"Nazir söz verdi ki, problemlər öz həllini tapacaq"
Aprelin 16-da mədəniyyət naziri Adil Kərimli Akademik Milli Dram Teatrının kollektivi ilə görüşüb. Nazir bildirib ki, Bakıda və bölgələrdə teatrların fəaliyyəti üçün müasir şərait qurulur, maddi-texniki təchizatı möhkəmləndirilir. Teatrlar da yaradılan şəraitdən səmərəli istifadə etməli, daha effektiv fəaliyyət göstərməlidirlər. Xüsusilə də gənc əməkdaşların bilik və bacarıqlarının artırılması diqqətdə saxlanılmalı, bununla bağlı konkret addımlar atılmalıdır.
Axşam.az xəbər verir ki, Xalq artisti Sabir Məmmədov nazirin teatr kollektivi ilə görüşü haqqında açıqlama verib.
Aktyor bildirib ki, mədəniyyət naziri teatrın qarşısında duran bütün problemlərlə yaxından tanışdır:
"Görüş çox maraqlı və faydalı oldu. Nazir yaradıcılıqla, teatr fəaliyyəti ilə bağlı konkret məqamlara toxundu. Xarici qastrolların təşkili, keyfiyyətli tamaşaların hazırlanması, rejissor və aktyor problemi və s. Bizim qarşımızda duran əsas istiqamətlər bunlardır. Dedi ki, teatrın Bədii Şurasının qarşısında çox ciddi məsələlər dayanır. Daha sonra dövlət dəstəyi haqqında danışdı. Dövlətimizin teatra diqqəti və qayğısı həmişə olub, bundan sonra da olacaq. Nurəddin Mehdixanlının çıxışı, təklifləri hər kəsin ürəyincə oldu. Görüş konstruktiv və demokratik keçdi. Hər kəs öz iradını, təklifini, narahatlığını dilə gətirdi. Hər bir suala cənab nazir geniş cavab verdi. Söz verdi ki, kimi hansı problemlər narahat edirsə, onlar gələcəkdə öz həllini tapacaq.
Nazirin çıxışı çox xoşumuza gəldi. Səbirli, intellektual, dünyanın mədəni prosesini bilən, aktyorlara xüsusi diqqət göstərən bir insandır. Adil müəllimin komandası da çox uğurlu komandadır. Çevik, operativ işləyirlər. Güman edirəm, cənab nazirin gəlişi, bizi dinləməsi teatrımızın gələcəyi üçün keyfiyyətli işlərin ortaya çıxmasına səbəb olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 762 Tarix: 18 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir:. "Hörmətli həmvətənlər!. Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixə
10.09.2026 196 İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA
Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini
10.09.2026 202 2900 kilometr dərinlikdə təəccüblü kəşf: 6 yeni struktur aşkarlandı
Çinli alimlər son 35 ildə qeydə alınmış 2 milyondan çox zəlzələ məlumatını maşın öyrənməsi vasitəsilə araşdıraraq nüvə-mantiya sərhədində əvvəllər sənədləşdirilməmiş 6 böyük struktur aşkar ediblər. Bu strukturların nədən ibarət olduğu hələlik məlum deyil. Qaynarinfo xəbər verir ki, dünyanın yüzlərlə
10.09.2026 1 Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi
Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb. -ın əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir. Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyə
10.09.2026 390 Prezident Qaradağda açılışda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabrior
10.09.2026 226 Bu atları saxlayanlara 1000 manat veriləcək
"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"
10.09.2026 194 "Razılaşmaya Putin və Zelenski arasındakı şəxsi nifrət mane olur" - Tramp
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanmasına mane olan əsas amili açıqlayıb. "AzPolitika" xəbər verir ki, Ağ Ev rəhbəri tərəflər arasında razılaşmanın əldə olunmasına Volodimir Zelenski ilə Vladimir Putin arasındakı şəxsi nifrəti
10.09.2026 100 Ərzaqlar niyə əvvəlkindən daha tez xarab olur? - Mütəxəssisdən AÇIQLAMA
"Ərzaqların əvvəlkindən daha tez xarab olması ilə bağlı müşahidələr həqiqətən geniş yayılıb. Lakin bunu ümumi şəkildə "qidaların keyfiyyəti pisləşib" kimi izah etmək düzgün olmaz. Burada bir neçə amil rol oynaya bilər". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib
10.09.2026 194 22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu
Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio
10.09.2026 167