"Prezidentin bu ismarıcı region dövlətlərinə münasibətdə fərqli mövqe sərgiləyən Avropa Birliyinin dövlətlərinə ünvanlanıb" - Politoloq
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında bildirib ki, bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, Azərbaycan Prezidentinin bu ismarıcı region dövlətlərinə münasibətdə fərqli mövqe sərgiləyən Avropa Birliyinin bəzi dövlətlərinə ünvanlanıb:
"Müasir dünyada enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin və suveren siyasət yeritməsinin ayrılmaz tərkib hissəsinə çevrilib.Hazırda Avropa Birliyi bunu daha çox anlamağa başlayıb.ABŞ də Bayden hökumətinin təzyiqləri nəticəsində ucuz Rusiya qazından məhrum olan və ya rus qazının istehlakını məhdudlaşdırmaq məcburiyyətində qalan AB sonradan ABŞ-nin sıxılmış qazını daha baha qiymətlərə almaq məcburiyyətində qaldı.Bu enerji təhlükəsizliyi ilə bağlı məsələlərə AB dövlətlərini daha həssas yanaşmaq məcburiyyəti qarşısında qoyur.
Azərbaycan istənilən ölkə ilə enerji sövdələşməsi sahəsində əməkdaşlığında etibarlı tərəfdaş kimi tanınır.Hazırda Avropa bazarlarında qaz istehlakına tələbatın artdığı şəraitdə Azərbaycana da maraq artıb.Bəllidir ki,hələ 2013-ci ildə Azərbaycan və AB arasında Cənubi Qafqaz qaz dəhlizi ilə Azərbaycan qazının AB-nin 8 ölkəsinə ixracatını nəzərdə tutan müqavilə 25 il müddətinə imzalanıb.Azərbaycan bu kəmərlə ixrac edilən qazın həcminin artırılması ilə bağlı öhdəliklər də götürüb.Avropanın enerji təhlükəsizliyində oynadığı rola baxmayaraq Azərbaycanın bəlli Avropa institutları tərəfindən haqsız olaraq təzyiqlərə məruz qalması(Azərbaycanı Dağlıq Qarabağda ermənilərə qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsində ittuham edən qətnamə,Avropa Şurası Parlament Assableyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi,Ermənistanın silahlandırılmasında AB-nin bəlli dövlətlərinin rolu və s. təəssüf doğurmaqla yanaşı,rəsmi Bakını da adekvat addımlar atmaq məcburiyyəti qarşısında qoyur. Buna görə rəsmi Bakı Avropa Məhkəmələrinin Azərbaycanla bağlı qərarlarının icra edilməyəcəyini bəyan edir.Azərbaycan qazının Avropa Birliyi ölkələrinə daşınmasında Gürcüstan Respublikasının tranzit ölkə rolunda çıxış etməsi də bəllidir.
AB isə keçən il Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu ölkənin qanunverici və ali icraedici hakimiyyət qurumlarının qeyri-legetim olduğunu,rəsmi Tiflisi yenidən seçkilər keçirməyə çağırmaqla bu ölkənin daxili işlərinə müdaxilə edir. Gürcüstanda qərbyönümlü müxalifətin hakimiyyətə qayıtmasına çalışmaqla bu ölkəni növbəti dəfə Rusiyaya qarşı müharibəyə sürükləmək istəyir. Bu isə regionda sülh və sabitliklə bağlı problemlərin daha da artmasına səbəb ola bilər.
Azərbaycan Prezidentinin məlum çağırışında AB ölkələrinə bu amillərin nəzərə alınması ilə bağlı tövsiyyələr olmaqla AB-nə Azərbaycanla qaz tədarükü sahəsində uzunmüddətli müqavilələrin imzalanmasına və bəlli layihələrin maliyyə təminatı ilə bağlı məsələlər ətraflnda düşünməyə də mesajlar var".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 785 Tarix: 16 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMark Ruttenin Rusiya mesajı: Avropa yeni təhlükə ilə üz-üzədir - POLİTOLOQDAN AÇIQLAMA
NATO-nun baş katibi Mark Rutte Rusiyanın son dövrlərdə həyata keçirdiyi addımların Avropanın təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərdiyini bildirib. Rutte qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə yanaşı, Avropada kiberhücumlar və sabotaj cəhdləri də davam edir. Onun sözlərinə görə
15:47 240 "Barselona" bu mövsüm bütün oyunlarını 22:3 hesabı ilə qazanıb
İspaniya çempionu "Barselona" bu mövsüm bütün oyunlarında 22:3 hesabı ilə qalib gəlib. xəbər verir ki, Çempionlar Liqasının ilk turunda Hans-Diter Flikin komandası "Feyenoord"u 5:1 hesabı ilə darmadağın edib. Kataloniya klubu bundan əvvəl "Valensiya"nı (5:0), "Ray
18:30 163 Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"
Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə
14:17 319 "Almaniyada baş verənlər Avropa üçün xəbərdarlıqdır" - BƏHRUZ QULİYEV
"Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə "Almaniya üçün Alternativ" ( AfD) partiyasının təxminən 44 faiz səslə birinci olması təkcə regional seçkinin nəticəsi kimi qiymətləndirilməməlidir. Bu, Almaniya cəmiyyətində mövcud siyasi kursa, miqrasiya siyasətinə, iqtisad
12:09 223 22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu
Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio
19:15 167 Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində
İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları
14:33 215 "Porsche" "Bugatti"ni 1 milyard avroya satdı
"Volkswagen Group"a daxil olan Almaniyanın lüks avtomobil markası "Porsche" "Bugatti" və "Rimac" şirkətlərindəki paylarının satışını tamamlayıb. Qaynarinfo xəbər verir ki, "Porsche" "Bugatti" markasına nəzarət edən şirkətdəki 45 faizlik, Xorvatiyanı
23:15 1 Manatın məzənnəsi niyə idarə olunur? - Ekspertdən AÇIQLAMA
"Azərbaycanda üzən məzənnə rejiminə tam şəkildə keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, məzənn
15:02 197 "Razılaşmaya Putin və Zelenski arasındakı şəxsi nifrət mane olur" - Tramp
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanmasına mane olan əsas amili açıqlayıb. "AzPolitika" xəbər verir ki, Ağ Ev rəhbəri tərəflər arasında razılaşmanın əldə olunmasına Volodimir Zelenski ilə Vladimir Putin arasındakı şəxsi nifrəti
22:00 100