Paşinyanın "mehriban" çıxışı sülhə ümid verir – Bəs ona etibar etmək olarmı?

Paşinyanın "mehriban" çıxışı sülhə ümid verir – Bəs ona etibar etmək olarmı?Ermənistan-Azərbaycan münaqişəsi XX əsr tarixinin ən faciəli qarşıdurmalarından biri kimi yadda qalıb. Bu münaqişənin nəticələri milyonlarla azərbaycanlının həyatına və taleyinə dərin təsir göstərib.

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətlərin yaxşılaşacağına dair verdiyi "mehriban" mesajlar sülh sazişinin ölkəmizin istədiyi şərtlər çərçivəsində imzalanacağına ümid yaradır.

Lakin sual yaranır: Paşinyana bu çıxışından sonra etibar etmək olarmı?

Siyasi ekspertlərə görə, Paşinyanın sülhdən danışması fonunda Ermənistanın Azərbaycanla sərhəddə hərbi aktivliyi, rəsmi İrəvanın sülhə deyil, daha çox zaman qazanmağa və manipulyasiyaya çalışdığını göstərir. Çünki Ermənistanın tarix boyu sərgilədiyi siyasi davranışlar onun qətiyyətli və davamlı sülh mövqeyi tutmadığını ortaya qoyur.

Bəzi politoloqlar isə hesab edir ki, Ermənistan bu gün həm beynəlxalq dəstəkdən məhrum olmaq təhlükəsi ilə üz-üzədir, həm də daxili təzyiqlər səbəbindən sülhü yeganə çıxış yolu kimi təqdim etməyə məcburdur. Bu isə rəsmi İrəvanın ritorikasını dəyişməsinə səbəb olub.

Bütün hallarda Azərbaycanın prinsipləri və qırmızı xətləri açıq və dəyişməz olaraq qalır: sülh yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə tanındığı halda mümkündür.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Ermənistana və bu ölkəni idarə edən istənilən siyasi qüvvəyə inanmaq sadəlövhlük olardı. Çünki erməni xisləti və təfəkkürü türklərə, o cümlədən azərbaycanlılara qarşı nifrət üzərində formalaşıb. Ermənistanın siyasi hədəfləri bu dövlətin Azərbaycana qarşı mübarizə üçün qurulduğunu göstərir.

Politoloqun sözlərinə görə, Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq – bu, Paşinyan hakimiyyətinə də aiddir – onların vədlərinə və tez-tez dəyişən mövqelərinə inanmaq olmaz:

"Azərbaycan da Ermənistana etibar etmir. Rəsmi Bakı bütün məsələləri hüquqi yolla həll etməyə çalışır və bu baxımdan Azərbaycan dövlətinin siyasəti tamamilə doğrudur."

Elçin Xalidbəyli qeyd edib ki, Paşinyanın son açıqlamaları siyasi manipulyasiyalardan başqa bir şey deyil:

Paşinyanın "mehriban" çıxışı sülhə ümid verir – Bəs ona etibar etmək olarmı?"Baş nazir Paşinyan şəxsən siyasi manipulyasiyalarla məşğuldur. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə Azərbaycanla sərhəddə hərbi qüvvə cəmləşdirir. Ermənistanın hansı şəraitdə sülhə və ya savaşa ehtiyacı olarsa, o istiqamətdə hərəkət edir. Bu isə onların xain xislətindən əl çəkmədiyini göstərir."

Politoloq bildirib ki, Paşinyanın son vaxtlar sülhlə bağlı açıqlamalar verməsi və sülh sazişinə açıq olduğunu bildirməsi, Ermənistanın ağır vəziyyətə düşməsinin göstəricisidir:

"Qərbə inteqrasiya siyasəti iflasa uğrayıb. Rusiyaya qarşı sərgilədiyi münasibət ona ciddi problemlər yaradıb. Hazırda Ermənistan qeyri-müəyyən bir durumda qalıb və həm Qərbə, həm də Rusiyaya tərəf yönəlməkdə çətinlik çəkir. Beynəlxalq himayədarlarının dəstəyi də getdikcə zəifləyir."

