Neftin qiyməti 200 dollara çata bilər? - İQTİSADÇIDAN AÇIQLAMA
Neftin qiymətinin yenidən 100 dollar həddini keçməsi dünya enerji bazarında diqqəti mümkün daha böyük bahalaşma ssenarilərinə yönəldib. Sentyabrın 9-da Brent markalı neftin bir barrelinin qiyməti 101 dollardan yuxarı qalxıb. Yaxın Şərqdə davam edən gərginlik və neft tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlar qiymətlərin yüksəlməsinə təsir göstərən əsas amillər sırasında yer alır.
Financial Times-da da neft bazarında kəskin bahalaşma riskləri müzakirə edilir. Bu fonda əsas sual isə budur: neftin qiymətinin 200 dollara çatması real ssenaridirmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, neftin 200 dollara çatması mümkündür, amma bunu hazırda əsas ssenari kimi qiymətləndirmək düzgün olmaz. Onun sözlərinə görə, dünən Brent markalı neftin 101,21 dollara qədər yüksəlməsi artıq ciddi siqnaldır və artımın əsas səbəbi ABŞ-İran qarşıdurmasının dərinləşməsi, Hörmüz boğazından neft daşımalarının kəskin azalması və Yaxın Şərqdə yeni təchizat risklərinin yaranmasıdır: "Financial Times da hazırkı vəziyyətdə bazardakı ehtiyatların getdikcə azaldığını və təchizat probleminin əvvəlkindən daha ciddi olduğunu qeyd edir. 200 dollar səviyyəsi isə əsasən böhranın nə qədər uzanacağından asılıdır. Bunu isə politoloqlar dəqiqləşdirməlidir. Əgər Hörmüz boğazında normal gəmiçilik uzun müddət bərpa olunmasa, regiondakı neft hasilatı və infrastruktura zərər daha da artsa, bazara gündəlik milyonlarla barel neft çıxmasa, qiymətin əvvəlcə 120-150 dollara, daha sonra isə ekstremal ssenaridə 200 dollara yaxınlaşması real ola bilər. Hazırda boğazdan keçən neft axınının əvvəlki təxminən 8 milyon barel/gündən 1 milyon barel/günə qədər düşdüyü bildirilir.
Amma 200 dolların uzun müddət davam edən qiymətə çevrilməsi daha çətin məsələdir. Belə bir qiymət dünya iqtisadiyyatında tələbin azalmasına, alternativ enerji mənbələrinə keçidin sürətlənməsinə və ABŞ, Kanada, Braziliya kimi istehsalçıların hasilatı artırmasına səbəb olar. Yəni yüksək qiymət müəyyən müddətdən sonra özü bazarda tələbi zəiflədərək qiymətin daha da yüksəlməsinə mane olan amilə çevrilə bilər.
Mənim fikrimcə, indiki şəraitdə 200 dolları istisna etmək olmaz, amma yaxın perspektiv üçün 120-150 dollar diapazonu daha real risk zonasıdır. 200 dollar isə artıq genişmiqyaslı enerji böhranı, uzunmüddətli Hörmüz blokadası və Yaxın Şərqdə neft infrastrukturuna ciddi zərbələr tələb edən ekstremal ssenaridir. Amma bu baş versə bazar istirakçılarının heç birinə uzunmüddətli divident gətirməyəcək. Hazırda bazarın əsas qorxusu məhz münaqişənin bu istiqamətdə inkişaf etməsi və genişlənməsidir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 871 Tarix: 10 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281