TikTok-da Novruz mövzusunda 12 min video: #Novruz2025 ilk onlayn festivalının yekunları

TikTok-da Novruz mövzusunda 12 min video: #Novruz2025 ilk onlayn festivalının yekunları• Qısa videoların yaradılması və izlənməsi üzrə aparıcı platforma olan TikTok Azərbaycanda ilk dəfə keçirilən #Novruz2025 onlayn festivalının nəticələrini açıqlayıb.

TikTok-da Novruz mövzusunda 12 min video: #Novruz2025 ilk onlayn festivalının yekunları• Bu təşəbbüs platforma istifadəçiləri arasında böyük marağa səbəb olub: layihənin həştəqi ilə 12 mindən çox video hazırlanıb. TikTok, həmçinin, müsabiqənin qaliblərini elan edib: ən yaxşı videoların müəllifləri dəyərli hədiyyələr qazanıblar.

TikTok-da Novruz mövzusunda 12 min video: #Novruz2025 ilk onlayn festivalının yekunları• TikTok-da keçirilən onlayn festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.

Artıq iki ildir ki, TikTok Azərbaycanda yerli mədəniyyətin və maarifləndirici məzmunun təbliği istiqamətində təşəbbüslər həyata keçirir. Azərbaycanın zəngin mədəni irsi ölkədəki bir çox məzmun yaradıcıları və təşkilatlar üçün ilham mənbəyinə çevrilib. Onlar həm yerli, həm də xarici auditoriya üçün maraqlı olan unikal və cəlbedici videolar hazırlayırlar.

TikTok-un bu istiqamətdə həyata keçirdiyi əvvəlki təşəbbüslər arasında mədəni layihə olan "Muzeylər gecəsi" xüsusi yer tutur. Layihə çərçivəsində ölkənin 10 aparıcı muzeyi canlı yayımlar təşkil edərək istifadəçilərə evdən çıxmadan virtual ekskursiyalara qoşulmaq, incəsənət dünyasına səyahət etmək və Azərbaycanın muzeylərində qorunan eksponatlar haqqında daha ətraflı məlumat almaq imkanı yaradıb. Bundan əlavə, TikTok "Ədəbi qonaq otağı" layihəsini də təqdim edib. Bu layihə çərçivəsində platformada tanınmış simalar və Azərbaycanın ədəbiyyat xadimlərinin muzeyləri ilə birlikdə şeir dinləmələri təşkil olunub. TikTok-un ən genişmiqyaslı layihələrindən biri isə #TikTokdanÖyrən təşəbbüsü olub. Bu layihə Azərbaycanın 22 mədəniyyət müəssisəsini bir araya gətirib. Layihədə 14 teatr, 6 muzey, Azərbaycan Milli Kitabxanası və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu iştirak edib.

#Novruz2025 TikTok-da

Platforma bu il ilk dəfə Azərbaycandakı istifadəçilərlə birlikdə yazın gəlişini və Novruz bayramını qeyd edib. TikTok bu münasibətlə genişmiqyaslı onlayn bayram festivalının keçirildiyi əsas platformaya çevrilib. #Novruz2025 həştəqi çərçivəsində istifadəçilər bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd etdiklərini göstərən, bayram süfrəsinə aid yemək reseptlərini paylaşdıqları, eləcə də ölkələrinin zəngin adət-ənənələrinin gözəlliyini nümayiş etdirdikləri 12 mindən çox video hazırlayıblar.

Bayram süfrəsi

Novruz bayramında milli mətbəx ənənələrinin önəmli yeri var.İstifadəçilər ən çox sevdikləri milli yemək və şirniyyatların, məsələn, şəkərbura, paxlava və plovun reseptini paylaşıblar, eləcə də qonaqlar üçün gözəl və zəngin bir süfrənin necə qurulduğunu göstəriblər. Bütün bunlar dərin mədəni məna daşıyır, firavanlığı və möhkəm can sağlığını simvolizə edir.

Novruz sevdiklərinizlə

Bayram günlərində ailə və yaxınlarınızla vaxt keçirmək vacibdir. Azərbaycanın müxtəlif yerlərindən olan istifadəçilər sevimli bayramlarını ailə və dostlarının isti çevrəsində necə qeyd etdiklərini nümayiş etdiriblər. Bəziləri üçün isə bu, ilk Novruz olub.

