"Titanik"in ən bədbəxt sərnişininin hekayəsi - Həqiqət 113 il sonra üzə çıxdı

"Titanik"in ən bədbəxt sərnişininin hekayəsi - Həqiqət 113 il sonra üzə çıxdıGəmi qəzaları deyildikdə ağıla ilk gələn adlardan biri, şübhəsiz, "Titanik"dir. "Heç vaxt batmaz" deyilən bu möhtəşəm gəmi 1912-ci ildə ilk səfərində bir aysberqə çırpılaraq Atlantik okeanının dibinə getmiş və 1.517 nəfərin həyatına son qoymuşdu.

Qaynarinfo xəbər verir ki, hadisədən keçən 113 il ərzində "Titanik" saysız-hesabsız elmi araşdırmalara, sənədli filmlərə və bədii ekran əsərlərinə mövzu olub. Lakin qəzada həlak olanlarla bağlı hələ də tam aydın olmayan faktlar mövcuddur. Bu günlərdə isə daha bir inanılmaz həqiqət gün üzünə çıxıb.

Üzərindəki kağız su izləri daşıyırdı…

"Daily Mail" qəzetinin xəbərinə görə, gənc Ernest Tomlinin cəsədi tapıldıqdan sonra üzərindəki gödəkçənin cibindən çıxan su ləkəli bir kağız parçası onun "Titanik" sərnişini olduğunu sübut edib. Bu sənəd üçüncü dərəcəli sərnişinlərə xidmət edən gəmi restoranına giriş bileti olub. Ailəsinin şəxsi arxivində tapılan bu nadir sənəd 113 il əvvəl taleyin necə yazıldığını nümayiş etdirib.

Tomlin qəza zamanı cəmi 21 yaşında olub və valideynləri Edvin və Harriyet ilə Londonda yaşayıb. Altı bacı-qardaşdan biri olan Tomlin 1907-ci ildə ABŞ-ın Ayova ştatındakı Drake Universitetində ilahiyyat təhsili almağa başlayıb. Lakin sonradan təhsilini yarımçıq qoyaraq İngiltərəyə dönüb və 1912-ci ilin əvvəlində təhsilini davam etdirmək məqsədilə yenidən Amerikaya getməyə qərar verib.

Əslində başqa gəmi ilə səfər etməli imiş

Əgər hər şey plana uyğun getsəydi, Tomlin heç vaxt "Titanik"ə minməyəcəkdi. Onun bileti əslində "RMS Adriatic" adlı başqa bir gəminin üçüncü sinif kabinəsinə aid olub. Lakin həmin dövrdə baş verən kömür tətili bir çox gəmi səfərlərinin ləğvinə səbəb oldu və nəticədə Tomlin də daxil olmaqla bir çox sərnişinin bileti "Titanik"ə transfer edilib.

"Titanik"in səfəri təxirə salınmadı

İngiltərədə 1912-ci ilin fevral ayının sonlarında başlayan ümummilli kömür tətili aprel ayının əvvəlinə qədər davam etmişdi. Uzun məsafəli gəmilər üçün böyük miqdarda kömür lazım olduğundan, bu vəziyyət "Titanik" kimi nəhəng gəmilər üçün ciddi problem idi. Lakin ictimaiyyətin gözləntiləri çox böyük olduğundan, "White Star Line" şirkəti "Titanik"in səfərini təxirə salmaq istəməyib. Nəticədə, "Adriatic" də daxil olmaqla digər gəmilərin yanacaq ehtiyatları "Titanik"ə yönəldilib və bu gəmilərin səfərləri ləğv olunub. Beləliklə, Tomlin də "Titanik" sərnişinləri sırasına daxil olub.
"Titanik"in ən bədbəxt sərnişininin hekayəsi - Həqiqət 113 il sonra üzə çıxdıSənədlərdə ad dəyişikliyi aydın görünür

Tomlinin miqrasiya sağlamlıq sənədində də bu dəyişiklik açıq şəkildə görünür. "ADRIATIC" sözü üstündən iki dəfə xətt çəkilmiş, yerinə "TITANIC" yazılmışdı. Həmin dövrdə aşağı gəlirli sərnişinlərdən, lüks gəmidə səfər etməzdən əvvəl sağlamlıq yoxlamasından keçmək tələb olunurdu. Bu sənədlər, gəmi salamat şəkildə Nyu-Yorka çatsaydı, liman səlahiyyətlilərinə təqdim olunacaqdı. Amma bu sənəd, sonradan Tomlin-in şəxsiyyətinin təsdiqlənməsi üçün istifadə edildi.

Cəsədi üzərində 2 dollar tapıldı

Tomlinin cəsədi "Mackay Bennett" adlı axtarış-kurtarma gəmisinin heyəti tərəfindən sudan çıxarılıb. Cəsədinin üzərindəki jietə tikilmiş şəkildə iki 1 dollarlıq əskinas tapılıb - o, bu pulları ABŞ-da xərcləmək üçün özü ilə götürüb.

