Bəşər Əsəd Suriyadan qaçarkən özü ilə gizli məlumatlar götürüb
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd 2024-cü ilin dekabrında ölkəni tərk edərkən ən azı 500 min dollar nağd pul, habelə məxfi məlumatların olduğu noutbuk və sərt diskləri götürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Suriyanın yüksək rütbəli rəsmisi bildirib ki, Ərəb Respublikasının yeni hökuməti xaricə aparılmış dövlət vəsaitlərini geri qaytarmaq niyyətindədir.
Agentliyin məlumatına görə, Bəşər Əsədin baş iqtisadi müşaviri Yassar İbrahim keçmiş Suriya liderinin qiymətli əmlakını (rəsmlər və kiçik heykəllər daxil olmaqla), qohumlarını və köməkçilərini BƏƏ-yə daşımaq üçün şəxsi "Embraer Legacy 600" təyyarəsini icarəyə götürüb. "Reuters"in məlumatına görə, Bəşər Əsəd rejiminin süqutuna qədər 48 saat ərzində təyyarə BƏƏ-yə 4 uçuş həyata keçirib. Dördüncü uçuş dekabrın 8-də Rusiyanın Suriya sahillərindəki Xmeymim hərbi aviabazasından həyata keçirilib. Həmin gün Bəşər Əsəd Rusiyaya gedib və orada siyasi sığınacaq alıb.
"Reuters" mənbəsi bildirib ki, sərt disklərdə maliyyə qeydləri, iclas protokolları, şirkətlərin mülkiyyəti, mülklər və tərəfdaşlıqlar, həmçinin pul köçürmələri, ofşor şirkətlər və hesabların təfərrüatları var.
Bəşər Əsəd 2000-ci ildən, ailəsi isə 1971-ci ildən ölkəyə rəhbərlik edib. Müxalif qrupların koalisiyası noyabrın 27-də Suriyada genişmiqyaslı hücuma keçib və dekabrın 8-də hakimiyyətin ələ keçirildiyi elan olunub. "Bloomberg" adı açıqlanmayan bir neçə mənbəyə istinadən xəbər verib ki, müxaliflər Dəməşqə yaxınlaşarkən Rusiya Bəşər Əsəd və ailəsini dərhal təhlükəsiz təxliyə təklifini edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Suriyanın keçmiş prezidentinə "lazımi dərəcədə köməklik göstərildiyini" bildirib. Kreml vurğulayıb ki, Əsəd istefa qərarını özü verib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 908 Tarix: 17 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMənzillərin qiyməti ucuzlaşır
Çində daşınmaz əmlaka investisiyaların azalması fonunda mənzillərin qiyməti ucuzlaşıb. Bunu xarici mediaya istinadən bildirib. Çin Milli Statistika Bürosunun açıqladığı mənzil qiymətləri indeksinə əsasən, oktyabr ayında ölkənin iri və orta ölçülü 70 şəhərinin əksəriyyətində yeni və ikinci əl mənzilləri
12:37 217 "Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"
15:29 145 Oğluna əsəbiləşən kişi arvadının başına telefon çırpdı
Bakıda arvadına əsəbiləşən kişi onun başına telefon çırpıb. xəbər verir ki, 45 yaşlı Əlizamin Əliyev (ad və soyad şərtidir) gecə saatlarında 22 yaşlı oğluna zəng etsə də, o, telefona cavab verməyib. Bundan sonra kişi həyat yoldaşı Gülnisənin (adı şərtidir) telefonundan oğluna zəng edib. Oğlu zəngi cavablandırdıqda
19:15 1 Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır
"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanlar
17:29 0 Azərbaycanın güclənən beynəlxalq mövqeyi və yeni strateji tərəfdaşlıq
Avropanın siyasi mərkəzində keçirilən görüşlər Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu, strateji tərəfdaşlıq imkanlarını və sülh gündəliyini bir daha diqqət mərkəzinə gətirdi. 2026-cı il noyabrın 12-13-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Avropa Siyasi Birliyi Sammit
14:58 187 YAP - cəmiyyətin aparıcı qüvvəsi
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 35 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir. Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqilli
12:51 195 Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
11:51 402 Azərbaycanın xarici siyasətinin növbəti uğuru
Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə təmin olunması mühüm istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Azərbaycan Respublikas
14:38 225 Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılır
Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bi
11:35 241