İnternet asılılıq yaradırmı? – Psixoloqdan maraqlı açıqlama
İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə internet həyatımızın demək olar ki, bütün sahələrinə nüfuz edib. Artıq elə bir nöqtəyə gəlib çatmışıq ki, "İnternet olmasaydı, nə edərdik?" sualı gündəlik həyatın reallığına çevrilib.
Bəs bu qədər geniş istifadəyə malik olan internet asılılıq, əsəb gərginliyi və depressiya kimi hallara səbəb ola bilərmi?
Mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Fərqanə Mehmanqızı bu fikirlərə fərqli yanaşma sərgiləyib:
"İnternet bizim həyatımızın bir parçasıdır. Onun mövcudluğunu asılılıq kimi qiymətləndirmək absurd fikirdir. Bu, sanki qoluna taxdığın saatdan asılı olduğunu iddia etmək kimidir. Artıq internet həyat tərzimizə çevrilib."
Psixoloqun fikrincə, internet depressiya yaratmır. Əksinə, bu gün bir çox insanın işi, təhsili və sosial həyatı məhz internet vasitəsilə həyata keçirilir:
"Depressiya internetdən istifadə ilə yaranmır. Əgər belə olsaydı, deməli əvvəl məktublaşmalar da insanları depressiyaya salmalı idi. Halbuki məktublar dövründə insanlar bir-biri ilə mütəmadi ünsiyyətdə olurdu. Biz indi sadəcə həmin ünsiyyət formasının sürətli, rəqəmsal versiyasını yaşayırıq."
Fərqanə Mehmanqızı əlavə edib ki, hər dövrün öz ehtiyacları var və bu ehtiyacların müasir vasitələrlə qarşılanması tamamilə təbiidir:
"İnternetsiz həyat artıq mümkün deyil. Çünki gündəlik fəaliyyətimizin böyük bir hissəsi bu vasitə ilə həyata keçirilir. İnterneti bir ‘asılılıq’ vasitəsi kimi deyil, həyatımızı asanlaşdıran texnoloji bir vasitə kimi qəbul etmək lazımdır."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1055 Tarix: 16 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZelenski Karni ilə danışıqlar üçün Kanadaya səfər edib
Ukrayna lideri Vladimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya Kanadaya səfər ediblər. Bu barədə Ukrayna dövlət başçısı özü "Telegram" kanalında məlumat verib. "Kanada ən yaxın tərəfdaşlarımızdan biri olub və olaraq qalır. Kanada xalqının bütün dəstəyini və Ukraynaya kömək edən qərarlar
21:15 109 Haqqında çəkilən sənədli filmi belə TƏNQİD ETDİ
Venesiya Kino Festivalında rejissor Aleks Gibninin İlon Maskdan bəhs edən dörd saatlıq "Mask" adlı sənədli filminin premyerası baş tutub və dörd dəqiqəlik ayaqüstə alqışlanıb. Xatırladaq ki, film milyarderin siyasi transformasiyası, kosmik və avtomobil layihələri, eləcə də şəxsi həyatı kim
21:30 114 "Almaniyada baş verənlər Avropa üçün xəbərdarlıqdır" - BƏHRUZ QULİYEV
"Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə "Almaniya üçün Alternativ" ( AfD) partiyasının təxminən 44 faiz səslə birinci olması təkcə regional seçkinin nəticəsi kimi qiymətləndirilməməlidir. Bu, Almaniya cəmiyyətində mövcud siyasi kursa, miqrasiya siyasətinə, iqtisad
12:09 223 Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib
Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi
13:02 185 Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi
Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb. -ın əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir. Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyə
14:59 390 Putin Hindistana gedir
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-dən 13-dək Hindistanda işgüzar səfərdə olacaq. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib. Məlumata görə, Putin sentyabrın 12-dən 13-dək Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcə
17:33 181 Kirayədə qaldığı evi qarət etdi
Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib. DİN mətbuat xidmətindən -a bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 800 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməl
19:45 149 İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı
İmişlidə 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb. Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbirlər nəticəsind
17:31 221 12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
İspaniyanın Qalisiya bölgəsində 12 evdən və təxminən 1,5 hektar torpaq sahəsindən ibarət tərk edilmiş kənd sıfır avroya satışa çıxarılıb. Əsas şərt yeni sahibin kəndin bərpasını öz üzərinə götürməsidir. xarici mediaya istinadən xəbər verir ki, kənd uzun illərdir əhalisinin azalması ilə üzləşən O-Ribeyr
19:00 181