Şirkətdən anaya məktublar

Ailə arxivindən çıxan digər sənədlər arasında "White Star Line" şirkətinin Tomlinin anası Harriyetə göndərdiyi məktublar da yer alır. Bu məktublarda Ernest Tomlinin həyatını itirdiyi, şəxsiyyətinin miqrasiya kartı vasitəsilə müəyyənləşdirildiyi qeyd olunub.

13 may 1912-ci il tarixli başqa bir məktubda Kanadanın Halifax şəhərindəki "Xilasetmə Ordusu" təşkilatı tərəfindən onun "dənizdə dəfn edildiyi" qeyd olunub. 23 may tarixində "White Star Line"dan göndərilən məktubda isə Tomlinin şəxsi əşyalarının tezliklə ailəyə göndəriləcəyi bildirilib.

Əşyaların siyahısı da arxivdə tapılıb

Tomlinin şəxsi əşyaları ailəyə çatdırıldıqdan sonra, onun qardaşı Uilyam tərəfindən əl ilə yazılmış siyahı da ailənin arxivində yer alıb.

Bu sənədlər, "Titanik" mövzusunda çalışan ekspertlər və kolleksiyaçılar üçün belə tamamilə yeni sayılır. Tomlin ailəsinin nəsildən-nəslə ötürdüyü arxiv, ilk dəfə olaraq satışa çıxarılıb. "Henry Aldridge & Son" auksion evi bu arxivi 150.000 funt sterlinq qiyməti ilə satışa təqdim edib. Satışın 26 aprel tarixində gerçəkləşəcəyi bildirilib.

Auksion nümayəndəsi Endryu Oldric bildirib:

"Son 30 ildə bazara çıxan ən tam Titanik arxivi budur. 1912-ci ildən bu yana Tomlin ailəsində qorunub və demək olar ki, heç vaxt nümayiş etdirilməyib. Sənədlər təhlükəsizlik səbəbilə kilidli qutuda saxlanılıb və bazar üçün tamamilə yenidir".

Oldric qeyd edib ki, restoran giriş bileti son dərəcə nadir və qiymətli sənəddir:

"Bu kağız, "Titanik" batarkən Ernestin cibində olduğundan üzərində su izləri var. Üçüncü sinif sərnişinləri hər dəfə yeməkxanaya gedərkən bu bileti göstərməli idilər. Bu səbəbdən bu sənəd çox dəyərlidir. Sağlamlıq sənədində isə "SS Titanic", "364424" bilet nömrəsi və tam ad açıq şəkildə görünür. Həmin sənəd də su zədəsi alıb".

Oldric əlavə edib:

"Əslində o, "Adriatic" ilə səyahət edəcəkdi. Lakin bir anda dünyanın ən lüks gəmisinə, "Titanik"ə transfer edildi. Yəqin ki, bu şansına inanmayıb".

"Titanik"in ən bədbəxt sərnişininin hekayəsi - Həqiqət 113 il sonra üzə çıxdı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1415   Tarix: 17 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir:. "Hörmətli həmvətənlər!. Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixə

10.09.2026 196
.

İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini

10.09.2026 202
.

2900 kilometr dərinlikdə təəccüblü kəşf: 6 yeni struktur aşkarlandı

Çinli alimlər son 35 ildə qeydə alınmış 2 milyondan çox zəlzələ məlumatını maşın öyrənməsi vasitəsilə araşdıraraq nüvə-mantiya sərhədində əvvəllər sənədləşdirilməmiş 6 böyük struktur aşkar ediblər. Bu strukturların nədən ibarət olduğu hələlik məlum deyil. Qaynarinfo xəbər verir ki, dünyanın yüzlərlə

10.09.2026 1
.

Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi

Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb. -ın əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir. Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyə

10.09.2026 390
.

Prezident Qaradağda açılışda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabrior

10.09.2026 226
.

Bu atları saxlayanlara 1000 manat veriləcək

"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"

10.09.2026 194
.

"Razılaşmaya Putin və Zelenski arasındakı şəxsi nifrət mane olur" - Tramp

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanmasına mane olan əsas amili açıqlayıb. "AzPolitika" xəbər verir ki, Ağ Ev rəhbəri tərəflər arasında razılaşmanın əldə olunmasına Volodimir Zelenski ilə Vladimir Putin arasındakı şəxsi nifrəti

10.09.2026 100
.

Ərzaqlar niyə əvvəlkindən daha tez xarab olur? - Mütəxəssisdən AÇIQLAMA

"Ərzaqların əvvəlkindən daha tez xarab olması ilə bağlı müşahidələr həqiqətən geniş yayılıb. Lakin bunu ümumi şəkildə "qidaların keyfiyyəti pisləşib" kimi izah etmək düzgün olmaz. Burada bir neçə amil rol oynaya bilər". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib

10.09.2026 194
.

22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu

Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio

10.09.2026 167
.