Ekspert hesab edir ki, əgər vəziyyət belə davam edərsə, Ermənistan tamamilə dəstəksiz qalacaq və Azərbaycanın qarşısında duruş gətirə bilməyəcək:

"Bu səbəbdən sülh tezislərini gündəmdə saxlayaraq eyni zamanda savaşa da hazırlaşırlar. Lakin bu da bir hiyləgərlikdir. Ermənistan sülh sazişi imzalanacağı halda Azərbaycanın əsas iki şərtindən yayınmağa çalışır."

Elçin Xalidbəylinin fikrincə, Ermənistan konstitusiyasını dəyişməkdə maraqlı deyil və sadəcə bəyanatlarla kifayətlənir:

"Hazırda Ermənistan xaotik şəkildə mövqeyini dəyişir, yəni qeyri-sabit və ziddiyyətli bir xarici siyasət yürüdür. Hər kəsdən dəstək almağa çalışır, lakin real nəticə əldə edə bilmir. Bu baxımdan Ermənistan üçün çətin dövr başlayıb. Nəticə etibarilə Ermənistan Azərbaycanın şərtləri daxilində sülh sazişini imzalamağa məhkumdur."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 928   Tarix: 18 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıl və gümüşün bu günə olan qiyməti açıqlandı

Qızıl və gümüşün bu günə olan qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 10 sentyabr 2026-cı il tarixinə qızılın 1 unsiyasının qiyməti 7448,7965 manat, 1 qramının qiyməti isə 239,48 manat təşkil edib. 99 əyyar təmiz qızılın 1 qramı 239,48 manat, 750 əyyar İtalyan qızılının 1 qramı 179,7

10.09.2026 139
.

Putin Hindistana gedir

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-dən 13-dək Hindistanda işgüzar səfərdə olacaq. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib. Məlumata görə, Putin sentyabrın 12-dən 13-dək Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcə

10.09.2026 181
.

"Razılaşmaya Putin və Zelenski arasındakı şəxsi nifrət mane olur" - Tramp

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanmasına mane olan əsas amili açıqlayıb. "AzPolitika" xəbər verir ki, Ağ Ev rəhbəri tərəflər arasında razılaşmanın əldə olunmasına Volodimir Zelenski ilə Vladimir Putin arasındakı şəxsi nifrəti

10.09.2026 100
.

Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video

Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel

10.09.2026 307
.

Sİ-ni "Psixoloq" kimi istifadə etmək: Emosional dəstək, yoxsa təhlükəli yanılsama?

"İnsanların süni intellektlə (Sİ) dərdlərini və problemlərini bölüşməsi bir növ emosional boşluğu doldurmaq cəhdi kimi görünə bilər. Lakin burada ciddi risklər də var. Sİ insanın hisslərini real şəkildə yaşamır və anlamır. O, istifadəçinin yazdığı kədərli ifadələrə uyğun statistik olaraq ən münasi

10.09.2026 225
.

1990-cı və 2000-ci illərin ayaqqabıları yenidən dəbdə

1990-cı və 200-ci illərdə xüsusilə populyar olan ayaqqabı modelləri bu payız yenidən dəb dünyasının əsas trendləri sırasına daxil olub. xarici mediaya istinadən xəbər verir ki, yeni mövsümdə hündür platformalı ayaqqabılara maraq artıb. Platformalı sandallar, başmaqlar və qalın altlıqlı idman ayaqqabılar

10.09.2026 177
.

Heyvanların dünyanı insanlardan fərqli görməsinin SƏBƏBİ

İnsanın gördüyü dünya ətraf mühitin mümkün görüntülərindən yalnız biridir. Heyvanlarda görmə qabiliyyəti gözün quruluşundan və onun necə işləməsindən birbaşa asılıdır. Əksər heyvanlar rəngləri seçə bilsə də, həşəratların, balıqların, quşların və məməlilərin görmə mexanizmləri bir-birindən ciddi şəkild

10.09.2026 169
.

Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"

Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə

10.09.2026 319
.

Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib

Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi

10.09.2026 185
.