Yeni binalar zəlzələyə nə qədər davamlıdır?

Yeni binalar zəlzələyə nə qədər davamlıdır?Dünyanın müxtəlif bölgələrində mütəmadi olaraq zəlzələlərin baş verməsi binaların seysmik davamlılığı məsələsini yenidən gündəmə gətirir. Azərbaycanda da yeni yaşayış binalarının tikintisi zamanı seysmik amillərin nəzərə alınması normativ tələblərlə müəyyən edilir. Qanunvericiliyə əsasən, tikinti layihələndirilərkən ərazinin seysmikliyi və qrunt xüsusiyyətləri nəzərə alınmalıdır.

Bəs hazırda Azərbaycanda, xüsusilə Bakıda tikilən yeni çoxmərtəbəli binalar güclü zəlzələ zamanı nə dərəcədə davamlı ola bilər? Binaların zəlzələyə davamlılığını hansı amillər müəyyən edir və tikinti zamanı bu tələblərə nə dərəcədə əməl olunur?
Yeni binalar zəlzələyə nə qədər davamlıdır?Mövzu ilə bağlı şəhərsalma və inşaat məsələləri üzrə ekspert, novator memar Muxtar Ərturan BiG.AZ-a açıqlamasında bildirdi ki, inşaat məsələləri üzrə ekspert olaraq bildirirəm ki, yeni tikilən binalar qüvvədə olan seysmik normalara uyğun layihələndirildiyi və layihə tikintidə düzgün icra edildiyi halda zəlzələ təsirlərinə qarşı hesablanır. Azərbaycanda bunun üçün əsas normativ sənədlərdən biri AzDTN 2.3-1 "Seysmik rayonlarda tikinti" normalarıdır. Məsələn, 16 mərtəbədən yüksək binalar və xüsusi məsuliyyətli qurğular üçün real və sintezləşdirilmiş zəlzələ akseleroqramları əsasında əlavə hesablamalar nəzərdə tutulur.

Amma burada vacib məqam var: zəlzələyə davamlılığı yalnız binanın yaşı müəyyən etmir. Geoloji araşdırmanın düzgün aparılması, qruntun xüsusiyyətləri, fundament, daşıyıcı sistem, betonun faktiki keyfiyyəti, armaturun miqdarı və yerləşdirilməsi, düyünlərin düzgün icrası və tikinti nəzarəti birlikdə nəticəni müəyyən edir.

Digər vacib məsələ budur ki, "zəlzələyə davamlı bina" ifadəsi "zəlzələdə heç bir çat yaranmayacaq" mənasına gəlmir. Seysmik layihələndirmənin əsas məqsədlərindən biri güclü zəlzələ zamanı konstruksiyanın davranışını idarə etmək, qəfil və ağır dağılma riskini azaltmaq və ilk növbədə insanların həyatını qorumaqdır. Azərbaycanda hazırda seysmik layihələndirmə ilə yanaşı, bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsinə dair ayrıca AzDTN 2.1-2 norması da qüvvədədir.

"VR Standartları 2026" yanaşmasında da təhlükəsizlik yalnız layihədə göstərilən rəqəmlərlə məhdudlaşmır. Layihə, material, icra və sonrakı istismar vahid təhlükəsizlik zənciri kimi qiymətləndirilməlidir. Mənzil sahibi üçün əsas məsələ binanın reklamda neçə bal zəlzələyə davamlı göstərilməsi deyil, bunun layihə və icra keyfiyyəti ilə əsaslandırılmasıdır.
Yəni yeni bina zəlzələyə davamlı ola bilər, amma sadəcə yeni olduğu üçün yox - düzgün hesablandığı, düzgün tikildiyi və düzgün nəzarət edildiyi üçün.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 929   Tarix: 10 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 52
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 368
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 330
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 400
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 475
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 412
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 264
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 406
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 308
.