Anar Əliyev məhkəmə qərarını niyə icra etmir? - Keçmiş baş əmək müfəttişinin işə bərpası dalana dirənib

Anar Əliyev məhkəmə qərarını niyə icra etmir? - Keçmiş baş əmək müfəttişinin işə bərpası dalana dirənibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məhkəmə qərarını icra etmir.

Bu barədə Qaynarinfo-ya keçmiş baş əmək müfəttişi Müşfiq Məmmədov bildirib.

Müşfiq Məmmədov 2002-ci ildən sözügedən qurumda baş əmək müfəttiş vəzifəsində işləyib. Onun sözlərinə görə, 2019-cu ildə heç bir əsas olmadan işdən çıxarılıb.

Keçmiş baş əmək müfəttişi rəhbərliyin işdən çıxarılma barədə əmrini məhkəmədə mübahisələndirmək qərarına gəlib. O, Bakı İnzibati Məhkəməsində işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi tələbi ilə iddia qaldırıb. Müşfiq Məmmədovun iddiasına Bakı İnzibati Məhkəməsində baxılıb və təmin edilməyib.

Keçmiş baş müfəttiş qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Lakin Müşfiq Məmmədov hüquqi mübarizəsini davam etdirərək Ali Məhkəməyə kassasiya şikayəti təqdim edib. Ali Məhkəmə onun şikayətini qismən təmin edərək, yenidən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya instansiyası isə Bakı İnzibati Məhkəməsinin qərarını ləğv edib.

ƏƏSMN qərardan Ali Məhkəməyə kassasiya şikayəti versə də, təmin olunmayıb. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 25 aprel 2022-ci il tarixdə icra edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Lakin Nazirlik Ali Məhkəmənin qərarını bu günədək icra etməyib.

Maraqlıdır ki, nazirlik məhkəmə qərarını icra etmək əvəzinə, Müşfiq Məmmədovun işdən çıxarılması barədə əmri faktiki olaraq saxtalaşdırıb.

"Nazirlik xəbərim olmadan analoqu olmayan qanunsuz bir addım atıb: 19 avqust 2022-ci il taixli əmrlə 17 dekabr 2019-cu il taixli ştat cədvəllərinin təsdiq edilməsi haqqında əmrə dəyişiklik adı altında adımı həmin əmrə salaraq süni xitam əmri yaradıb və əmri qanunsuz olaraq geri tarixlə elektron informasiya sisteminə yerləşdirərək analoqu olmayan növbəti qanun pozuntusuna yol verib. Beləliklə, guya mən 2019-cu ilin iyun ayında deyil, 2019-cu ilin dekabrında təkrar işdən çıxarılmışam. Halbuki mən dekabr ayında işdə olmamışam, çünki qeyd etdiyim kimi, bundan 5 ay əvvəl mən artıq işdən çıxarılmışam. Belə çıxır ki, məhkəmə qərarının icrasından yayınmaq üçün istənilən tarixdə verilmiş istənilən əmrə dəyişiklik edərək süni əmrləşmə aparmaq olar. Özü də bunu əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın rəhbərliyi edirsə, bu çox acınacaqlı bir haldır", deyə Müşfiq Məmmədov bildirib.

Bu mənfi nümunədən istənilən dövlət orqanı və ya sahibkar yararlanaraq istənilən işçinin əmək hüquqlarını poza bilər.

Keçmiş baş əmək müfəttişi 2022-ci ildə verilmiş əmrin ləğvi ilə bağlı yenidən Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. Lakin iddiası təmin edilməyib. Apellyasiya instansiyasına və Ali Məhkəməyə təqdim edilən şikayətlər də nəticə verməyib.

"Halbuki, eyni məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər işçisi Zaur Hüseynovun iddiası təmin edilib. Bakı İnzibati Məhkəməsinin eyni məsələyə ikili standartlarla yanaşması təəssüf hissi doğurur", deyə Müşfiq Məmmədov qeyd edib.

