyunlarında 22:3 hesabı ilə qalib gəlib. xəbər verir ki, Çempionlar Liqasının ilk turunda Hans-Diter Flikin komandası "Feyenoord"u 5:1 hesabı ilə darmadağın edib. Kataloniya klubu bundan əvvəl "Valensiya"nı (5:0), "Ray
10.09.2026 163 Putin Hindistana gedir
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-dən 13-dək Hindistanda işgüzar səfərdə olacaq. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib. Məlumata görə, Putin sentyabrın 12-dən 13-dək Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcə
10.09.2026 181 "BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?
Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb. The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşların
10.09.2026 195 Harri İngiltərədə xoşbəxt deyil
Britaniya kral ailəsinin üzvü, şahzadə Harri ölkəsinə qayıtdıqdan sonra emosional vəziyyəti ilə bağlı yeni iddialar ortaya çıxıb. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kral ailəsi üzrə ekspert və şərhçi Şarlotta Qriffits Harri ilə bağlı diqqətçəkən açıqlamalar verib. Onun sözlərinə görə
10.09.2026 134