Milli musiqi və rəqslər

Novruzun əsas aspektlərindən biri onun musiqisidir. Bayram zamanı TikTok-da milli melodiyalar daha da gur səslənib: İstifadəçilər milli Azərbaycan musiqisi ilə videolar çəkiblər, şəhərin küçələrindəki musiqi çıxışlarından reportajlar paylaşıblar və bir-birilə bayramın ab-havasını bölüşüblər.

Milli moda

Festivalın diqqətçəkən trendlərindən biri milli modaya marağın artması olub. İstifadəçilər aktiv şəkildə milli geyimləri yenidən yaradır, milli paltarların müasir təsvirlərini təqdim edir, bayram zamanı şəhərdə gəzintiyə çıxmaq üçün bu paltarları geyinib, nəsillər arasındakı əlaqəni və mədəni irsə olan hörməti nümayiş etdirirdilər.

Xalq şənlikləri

Platforma xalq şənlikləri sayəsində rəngləndi. Minlərlə insan küçələrə çıxaraq yazın gəlişini qeyd edib, milli yeməklərdən dadıb, müxtəlif fəaliyyətlərdə iştirak edib və bayram əhval-ruhiyyəsini TikTok-da paylaşıblar.

İncəsənət və ənənələr

TikTok-da rəssamlar və sənətkarlar öz əsərlərini bayrama həsr ediblər. Onlar bayram üçün Azərbaycan mədəniyyətindən və ənənəvi Novruz elementlərindən ilhamlanan rəsmlər, eləcə də əl işləri hazırlayıblar.

Alovun gücü

Alov Novruzun simvoludur, isti, yenilənmə və işığın qaranlıq üzərində qələbəsini təmsil edir. TikTok istifadəçiləri Azərbaycanda, tonqal ətrafında toplaşaraq ruhlandırıcı rəqslər etdikləri anları paylaşıblar. Bu ənənəvi Novruz rituallarının ruhu təmizlədiyinə və gələcək ildə uğur gətirəcəyinə inanılır.

Novruz bayramı haqqında ən kreativ videolar

Layihədə iştirak edən bütün istifadəçilər arasında ən kreativ videoların müəllifləri müəyyən olundu. Qaliblər layihənin tərəfdaşı — kurort şəhəri Sea Breeze tərəfindən təqdim olunan hədiyyələrin sahibləri oldular:

1-ci yer: @chinivibess adlı istifadəçi Çinarə Axundova və @aydankhalilzada adlı Aydan Xəlilzadədir. Onlar bayram ab-havasını bölüşdükləri, milli ənənələrin və geyimlərin gözəlliyini nümayiş etdirdikləri şəhər gəzintisi formatında hazırladıqları gözəl video ilə qalib oldular. Mükafat olaraq kontent müəlliflərinə DREAM Fest 2025 festivalının bütün günləri üçün fan zonaya 2 bilet təqdim olunub.

TikTok-da Novruz mövzusunda 12 min video: #Novruz2025 ilk onlayn festivalının yekunları2-ci yer: Rəssam Firuza İmanova @firca.darbesi, Novruzdan və onun ənənəvi elementlərindən ilhamlanaraq çəkdiyi rəsmin hazırlanma prosesini əks etdirən video təqdim edib. Mükafat olaraq Firuza Xəzər dənizi sahilində yerləşən Sea Breeze Resort-un apartamentlərində 2 günlük qalmaq üçün vauçer qazanıb.

TikTok-da Novruz mövzusunda 12 min video: #Novruz2025 ilk onlayn festivalının yekunları3-cü yer: @food_channel kanalının müəllifi Yusunova Rəhimə, paxlavanın hazırlanma prosesini ətraflı və estetik şəkildə təqdim edən video hazırlayıb. Mükafat olaraq müəllifə Bakıda yerləşən Crocus fitness klublarından birində altı aylıq üzvlük kartı təqdim edilib.

TikTok-da Novruz mövzusunda 12 min video: #Novruz2025 ilk onlayn festivalının yekunları"TikTok-da #Novruz2025 onlayn festivalının necə gözəl keçməsindən çox razıyıq. Hər kəsin Novruzu bu qədər sevgi və yaradıcılıqla qeyd etməsi, ənənələrimizi belə sevinc əhvallı və canlı şəkildə paylaşması təqdirə layiqdir. Bu, sanki böyük, şən bir ailə bayramıdır və mədəniyyətimizin bu gözəl təşəbbüslə yaşadılması əsl qürur verir!" – deyə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib.

