Mehriban Əliyeva qızı ilə körpələr evində - Fotolar

Mehriban Əliyeva qızı ilə körpələr evində - FotolarAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 15-də Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində və Nizami rayonundakı 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar.

"Qafqazinfo" xəbər verir ki, 1 saylı körpələr evində hazırda 3 yaşadək 63 uşaq var. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi surətdə burada olur, körpələrin sağlamlıqları, onların yaşayış şəraiti ilə daim maraqlanır, balacalara xüsusi qayğı ilə yanaşırlar.

Qeyd edək ki, körpələr evinin 1930-cu ildə tikilən binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub.

Daim nəcib təşəbbüsləri ilə seçilən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onların savadlı olmasına xüsusi diqqətlə yanaşır. Beləliklə, gələcəyimiz olan uşaqlarla bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldular.

Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva bu müəssisəni də tez-tez ziyarət edir, bayram günlərində buranın sakinləri ilə görüşür, onları hədiyyələrlə sevindirirlər.

Hazırda 1 saylı uşaq evi sosial xidmət müəssisəsində 3 yaşdan 18 yaşadək 100 uşaq var. Onların təhsil alması, idmanla məşğul olması və sağlamlıqlarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.

Müəssisənin sakinləri sevimli qonaqları olan birinci xanım Mehriban Əliyeva və Leyla Əliyevanı həmişə şeir, mahnı və ədəbi proqramla qarşılayıblar. Bu dəfə də istisna olmadı.

Heydər Əliyev Fondu yarandığı gündən bu müəssisəni diqqətdə saxlayır, burada yaşayan yeniyetmələrin ali təhsil müəssisələrində oxuması, onların işlə təmin edilməsi, peşə vərdişlərinin aşkara çıxarılması istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan bu müəssisənin açılışı 2005-ci ildə Azərbaycanın birinci xanımının iştirakı ilə olub. 2017-ci ildə isə buranın iki sakini ailə həyatı qurub. Onların toyu Heydər Əliyev Fondu tərəfindən təşkil edilib, gənclərə mənzil və avtomobil hədiyyə olunub.

Mehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - FotolarMehriban Əliyeva qızı ilə körpələr evində - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1132   Tarix: 15 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

TOP MP3