Onun sözlərinə görə, ayrıca Bakı İnzibati Məhkəməsi işə bərpa olunmağım və işsiz qaldığım müddət üçün əmək haqqının ödənilməsi ilə bağlı qərardad qəbul edib. ƏƏSMN bu qərardadı da icra etməyərək apellyasiya şikayəti verib. Lakin apellyasiya instansiyası şikayəti təmin etməyib.
Müşfiq Məmmədov deyir ki, bu günə qədər ƏƏSMN məhkəmə qərarının icra etmir və yaxud icrasına süni əngəllər yaradır. O, konkret adlar da çəkib:

"Qərarın icrasına maneə törədənlər dövlət qulluğu və məsələləri şöbəsinin müdiri Bayramova Nərmin Ernest qızı və şöbənin əməkdaşı Əliyev Elşad Nizami oğludur. Qərarın icrası ilə bağlı görüşdə bir söz deyən, reallıqda isə başqa cür davranan bu şəxslər işçilərin başına olmazın oyunlar açır və nəticədə vətəndaşları dövlətimizdən narazı salırlar".

Qeyd edək ki, hazırda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevdir. O, cari ilin fevralında bu vəzifəyə təyinat alıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 721   Tarix: 10 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kirayədə qaldığı evi qarət etdi

Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib. DİN mətbuat xidmətindən -a bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 800 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməl

19:45 1
.

Rusiya qüvvələri Kiyevdəki yanacaqdoldurma məntəqəsinə hücum edib, dörd nəfər yaralanıb

Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevdə ilk dəfə olaraq yanacaqdoldurma məntəqəsinə hücum edərək dörd nəfəri yaralayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə mer Vitali Kliçko və "Ukrnafta" neft şirkəti cümə axşamı bildirib. Fövqəladə Hallar Xidmətinin verdiyi məlumat

14:33 164
.

Tramp İran müharibəsinin ABŞ-da ara seçkilərdən sonra bitəcəyini deyir və Pikaks dağına hücum etməklə hədələyir

ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək ABŞ ara seçkilərindən sonra İranla müharibənin bitəcəyini gözlədiyini bildirib və altı aylıq müharibənin başlanğıcından bəri iki tərəf gəmiçiliyə ən böyük hücum dalğasını başlatdıqdan sonra İslam Respublikasının nüvə proqramı ilə əlaqəli bir əraziy

10:35 168
.

Qızılca və məxmərəyə bənzəyən "altıncı xəstəlik" adlı virus nədir? (VİDEO)

Əvvəlcə hərarət qalxır, sonra isə səpgilər başlayır. Qaynarinfo xəbər verir ki, ilk baxışdan qızılcaya bənzəsə də, son günlər azyaşlılar arasında hərarət və səpgi ilə müşahidə edilən "altıncı aəstəlik" adlı virus infeksiyası yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edəən valideynlərdə

11:15 167
.

Qadın keçmiş sevgilisini qısqanıb evini və maşınını yandırdı

Rusiyada 33 yaşlı qadın keçmiş sevgilisinin avtomobilini və bağ evini yandırıb. xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı kişi polisə müraciət edərək naməlum şəxsin onun torpaq sahəsinə daxil olduğunu, "Niva" markalı avtomobilini və bağ evini yandırdığını deyib. Araşdırma zamanı hadisən

18:45 1
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

12:18 203
.

Məişət münaqişəsi qanlı faciəyə çevrildi - 4 uşaq öldü

ABŞ-ın Montana ştatında məişət münaqişəsi nəticəsində səkkiz nəfər, o cümlədən dörd uşaq həyatını itirib. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Polisin məlumatına görə, faciə Billings şəhərindəki evlərdən birində baş verib. Hüquq-mühafizə orqanlarına silahlı insident barədə məluma

12:10 182
.

Kokos yükündən bir tondan çox narkotik çıxdı - 2 nəfər həbs edildi

İspaniyada kokos yükünün içərisində gizlədilmiş bir tondan çox kokain aşkarlanıb. xəbər verir ki, bu barədə "20 Minutos" agentliyi məlumat yayıb. Sevilyada hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı ümumilikdə 1 238 kiloqram kokain müsadirə edilib. Narkotik maddə yük konteynerini

12:04 158
.

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir:. "Hörmətli həmvətənlər!. Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixə

14:45 160
.