Tələbə təqaüdləri artırılmalıdır: Ekspertin rəyinə görə, artıq gecikib

Tələbə təqaüdləri artırılmalıdır: Ekspertin rəyinə görə, artıq gecikibAzərbaycanda tələbə təqaüdləri tələbələrin sosial rifahı, təhsilə marağı və akademik fəaliyyətlərdə iştirakı birbaşa onların maddi təminatı ilə bağlıdır. Təqaüd yalnız maliyyə dəstəyi deyil, həm də təhsilalanın dövlət tərəfindən tanınması və stimullaşdırılması kimi simvolik mahiyyət daşıyır. Bu baxımdan, hazırkı təqaüd mexanizminin həm maliyyə baxımından reallığa uyğunlaşdırılması, həm də funksional məqsədlərini yerinə yetirməsi məsələsi aktualdır.

Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən, dövlət ali təhsil müəssisələrində təhsil alan və yüksək göstəriciləri olan tələbələrə dövlət təqaüdü verilir. Eyni zamanda 18.2-ci maddədə göstərilir ki, sosial müdafiəyə ehtiyacı olan təbəqəyə aid tələbələrə əlavə sosial dəstək mexanizmləri tətbiq edilə bilər. Yəni təqaüd həm akademik müvəffəqiyyətin tanınması, həm də sosial dəstək vasitəsidir. Lakin bu hüquqların real həyata keçirilməsi üçün ayrılan məbləğlərin inflyasiya, yaşayış xərcləri və təhsil mühitinin reallıqları ilə uyğunlaşdırılması zəruridir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, 2023-cü il yanvar ayından qüvvədə olan qərara əsasən, bakalavr səviyyəsində təhsil alan tələbələr üçün aylıq təqaüdlər aşağıdakı şəkildədir: yüksək bal toplayanlar üçün 175 manat, orta bal aralığında olanlar üçün 145 və daha aşağı aralıq üçün 100 manat. Magistratura səviyyəsində bu göstəricilər müvafiq olaraq 195, 160 və 110 manat təşkil edir. Prezident təqaüdü isə 275 manatdır. Bu rəqəmlər səthi baxışda qənaətbəxş görünsə də, mövcud iqtisadi reallıqlar fonunda kifayət qədər qeyri-adekvatdır:

Tələbə təqaüdləri artırılmalıdır: Ekspertin rəyinə görə, artıq gecikib"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkədə aylıq orta inflyasiya göstəricisi 9.2 faiz olub. Bu isə tələbənin aldığı 100-175 manatlıq təqaüdün alıcılıq qabiliyyətinin ildən-ilə azaldığını göstərir. Bakıda tələbənin minimal yaşayış xərcləri – kirayə, nəqliyyat, gündəlik qida, dərslik və internet daxil olmaqla – aylıq ortalama 400-500 manat arasında dəyişir. Bu şəraitdə dövlət təqaüdü tələbənin yalnız müəyyən bir ehtiyacını qarşılaya bilir, halbuki məqsəd onun ümumi inkişafını dəstəkləməkdir.

Müqayisə üçün, dünyanın inkişaf etmiş ölkələrində təqaüd yalnız akademik müvəffəqiyyətə görə verilmir, həm də tələbənin sosial rifahını və tədrisə fokuslanmasını təmin edən əsas vasitə kimi çıxış edir. Məsələn, Almaniyada dövlət universitetlərində təhsil ödənişsiz olduğu kimi, ehtiyac əsasında aylıq 400-700 avro arasında dəyişən "BAföG" adlı dövlət təqaüd proqramı mövcuddur. Bu proqram həm kredit, həm də qrant əsaslıdır və tələbənin sosial statusuna görə tənzimlənir. İsveçdə isə tələbələrə həm təqaüd, həm də təhsil krediti şəklində ümumilikdə 900-1000 avroya qədər aylıq maliyyə dəstəyi təqdim olunur. Kanada və Niderlandda tələbələrə fərdi təhsil ehtiyaclarına uyğunlaşdırılmış maliyyə paketləri təqdim edilir ki, bu da onların əlavə iş axtarışına çıxmadan yalnız akademik fəaliyyətə fokuslanmasına şərait yaradır.

Azərbaycanla bu ölkələr arasındakı əsas fərq odur ki, həmin ölkələrdə təqaüd sadəcə rəmzi mükafat deyil, real yaşamaq vasitəsi, motivasiya və sosial bərabərlik alətidir. Bizdə isə təqaüd hələ də daha çox "simbolik mükafat" olaraq qalır və tələbənin həyat keyfiyyətinə real təsir mexanizmi daşımaqdan uzaqdır. Nəticədə bir çox tələbə dərs vaxtı əlavə iş axtarır, vaxtının və enerjisinin əhəmiyyətli hissəsini maddi ehtiyaclarını ödəməyə yönəltməli olur ki, bu da onun həm akademik nəticələrinə, həm də psixoloji durumuna mənfi təsir göstərir".

