Nizami rayon sakini "Orbita" MTK-nın mənzilini sökməsindən şikayətçidir

Nizami rayon sakini "Orbita" MTK-nın mənzilini sökməsindən şikayətçidirBakı şəhəri, Nizami rayon sakini Cəmilə Nəbiyeva "Orbita" Mənzil-Tikinti Koorperativindən (MTK) şikayətçidir.

BiG.AZ xəbər verir ki, sakin Oxu.Az-a müraciət edərək bildirib ki, sözügedən şirkət icazəsi olmadan çıxarışlı mənzilini söküb.

O qeyd edib ki, sökülən mənzil 1983-cü ildə lampa zavodunda işləyərkən ona verilmişdi:

"Zavodda işlədiyimə görə, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanındakı mənzil mənə verilib. Mən bu evi oğlumun adına özəlləşdirmişəm. 2007-ci ildə sərəncam, 2009-cu ildə isə çıxarış almışam. Evimdə məcburi köçkün ailəsi yaşadığı üçün orada məskunlaşa bilməmişəm. Həmin məcburi köçkünlər də 1993-cü ildə köçüb gələndə məskunlaşmayıblar. Kim istəsə, araşdıra bilər. 2008-ci ilin əvvəlləri gəlib evimə giriblər. Mənim həmin vaxt artıq sərəncamım var idi. Çıxarışı alandan sonra da həmin məcburi köçkün ailəsinin qeydiyyata düşməsi üçün çıxarışı vermişəm, gedib bir nəfər qeydiyyata düşüb. "Orbita" MTK evimi sökməzdən qabaq orada yaşayan məcburi köçkünləri başqa yerə köçürüb, qalmağa yer verib. Qanuni çıxarışım olan mənzilimi isə icazəm olmadan söküblər. Mənim sökülən evimin qarşılığında isə heç nə təklif edilməyib. Evimə girib yaşayan məcburi köçkün məskunlaşdırılır, amma qanuni ev sahibi mən ola-ola icazəsiz sökürlər, hələ sonrasında da heç bir tədbir görmürlər. Bir problem məndədir? Mən bunu başa düşə bilmirəm".

Nizami Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə yerləşən torpaq sahəsi müvafiq qurumların icazəverici sənədləri əsasında sözügedən ərazidə yerləşən, istismar müddətini bitirmiş, müasir yaşayış tələblərinə cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə icarə əsasında "Orbita" Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilib:

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutunun mütəxəssisləri tərəfindən K.Balakişiyev küçəsində yerləşən 6/10 saylı yataqxana tipli binaya texniki baxış keçirilib və binanın vəziyyəti qəzalı, yaşayış üçün yararsız kimi qiymətləndirilərək 17.05.2021-ci il tarixli texniki rəy təqdim olunub.

K.Balakişiyev küçəsində yerləşən 5 mərtəbədən, 2 girişdən ibarət 6/10 saylı yataqxana tipli bina 1963-cü ildə inşa edilib. Qeyd edilən bina müvafiq layihə əsasında 88 mənzildən ibarət inşa edilsə də, ötən illər ərzində ümumi sahələrin zəbti və artırılması sayəsində hazırda sözügedən binada 127 mənzil mövcuddur.

Qeyd olunan binada mülkiyyət sahibləri ilə yanaşı, 1990-cı illərdə öz yurd-yuvalarından didərgin düşmüş ailələr də müvəqqəti məskunlaşaraq yaşamış və məskunlaşmış 6 məcburi köçkün ailəsi də müvafiq razılaşma əsasında MTK tərəfindən köçürülərək müvəqqəti yaşayış üçün mənzillərlə təmin olunub".

