Məşhur müğənni Keti Perri yaxın bir neçə gündə kosmosa uçmağa hazırlaşır

Məşhur müğənni Keti Perri yaxın bir neçə gündə kosmosa uçmağa hazırlaşırDünya şöhrətli pop ulduzu Keti Perri 14 aprel tarixində "Blue Origin" raketi ilə kosmosa səyahətə çıxmağa hazırlaşır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, "Elle" jurnalına müsahibəsində bəyan edib.

O, bu uçuşun onun üçün şəxsi və mənəvi bir missiya olduğunu vurğulayıb.

İfaçı Yer kürəsinin nə qədər qiymətli və qorunmağa layiq olduğunu hər an xatırlatması üçün kosmosa özü ilə "canlı bir varlıq" aparmaq niyyətini də açıqlayıb.

Bundan əlavə, Perri və onun həmkarları uçuş zamanı makiyaj etməyi düşünürlər.

"Kosmos nəhayət qlamur olacaq", - deyə sənətçi bildirib.

Keti Perri qeyd edib ki, bu səfərə çıxmaqda əsas məqsədlərindən biri qızı Deyzini xəyal qurmağa ruhlandırmaqdır:

"Ona göstərmək istəyirəm ki, istənilən insan - mənşəyindən, etnik kimliyindən, iqtisadi vəziyyətindən və ya təhsil səviyyəsindən asılı olmayaraq - öz arzularını gerçəkləşdirə bilər. Deyzi artıq böyük bir xəyalpərəstdir, halbuki hələ cəmi dörd yaşı var. Amma mən bunu təkcə onun üçün yox, gələcək nəsil üçün də edirəm", - deyə o əlavə edib.

Uçuş təxminən 11 dəqiqə davam edəcək və Yer atmosferi ilə kosmik boşluq arasındakı sərhəd hesab olunan Karman xəttinə qədər yüksələcək. Perri və həmkarları orbitə çıxmayacaqlar. Qeyd edək ki, bu missiya yalnız qadınlardan ibarət olacaq - bu isə 1963-cü ildə sovet kosmonavtı Valentina Tereşkovanın təkbaşına uçuşundan sonra ilk belə hadisədir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1085   Tarix: 13 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Deyirlər ki, Mələkxanımın bloger qızı, amma..."

Xalq artisti Mələkxanım Eyubova bloger qızı Nəzrindən danışıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" verilişində övladının yaradıcılığından söz açıb. O bildirib ki, hər yerdə Nəzrinin onun bloger qızı kimi təqdim edirlər:. "Deyirlər ki, Mələkxanımın bloger qızı. Nəzrin hazırd

19.09.2026 292
.

Ən çox gəlir gətirən aktyor oldu

Britaniyalı aktyor Tom Holland kino tarixinin ən çox gəlir gətirən aktyorları siyahısında birinci pilləyə yüksəlib. Axşam.az xəbər verir ki, aktyorun rol aldığı filmlərin ümumi dünya üzrə gəliri 15,48 milyard dolları keçib. Bununla Holland Zoi Saldana və Skarlett Yohanssonu geridə qoyub. Aktyorun il

19.09.2026 224
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13.09.2026 349
.

Rüfət bu yolla arıqlayır

Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir

20.09.2026 352
.

Bunun üçün 1 milyardından keçdi

"BTS" qrupunun üzvü Canqkuk xeyriyyə məqsədilə böyük məbləğdə ianə edib. Axşam.az xəbər verir ki, Cənubi Koreyanın məşhur ifaçısı Seul Milli Uşaq Xəstəxanasına 1 milyard von, təxminən 1 milyon 268 min manat bağışlayıb. Müğənni bildirib ki, vəsait maddi imkanı məhdud ailələrdən olan uşaqları

13.09.2026 323
.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27.09.2026 401
.

3 il aradan sonra seriala çəkilir

Türkiyəli aktyor Tolqahan Sayışman uzun aradan sonra kamera qarşısına keçəcək. Axşam.az xəbər verir ki, aktyor "Ölüm bizi ayırana dek" serialında baş rolu ifa edəcək. O, "Uygar Soykan" adlı inşaat mühəndisinə həyat verəcək. Ekran işi 10 bölümdən ibarət olacaq. Qeyd edək ki, Tolqaha

19.09.2026 266
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13.09.2026 575
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20.09.2026 804
.