"Paşinyanın qeyri-səmimiliyi bir daha özünü qabarıq şəkildə biruzə verir" - Politoloq
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq.Baş nazir sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.
Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, Paşinyanın qeyri-səmimiliyi bir daha özünü qabarıq şəkildə biruzə verir:
"Paşinyan Azərbaycanın narahatlığı üçün əsas olan hadisələrin mahiyyətinə rəsmi İrəvanın vardığını və bu narahatlığın aradan qaldırılması üçün sülh müqaviləsinin imzalanmasını təklif edir. Bu zaman Paşinyanın qeyri-səmimiliyi bir daha özünü qabarıq şəkildə biruzə verir.Əvvəla,məsələ rəsmi Bakının narahatlığında deyil,onun Ermənistana etimad etməməsində,prezident İlham Əliyevin qeyd etdiyi kimi etimadın 0 dərəcə olmasındadır ki,bunun da əsas səbəbi yenə də rəsmi İrəvanın danışıqlara münasibətdə sərgilədiyi mövqe onun ikili siyasətidir.Paşinyan rəsmi Bakıya sülh müqaviləsini imzalayıb ratifikasiya etməyi,Ermənistanın əsas qanununda Azərbaycana ərazi iddiaları ilə bağlı məsələləri isə bu ölkədə keçiriləcək referendumun ixtiyarına buraxmağı təklif edir.Erməni cəmiyyətinin mütləq əksəriyyətinin millətçilik azarına mübtəla olduğu bir şəraitdə isə referendumda Azərbaycanı qane edəcək məsələlərin öz həllini tapacağına ümid etmək sadəlövlük olardı.Digər tərəfdən referendumun 2027-ci ildə keçiriləcəyini nəzərə alsaq,Ermənistanda seçkilər nəticəsində hakimiyyətə gələcək radikal,millətçi dairələrin bu müddət ərzində sülh müqaviləsinin şərtlərinə əməl edəcəyi də inandırıcı deyil. Bu isə müqavilənin perspektiv hüquqi və siyasi əhəmiyyətinin sual altında qalması deməkdir.Ən nəhayət Paşinyan Konstltusiyanın şərhini Ermənistan Konstitusiya Məhkəməsinin öhdəsinə buraxmağı məsləhət görür ki,Ermənistanın hüquq və siyasi istibleşmentinə etimadın olmadığı bir şəraitdə rəsmi Bakının bu təklifləri qəbul etməyəcəyi birmənalıdır.Azərbaycanın mövqeyi bəllidir.İlk əvvəl referendum keçirilməli,bizə münasibətdə ərazi iddialarından Ermənistan hüquqi müstəvidə imtina etməli və yalnız bundan sonra sülh müqaviləsi imzalana,sərhədlərin denansifikasiyası keçirilə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 850 Tarix: 15 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMark Ruttenin Rusiya mesajı: Avropa yeni təhlükə ilə üz-üzədir - POLİTOLOQDAN AÇIQLAMA
NATO-nun baş katibi Mark Rutte Rusiyanın son dövrlərdə həyata keçirdiyi addımların Avropanın təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərdiyini bildirib. Rutte qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə yanaşı, Avropada kiberhücumlar və sabotaj cəhdləri də davam edir. Onun sözlərinə görə
15:47 240 "Barselona" bu mövsüm bütün oyunlarını 22:3 hesabı ilə qazanıb
İspaniya çempionu "Barselona" bu mövsüm bütün oyunlarında 22:3 hesabı ilə qalib gəlib. xəbər verir ki, Çempionlar Liqasının ilk turunda Hans-Diter Flikin komandası "Feyenoord"u 5:1 hesabı ilə darmadağın edib. Kataloniya klubu bundan əvvəl "Valensiya"nı (5:0), "Ray
18:30 163 Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"
Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə
14:17 319 "Almaniyada baş verənlər Avropa üçün xəbərdarlıqdır" - BƏHRUZ QULİYEV
"Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə "Almaniya üçün Alternativ" ( AfD) partiyasının təxminən 44 faiz səslə birinci olması təkcə regional seçkinin nəticəsi kimi qiymətləndirilməməlidir. Bu, Almaniya cəmiyyətində mövcud siyasi kursa, miqrasiya siyasətinə, iqtisad
12:09 223 22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu
Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio
19:15 167 Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində
İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları
14:33 215 "Porsche" "Bugatti"ni 1 milyard avroya satdı
"Volkswagen Group"a daxil olan Almaniyanın lüks avtomobil markası "Porsche" "Bugatti" və "Rimac" şirkətlərindəki paylarının satışını tamamlayıb. Qaynarinfo xəbər verir ki, "Porsche" "Bugatti" markasına nəzarət edən şirkətdəki 45 faizlik, Xorvatiyanı
23:15 1 Manatın məzənnəsi niyə idarə olunur? - Ekspertdən AÇIQLAMA
"Azərbaycanda üzən məzənnə rejiminə tam şəkildə keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, məzənn
15:02 197 "Razılaşmaya Putin və Zelenski arasındakı şəxsi nifrət mane olur" - Tramp
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanmasına mane olan əsas amili açıqlayıb. "AzPolitika" xəbər verir ki, Ağ Ev rəhbəri tərəflər arasında razılaşmanın əldə olunmasına Volodimir Zelenski ilə Vladimir Putin arasındakı şəxsi nifrəti
22:00 100