İnsanlara nur və şəfa bəxş edən alim

İnsanlara nur və şəfa bəxş edən alimZərifə xanım Əliyeva zəngin, şərəfli ömür yolu bugünkü və gələcək nəsillər üçün parlaq nümunədir. O, həm peşəkar həkim-mütəxəssis, həm ləyaqətli ziyalı, həm vəfalı ömür-gün yoldaşı, həm də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmışdır. Zərifə xanımın çoxşaxəli fəaliyyəti ictimai əhəmiyyətli və faydalı olub. O, həm insanlara nur və şəfa bəxş edib, həm savadlı, peşəkar mütəxəssislərin yetişməsində fəal rol oynayıb, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün örnək yaradıb. Yəni, Zərifə xanım Əliyevanın fərdi və ictimai portreti rəngarəng, həyat yolu mənalı və nümunəvidir. Zərifə xanım Əliyevanın zəngin irsindən bəhs edərkən, ilk növbədə, oftalmologiya elminə müstəsna töhfələrinə xüsusi diqqət yetirmək lazımdır. Onun apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.
Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. O, həmçinin oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. Oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə xanım Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən böyük mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın alim idi. 150-dən artıq elmi əsərin müəllifi olan akademik çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Bunlarla yanaşı, görkəmli alim SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışıb. O, respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, o cümlədən "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü olub. Bu, Zərifə xanımın ictimai fəaliyyətinin də cəmiyyətimiz və respublikamız üçün faydalı, səmərəli olduğunu göstərir.
Zərifə xanımın insani keyfiyyətləri onun elmi və peşə fəaliyyətindən heç də az dəyərli deyil. Alicənablıq, sadəlik, nur, nəciblik, qayğıkeşlik, ailəsinə bağlılıq onu ən gözəl səciyyələndirən sözlərdir. Təsadüfi deyil ki, ölkəmizin bugünkü sürətli inkişafını, beynəlxalq nüfuzunu, möhtəşəm uğurlarını təmin edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dövlətimizin ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan məhz belə bir ailədə dünyaya gəlib, formalaşıb. Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyevlə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsiri var. Zərifə xanım kimi müdrik bir insanın ocağının hər bir üzvünə onun nurundan pay düşüb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ehtiyacı olanların pənah yeri kimi tanınır, insanlara qayğısı ilə hər kəsin sevgisini qazanıb. Ölkəmizdə hazırda səhiyyə sahəsində əldə olunan nailiyyətlərdə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafında onun böyük zəhməti var.
Zərifə xanım Əliyeva Vətən üçün – Azərbaycan naminə misilsiz işlər görüb. Vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana kimi də bu missiyasını ləyaqətlə yerinə yetirib. Zərifə xanım ümummilli lider Heydər Əliyevlə ailə məsuliyyətini paylaşaraq cənab İlham Əliyev kimi övlad yetişdirib. Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən dərs alan Prezident İlham Əliyev ata vəsiyyəti ilə yanaşı, xalqa, dövlətə, Vətənə sədaqət andını gerçəkləşdirərək Azərbaycana tarixi nailiyyətlər qazandırıb, ölkəmizin adını qalib və qüdrətli dövlətlər sırasına yazdırıb. Bir sözlə, cənab İlham Əliyev tarix yazıb və adını tarixə əbədi yazdırıb – həkk etdirib. Əlbəttə, övladının yüksək məqama çatması, Vətən, xalq üçün faydalı işlər görməsi hər bir valideynin ülvi məqsədi və arzusudur. İlham Əliyev isə arzuları gerçəkləşdirib. Ona görə də həm Ulu Öndər Heydər Əliyevin, həm də Zərifə xanım Əliyevanın ruhu şaddır.
Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Amma ən böyük mükafat, ən üstün dəyər xalqın ona sevgisi, düşüncələrdə və qəlblərdə silinməz yeri, əziz xatirəsidir. Azərbaycan qadınlarına məxsus ləyaqətli, şərəfli bir ömür yaşamış Zərifə xanım Əliyevanın işıqlı obrazı həmişə bizimlə olacaq, əziz xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq!

