Nikah dövründə alınan əmlakın bölünməsi – Kimə nə düşür?

Nikah dövründə alınan əmlakın bölünməsi – Kimə nə düşür?Əmlak bölgüsü nikaha xitam verildikdən sonra üzə çıxan əsas məsələlərdən biridir.

Əmlak bölgüsü zamanı zinət əşyaları və cehizin qaytarılması, evdə yaşamaq hüququ və digər məsələlərlə bağlı iddia ərizəsinin yazılması, sənədlərin məhkəməyə təqdim edilməsi və müdafiə üçün düzgün ünvana müraciət etmək şərtdir.

Əmlak bölgüsü Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Hər iki məcəllədə nikah zamanı əldə olunan əmlakın ailənin ümumi əmlakı olduğu vurğulanır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, əmlakın bölünməsi məsələsi bu günün ən aktual hüquqi suallarından biridir. Müasir dövrdə nikahın ləğvi ilə bağlı kifayət qədər məhkəmə prosesi keçirilir. Bu proseslərdə yalnız nikahın pozulması deyil, eyni zamanda digər mühüm məsələlər də müzakirə edilir. Boşanma zamanı ən çox mübahisə doğuran məsələlərdən biri də uşağın qəyyumluğu, alimentin ödənilməsi və nikah dövründə birgə əldə olunmuş əmlakın bölünməsidir:

Nikah dövründə alınan əmlakın bölünməsi – Kimə nə düşür?"Nikah dövründə əldə edilən əmlak dedikdə nə başa düşülür?

Nikaha daxil olduqdan sonra birgə gəlir hesabına alınmış daşınar və daşınmaz əmlak bu kateqoriyaya daxildir. Əmlakın yalnız kişinin və ya qadının adına rəsmiləşdirilməsi onun bölünməsinə təsir göstərmir – yəni hüquqi baxımdan bu fərq etmir.

Bəzən sual yaranır: kişi işləyir, qadın isə evdar xanımdır – bu halda qadının əmlak üzərində hüququ varmı? Cavab birmənalı şəkildə "bəli"dir. Qadın birbaşa gəlir əldə etməsə belə, evdar olması və ailə içindəki rolu ona birgə əmlakda bərabər pay haqqı verir.

Uşaqların əmlakda payı varmı?

Qanunvericiliyə əsasən, nikah dövründə dünyaya gələn uşaqların birgə əldə edilən əmlakda payı olmur. Lakin valideynlərdən hansı uşağın qəyyumluğunu alırsa, məhkəmə bu halı nəzərə alaraq əmlakı bərabər yox, üçdə iki hissədə həmin valideynin xeyrinə bölə bilər. Əgər uşaqlar ananın himayəsində qalırsa, məhkəmə adətən anaya daha böyük pay verir.

İpoteka ilə alınan əmlak necə bölünür?

Nikah dövründə ipoteka krediti ilə alınmış mənzil də birgə əmlak sayılır. Əgər ipoteka ödənişləri hələ davam edirsə, tərəflərdən biri digər tərəfdən kreditin ödənilməmiş hissəsinə dair öhdəlik tələb edə bilər.

Bundan əlavə, nikah müddətində alınan əmlak yalnız bir şəxsin şəxsi vəsaiti (məsələn, əvvəlki evini satması nəticəsində) hesabına əldə olunubsa, bəzi hallarda məhkəmə həmin əmlakı birgə əmlak kimi qiymətləndirməyə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1315   Tarix: 10 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Barselona" bu mövsüm bütün oyunlarını 22:3 hesabı ilə qazanıb

İspaniya çempionu "Barselona" bu mövsüm bütün oyunlarında 22:3 hesabı ilə qalib gəlib. xəbər verir ki, Çempionlar Liqasının ilk turunda Hans-Diter Flikin komandası "Feyenoord"u 5:1 hesabı ilə darmadağın edib. Kataloniya klubu bundan əvvəl "Valensiya"nı (5:0), "Ray

18:30 1
.

22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu

Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio

19:15 1
.

Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"

Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə

14:17 246
.

Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib

Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi

13:02 164
.

İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı

İmişlidə 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb. Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbirlər nəticəsind

17:31 68
.

Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video

Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel

12:57 251
.

"BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?

Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb. The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşların

15:07 148
.

Bu məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb. "Qafqazinfo"

16:21 130
.

Manatın məzənnəsi niyə idarə olunur? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda üzən məzənnə rejiminə tam şəkildə keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, məzənn

15:02 151
.