Ekspert qeyd etdi ki, təqaüdlərin artırılması yalnız tələbənin rifahı üçün deyil, həm də ümumi təhsil sisteminin səmərəliliyi baxımından zəruridir. Yüksək təqaüd yalnız şagirdin və tələbənin təhsilə olan marağını artırmır, həm də onları ölkədə qalmağa, təhsilini davam etdirməyə və gələcəkdə bu cəmiyyətə töhfə verməyə stimullaşdırır. Eyni zamanda, bu artım dövlətin təhsilə və insan kapitalına verdiyi dəyərin praktik ifadəsi kimi çıxış edir. Təqaüdlərin artırılması, həm də regionlarda yaşayan az təminatlı ailələrin övladlarının ali təhsilə çıxış imkanlarını genişləndirəcək, təhsil bərabərliyini daha real hala gətirəcək:
Tələbə təqaüdləri artırılmalıdır: Ekspertin rəyinə görə, artıq gecikib"Yaxın gələcəkdə tələbə təqaüdlərinin artırılması ilə bağlı dəqiq tarix və məbləğ açıqlanmasa da, mövcud iqtisadi göstəricilər, sosial tələbat və beynəlxalq müqayisələr bu qərarın artıq gecikdiyini göstərir. Əgər 2025-ci ilin dövlət büdcəsində bu istiqamətdə əlavə vəsait ayrılarsa, bu təkcə tələbənin rifahını yaxşılaşdırmayacaq, həm də təhsil sisteminə ümumi etimadı gücləndirəcək. Təqaüdlərin mərhələli şəkildə 50-100 faiz arası artırılması real ehtiyaclara daha uyğun olacaq və tələbənin sadəcə dərsə deyil, tədqiqata, yaradıcılığa, ictimai fəaliyyətə də cəlb olunmasını stimullaşdıracaq.

Nə dəyişməlidir sualının cavabı aydındır: təqaüd sistemi yenidən dizayn olunmalı, tələbələrin real yaşayış xərcləri və sosial durumları nəzərə alınmalıdır. Mövcud təqaüd məbləğləri inflyasiya indeksi ilə indeksləşdirilməli, əlavə olaraq tədqiqat fəaliyyəti, könüllü fəaliyyət, ictimai fəallıq və layihə iştirakçılığı da təqaüd alma meyarlarına daxil edilməlidir. Bu yanaşma tələbənin təkcə akademik deyil, sosial və intellektual inkişafını da təşviq edəcək.

Təhsil sadəcə dərsə gedib gəlmək deyil, bir gəncin cəmiyyətə yararlı şəxsiyyət kimi formalaşması prosesidir. Bu prosesdə maddi təminat zəmin rolunu oynayır. Əgər zəmin möhkəm deyilsə, üzərində qurulan nə qədər möhtəşəm sistem olsa da, dayanıqlı olmayacaq. Tələbə təqaüdləri bu zəminin möhkəmləndirilməsi üçün artıq təxirəsalınmaz şəkildə artırılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 857   Tarix: 15 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni binalar zəlzələyə nə qədər davamlıdır?

Dünyanın müxtəlif bölgələrində mütəmadi olaraq zəlzələlərin baş verməsi binaların seysmik davamlılığı məsələsini yenidən gündəmə gətirir. Azərbaycanda da yeni yaşayış binalarının tikintisi zamanı seysmik amillərin nəzərə alınması normativ tələblərlə müəyyən edilir. Qanunvericiliyə əsasən, tikinti layihələndirilərkə

13:58 246
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

12:18 203
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində

İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları

14:33 179
.

Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video

Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel

12:57 251
.

Məişət münaqişəsi qanlı faciəyə çevrildi - 4 uşaq öldü

ABŞ-ın Montana ştatında məişət münaqişəsi nəticəsində səkkiz nəfər, o cümlədən dörd uşaq həyatını itirib. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Polisin məlumatına görə, faciə Billings şəhərindəki evlərdən birində baş verib. Hüquq-mühafizə orqanlarına silahlı insident barədə məluma

12:10 182
.

"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi dözmədi, partladı"

Aparıcı Elgiz Əkbər mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin ölümündən iki gün əvvəl onunla görüşüb söhbət etdiyini bildirib. Elgiz Əkbər C.Məmmədovun həmin vaxt rənginin qaraldığını deyib. "Cavanşir Məmmədovun ürəyi partladı

16:41 147
.

"Almaniyada baş verənlər Avropa üçün xəbərdarlıqdır" - BƏHRUZ QULİYEV

"Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə "Almaniya üçün Alternativ" ( AfD) partiyasının təxminən 44 faiz səslə birinci olması təkcə regional seçkinin nəticəsi kimi qiymətləndirilməməlidir. Bu, Almaniya cəmiyyətində mövcud siyasi kursa, miqrasiya siyasətinə, iqtisad

12:09 203
.

Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"

Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə

14:17 246
.

Manatın məzənnəsi niyə idarə olunur? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda üzən məzənnə rejiminə tam şəkildə keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, məzənn

15:02 151
.