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 866   Tarix: 10 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən yaxşı şəhəri seçildi (SİYAHI)

Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci il dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu nəticə "Economist Intelligence Unit" ("EIU") analitik mərkəzinin 2026-cı il üzrə Qlobal Yaşayış Keyfiyyəti İndeksində əks olunub. Hə

10.07.2026 162
.

Polşa Ukraynanı dəstəkləməyə davam edəcək

ABŞ və NATO-nun müraciəti əsasında Ukraynaya bir neçə "Patriot" raketinin verilməsi düzgün addımdır və hökumətin bu qərarını şəxsən müdafiə edəcəyəm. xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib. "Polşa Ukraynanı dəstəkləyəcək və bacardığı qədər kömək edəcək

10.07.2026 165
.

ABŞ İsraili İranla müharibədən uzaq tutmağa çalışır

CNN-in yaydığı məlumata görə, ABŞ administrasiyası İsrail ilə İran arasında münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır və İsraili müharibənin yeni mərhələsinə cəlb etməmək üçün diplomatik səylərini artırıb. Vaşinqton hesab edir ki, münaqişənin yenidən alovlanması Yaxın Şərqdə vəziyyət

10.07.2026 165
.

Bakıda qulaqdibi xəstəliyi yayılıb? - Açıqlama

Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır. Səhiyyə Nazirliyindən Axşam.az-a verilən xəbərə görə, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. Bildirilib ki, hazırda ölkədə epidemik parotit üzr

10.07.2026 289
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.43% azalaraq 4.123 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.14% ucuzlaşaraq 60.66 ABŞ dolları təşkil edib

10.07.2026 137
.

Paltaryuyan maşındakı "kəpənək" işarəsi nə deməkdir?

Müasir paltaryuyan maşınların idarəetmə panelində müxtəlif işarələr yer alır. Əksər istifadəçilər adətən "Pambıq" və ya "Sintetika" proqramlarından istifadə etsələr də, bəzi simvolların mənası çoxlarına məlum deyil. Onlardan biri də kəpənək işarəsidir. Mütəxəssislərin sözlərinə görə

10.07.2026 224
.

Haalandın 10 il əvvəl yazdığı mahnı viral oldu - Video

Norveç millisinin hücumçusu Erlinq Haaland təkcə Dünya Çempionatındakı möhtəşəm oyunu ilə deyil, həm də illər əvvəl yazdığı replə yenidən diqqət mərkəzinə düşüb. "Qafqazinfo" xəbər verir ki, "Mançester Siti"nin ulduz futbolçusunun 2016-cı ildə dostları Erik Botheim və Erik Tobia

10.07.2026 135
.

İsrail ABŞ-ı İranın Trampa qarşı yeni sui-qəsd planı barədə xəbərdar edib

"Wall Street Journal" qəzetinin cümə axşamı günü məsələ ilə tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, İsrail ABŞ prezidenti Donald Trampa qarşı yeni sui-qəsd planı ilə bağlı İranın planı ilə bağlı ABŞ-la yeni kəşfiyyat məlumatları paylaşıb. BİG.AZ The Jerusalem Post-a istinadə

10.07.2026 192
.

Maaş artımları inflyasiyanı üstələyirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda orta aylıq nominal əməkhaqqının artması ilə bağlı statistika mütəmadi olaraq açıqlanır. Rəsmi rəqəmlər maaşların yüksəldiyini göstərsə də, gündəlik həyatda qiymət artımları fonunda bu artımın vətəndaşların real gəlirlərinə necə təsir etdiyi müzakirə mövzusu olaraq qalır. Bəs maaş artımlar

10.07.2026 243
.

TOP MP3