Bəzi insanların daha tez qocalmasının SƏBƏBİ

Bəzi insanların daha tez qocalmasının SƏBƏBİHətta həyat tərzi eyni olsa belə, insanların qocalma sürəti fərqli ola bilər. Səbəbləri isə bunlardır.

Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, tədqiqatçılar müəyyən ediblər ki, insanın qocalma sürətinə bir neçə amil təsir edir. Əsas amillər arasında irsiyyət, psixoemosional vəziyyət və dərinin mikroflorasının durumu xüsusi yer tutur.

Genetik xüsusiyyətlər

Bəzi insanlar genetik olaraq daha yavaş qocalmağa meyllidirlər. Belə insanlarda hətta yaşlılıqda belə dəri elastikliyini qoruyur, qırışlar az olur və orqanizm uzun müddət xəstəliklərə və stresslərə qarşı davamlı qalır.

Alimlər bunu hüceyrələrin bərpası və regenerasiyasına cavabdeh olan genlərin aktiv fəaliyyəti ilə izah edirlər. Bu cür "uzunömürlülük genləri" orqanizmin yaşla bağlı dəyişikliklərlə daha effektiv mübarizə aparmasına kömək edir.

Gizli iltihab prosesləri

Düzgün qidalanma, fiziki aktivlik və sağlam yuxuya baxmayaraq, bədəndə insanın hiss etmədiyi xroniki iltihablar baş verə bilər. Bu proseslər kollageni parçalayır, damarların vəziyyətini pisləşdirir və immun sistemini zəiflədir – nəticədə bioloji qocalma sürətlənir. Belə gizli iltihablar tez-tez ətraf mühitin çirklənməsi, stress və daxili orqanların düzgün işləməməsi ilə bağlı olur.

Hormon balansı və maddələr mübadiləsi

Metabolizm (maddələr mübadiləsi) fərdi xüsusiyyətdir və oxşar həyat tərzinə baxmayaraq, insanlarda müxtəlif cür işləyə bilər. Bəzilərində orqanizm fiziki yüklənmədən tez bərpa olur, digərlərində isə hormonal pozğunluqlar, artıq çəki və xroniki yorğunluq müşahidə olunur.

Hormonal fon, xüsusilə qadınlarda menopauza dövründə, qocalma proseslərinə ciddi təsir edir – bu zaman dəri elastikliyini itirir, əhval pozulur və yuxu rejimi dəyişir.

Dərinin mikrobiomu

Dərinin səthində milyonlarla bakteriya yaşayır – bu, dəri mikrobiomu adlanır. Bu tarazlıq pozulduqda (məsələn, aqressiv kosmetikadan, pis ekoloji şəraitdən və ya stressdən sonra), dəri quruyur, qıcıqlanır, səpkilər və mikroçatlarla örtülür. Hətta düzgün qulluq olsa belə, pozulmuş mikrobiom dəri yaşlanmasını sürətləndirir.

Emosional və psixoloji vəziyyət

Psixoloji vəziyyət uzunömürlülükdə çox böyük rol oynayır. Xroniki stress, basdırılmış emosiyalar, daxili konfliktlər və narahatlıq yalnız psixoloji deyil, həm də fiziki sağlamlığa təsir edir.

Araşdırmalar göstərir ki, emosiyalarını idarə edə bilən, daxili tarazlığa malik insanlar daha az xəstələnir, yaşlarından cavan görünür və güclü immun sisteminə sahib olurlar. Hətta çətin xarici şəraitdə belə, daxili sakitlik qocalma prosesini ləngidə bilər.

Nəticə

Qocalma təkcə təbiətin verdiyi bioloji proses deyil, həm də bir çox amilin qarşılıqlı təsirinin nəticəsidir.

Orqanizmə qulluq kompleks şəkildə aparılmalıdır: fiziki sağlamlıqdan tutmuş psixoloji tarazlığa qədər. Yalnız bu halda yaşla bağlı dəyişiklikləri yavaşlatmaq, enerjini və gəncliyi daha uzun müddət qorumaq mümkündür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1138   Tarix: 15 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli informasiya siyasətinin strateji hədəfləri və Azərbaycan dövlətçiliyinin ideoloji dayaqları

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə nəzər salmaqla yanaşı, milli medianın müasir dövrdə daşıdığı missiyanı və qarşısında dura

11:06 211
.

Kirayə ev axtaranlara xəbər - "Qiymətlər əvvəlki səviyyəyə qayıtmayacaq"

Bakıda kirayə mənzil bazarında qiymətlər mövsümdən asılı olaraq dəyişir. Adətən yay aylarının sonu və payızın əvvəlində, xüsusilə tələbələrin paytaxta axını ilə əlaqədar kirayə evlər bahalaşır. Bəs hazırda Bakıda kirayə mənzillərin qiymətində enmə gözlənilirmi? Qarşıdakı aylarda ev kirayələmək istəyənlə

18:30 1
.

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əlaqələrinin yeni məzmun qazanmasına zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikas

15:04 200
.

Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO

İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ

12:39 223
.

Hökumət üzvləri parlamentdədir

Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, parlamentdə növbəti ilin büdcə zərfi müzakirə ediləcək. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev və hökumət üzvləri iştirak edirlər

10:59 206
.

YAP - dünənin, bu günün və sabahın partiyasıdır

1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı

12:42 200
.

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb. İndiyə qədər qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, dövlət qulluqçusunun əlav

16:06 122
.

Millətlər Liqasının tarixini yenidən yazdı: Dyökereş Ronaldonu keçdi

İsveç millisini hücumçusu ardıcıl səkkizinci oyununda qol vuraraq Millətlər Liqasında unikal rekorda imza atıb. Noyabrın 14-də İsveç Millətlər Liqasının beşinci turunda Bosniya və Herseqovinanı 3-2 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, Viktor Dyökereş iki penaltini - biri 11-ci dəqiqədə, digər

19:45 1
.

Bakıda təcili yardım maşınında yük daşınır - Video

Bakıda təcili tibbi yardım avtomobili ilə yük daşınmasına dair görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB

16:33 119
.