Qurumdan Cəmilə Cəfər qızı Nəbiyevanın şikayətində səsləndirdiyi iddiaya cavab olaraq bildirilib ki, qeyd olunan otağın xüsusi mülkiyyətdə olması barədə MTK və balanssaxlayıcı təşkilatda hər hansı məlumat olmayıb:

"Cəmilə Cəfər qızı Nəbiyevanın iddia etdiyi otaq uzun müddətdən bəri məcburi köçkün ailəsi tərəfindən istifadə olunub və son illər ərzində həmin otağın boşaldılması ilə bağlı MTK otaqda məskunlaşan məcburi köçkün ailəsi ilə danışıqlar aparıb və əldə olunmuş razılıqdan sonra həmin məcburi köçkün ailəsi MTK tərəfindən köçürülərək müvəqqəti yaşayış üçün mənzillə təmin olunub. Qeyd olunan otağın xüsusi mülkiyyətdə olması barədə MTK və balanssaxlayıcı təşkilatda hər hansı məlumat olmayıb. Sözügedən otaqda köçürülmə həyata keçirildikdən sonra C.Nəbiyeva otağın onun mülkiyyətində olması barədə çıxarışının olduğunu bildirib.

Hazırda Cəmilə Cəfər qızı Nəbiyevanın məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı mənzilin onun mülkiyyətində olması barədə iddiası tərəfimizdən araşdırılanadək, eyni zamanda, bütün sakinlərlə razılıq əldə olunanadək və aidiyyəti qurumların müvafiq rəsmi icazəsi alınanadək MTK rəhbərliyinə sözügedən binada hər hansı söküntü işlərinin aparılmaması barədə xəbərdarlıq edilib. Həmçinin MTK rəhbərliyi bildirib ki, binada söküntü işləri razılıq əldə olunaraq köçən mənzil sahiblərinin özləri tərəfindən aparılıb.

Hazırda Cəmilə Cəfər qızı Nəbiyevanın müraciəti tərəfimizdən araşdırılır və mövcud qanunvericilik çərçivəsində həlli istiqamətində işlər aparılır, eyni zamanda, vətəndaş C.Nəbiyevaya sözügedən məsələ ilə bağlı məhkəmə müraciət etmək hüququnun olduğu bildirilib".

Məsələ ilə bağlı "Orbita" Mənzil-Tikinti Koorperativinə də sorğu ünvanlanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 734   Tarix: 15 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni binalar zəlzələyə nə qədər davamlıdır?

Dünyanın müxtəlif bölgələrində mütəmadi olaraq zəlzələlərin baş verməsi binaların seysmik davamlılığı məsələsini yenidən gündəmə gətirir. Azərbaycanda da yeni yaşayış binalarının tikintisi zamanı seysmik amillərin nəzərə alınması normativ tələblərlə müəyyən edilir. Qanunvericiliyə əsasən, tikinti layihələndirilərkə

13:58 246
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

12:18 203
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində

İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları

14:33 179
.

Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video

Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel

12:57 251
.

Məişət münaqişəsi qanlı faciəyə çevrildi - 4 uşaq öldü

ABŞ-ın Montana ştatında məişət münaqişəsi nəticəsində səkkiz nəfər, o cümlədən dörd uşaq həyatını itirib. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Polisin məlumatına görə, faciə Billings şəhərindəki evlərdən birində baş verib. Hüquq-mühafizə orqanlarına silahlı insident barədə məluma

12:10 182
.

"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi dözmədi, partladı"

Aparıcı Elgiz Əkbər mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin ölümündən iki gün əvvəl onunla görüşüb söhbət etdiyini bildirib. Elgiz Əkbər C.Məmmədovun həmin vaxt rənginin qaraldığını deyib. "Cavanşir Məmmədovun ürəyi partladı

16:41 147
.

"Almaniyada baş verənlər Avropa üçün xəbərdarlıqdır" - BƏHRUZ QULİYEV

"Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə "Almaniya üçün Alternativ" ( AfD) partiyasının təxminən 44 faiz səslə birinci olması təkcə regional seçkinin nəticəsi kimi qiymətləndirilməməlidir. Bu, Almaniya cəmiyyətində mövcud siyasi kursa, miqrasiya siyasətinə, iqtisad

12:09 203
.

Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"

Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə

14:17 246
.

Manatın məzənnəsi niyə idarə olunur? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda üzən məzənnə rejiminə tam şəkildə keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, məzənn

15:02 151
.