"Bu il biz ilkl dəfə Novruz bayramını Azərbaycandakı istifadəçilərimizlə birlikdə qeyd etdik və onlayn festival üçün parlaq, rəngarəng bir platforma olduq. İstifadəçilərimizə təşəkkür edirik ki, TikTok-u bayramın bütün rəngləri, melodiyaları, iştahaaçan təamları, rəqsləri və əla əhval-ruhiyyəsi ilə doldurdular! Sizin sayənizdə dünyanın dörd bir yanındakı insanlar Azərbaycanın mədəniyyətinin necə gözəl və bənzərsiz olduğunu daha yaxından tanıya bildillər", – deyə TikTok-un Azərbaycanda, Türkiyədə, Şərqi Avropada və Mərkəzi Asiyada əməliyyatlar üzrə rəhbəri Melis Çağlar bildirib.

TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 840   Tarix: 16 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bizi niyə çağırmırsınız?" deyənlərə aparıcıdan sərt cavab

"Yeni Sabah" xəbər verir ki, o, aparıcısı olduğu "Xəzər axşamı" proqramında bildirib:. "Çox müğənni müraciət edir: "Bizi çağırmadınız", "Nə bilim, nə oldu". Hamınız gəlin, repertuarınızda dəyişiklik edin, rica edirəm. Qəşəng bəstəkar mahnılarımız var. Onlar

10.07.2026 233
.

Tələbə vəfat etdi

Lənkəran Dövlət Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 1-ci kursu bitirən Mirəkbər Muxtarov dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

10.07.2026 261
.

İsrail ABŞ-ı İranın Trampa qarşı yeni sui-qəsd planı barədə xəbərdar edib

"Wall Street Journal" qəzetinin cümə axşamı günü məsələ ilə tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, İsrail ABŞ prezidenti Donald Trampa qarşı yeni sui-qəsd planı ilə bağlı İranın planı ilə bağlı ABŞ-la yeni kəşfiyyat məlumatları paylaşıb. BİG.AZ The Jerusalem Post-a istinadə

10.07.2026 192
.

"İnsanlar ən çox neqativ xəbəri oxuyur"

Aparıcı Aytən Səfərova gün ərzində neqativ xəbərlərin çoxluğundan gileylənib. Axşam.az xəbər verir ki, aparıcı gündəmdə yer alan bu cür hadisələrin insanların psixologiyasına təsirindən söz açıb. O, xəbərlərin təqdim edilməsinin vacib olduğunu vurğulasa da, neqativ informasiyanın çoxluğundan narahatlığın

10.07.2026 200
.

Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Milli Məclisin (MM) növbədənkənar sessiyasının bu gün keçirilən iclasında "Büdcə sistemi haqqında", "Hesablama Palatası haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Qaynarinfo xəbər verir ki, layih

10.07.2026 208
.

Bakıda sərnişin avtobosu sürücüsündən qəribə hərəkət

Bakıda 13 nömrəli marşrut avtobusunun sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub. -a istinadən xəbər verir ki, bununla müraciət edən sərnişinlərin sözlərinə görə, hadisə iyulun 9-da saat 16:31-də Akademik Həsən Əliyev küçəsində, metronun "Koroğlu" stansiyası istiqamətində ba

10.07.2026 327
.

ABŞ İsraili İranla müharibədən uzaq tutmağa çalışır

CNN-in yaydığı məlumata görə, ABŞ administrasiyası İsrail ilə İran arasında münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır və İsraili müharibənin yeni mərhələsinə cəlb etməmək üçün diplomatik səylərini artırıb. Vaşinqton hesab edir ki, münaqişənin yenidən alovlanması Yaxın Şərqdə vəziyyət

10.07.2026 165
.

"Bolt" sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir

Son günlər "Bolt"da fəaliyyət göstərən bəzi sürücülərlə bağlı eyni məzmunlu şikayətlər artmaqdadır. Sərnişinlərin iddiasına görə, tətbiqdə görünən gediş haqqı ilə sürücünün sistemində göstərilən məbləğ arasında 2-3 manat fərq yaranır və sürücülər müştəridən öz sistemlərindəki məbləği tələ

10.07.2026 181
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.43% azalaraq 4.123 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.14% ucuzlaşaraq 60.66 ABŞ dolları təşkil edib

10.07.2026 137
.

TOP MP3