"Fransa 100 minlərlə insanın təməl haqlarını görməzdən gələn totalitar diktatura rejimindən başqa bir şey deyil" - Bəhruz Məhərrəmov

"Fransa 100 minlərlə insanın təməl haqlarını görməzdən gələn totalitar diktatura rejimindən başqa bir şey deyil" - Bəhruz MəhərrəmovFransanın dənizaşırı ərazilər naziri Manuel Vals Bakı Təşəbbüs Qrupunun (BTQ) Yeni Kaledoniyanın institusional gələcəyi ilə bağlı danışıqlarda vasitəçi olmağı təklifinə qarşı çıxıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyanın institusional gələcəyi ilə bağlı danışıqlarda vasitəçi olmaq təklifinə qarşı çıxması bu ölkənin neokolonist mahiyyətindən əl çəkmək niyyətində olmadığını və hələ də bəşəri təhdid olaraq qaldığının göstəricisidir:

"Görünən odur ki, uzun illər ərzində insan haqları və demokratik dəyərlər adı altında pərdələnən Fransa mahiyyətcə xalqları əsarətdə saxlayan və 100 minlərlə insanın təməl haqlarını görməzdən gələn totalitar diktatura rejimindən başqa bir şey deyil. Əslində proseslərin bu cür inkişafında Parisin özü qədər bu günə qədər Fransanın çoxsaylı cinayətlərinə göz yumaraq cəzasızlıq mühitinə rəvac vermiş "beynəlxalq ictimaiyyətdə" məsuliyyət daşıyır. Belə ki yarım əsr ərzində milyon yarımdan artıq insanın qətliyamının dövlət siyasəti çərçivəsində həyata keçirilməsi, dənizaşırı ərazilərdə 20 il ərzində 200-dən artıq nüvə silahı ilə həmin bölgələrin sakinlərinin kütləvi qırğınına yol açılması, habelə digər çoxsaylı cinayətlər fonunda cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində Əlcəzairdəki çıxışına qədər heç bir beynəlxalq subyekt açıq şəkildə Fransanın cinayətlərini pisləməmişdir. Görünən odur ki, Fransa onun əsl mahiyyətini ifşa edən Azərbaycanın prosesdə tutacağı qətiyyətli mövqedən narahatlıq keçirdiyi üçün Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniya məsələsində vasitəçiliyinə qarşı çıxır. Digər tərəfdən, əgər Fransa neokolonialist siyasətindən çəkilmək niyyətində olsa idi və səsləndirdiyi vədlərində səmimi niyyət güdsə idi, birmənalı şəkildə istənilən, effekti sual doğurmayan vasitəçilikdə maraqlı olardı. Lakin görünən odur ki, Fransa zaman qazanmaqla əslində müstəmləkələrdə azadlıq hərəkatlarını boğmaq və təcavüzkar rejimin dayaqlarının bərpası və gücləndirilməsinə çalışmaqdadır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 990   Tarix: 09 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kirayədə qaldığı evi qarət etdi

Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib. DİN mətbuat xidmətindən -a bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 800 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməl

19:45 1
.

Rusiya qüvvələri Kiyevdəki yanacaqdoldurma məntəqəsinə hücum edib, dörd nəfər yaralanıb

Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevdə ilk dəfə olaraq yanacaqdoldurma məntəqəsinə hücum edərək dörd nəfəri yaralayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə mer Vitali Kliçko və "Ukrnafta" neft şirkəti cümə axşamı bildirib. Fövqəladə Hallar Xidmətinin verdiyi məlumat

14:33 164
.

Tramp İran müharibəsinin ABŞ-da ara seçkilərdən sonra bitəcəyini deyir və Pikaks dağına hücum etməklə hədələyir

ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək ABŞ ara seçkilərindən sonra İranla müharibənin bitəcəyini gözlədiyini bildirib və altı aylıq müharibənin başlanğıcından bəri iki tərəf gəmiçiliyə ən böyük hücum dalğasını başlatdıqdan sonra İslam Respublikasının nüvə proqramı ilə əlaqəli bir əraziy

10:35 168
.

Qızılca və məxmərəyə bənzəyən "altıncı xəstəlik" adlı virus nədir? (VİDEO)

Əvvəlcə hərarət qalxır, sonra isə səpgilər başlayır. Qaynarinfo xəbər verir ki, ilk baxışdan qızılcaya bənzəsə də, son günlər azyaşlılar arasında hərarət və səpgi ilə müşahidə edilən "altıncı aəstəlik" adlı virus infeksiyası yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edəən valideynlərdə

11:15 167
.

Qadın keçmiş sevgilisini qısqanıb evini və maşınını yandırdı

Rusiyada 33 yaşlı qadın keçmiş sevgilisinin avtomobilini və bağ evini yandırıb. xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı kişi polisə müraciət edərək naməlum şəxsin onun torpaq sahəsinə daxil olduğunu, "Niva" markalı avtomobilini və bağ evini yandırdığını deyib. Araşdırma zamanı hadisən

18:45 1
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

12:18 203
.

Məişət münaqişəsi qanlı faciəyə çevrildi - 4 uşaq öldü

ABŞ-ın Montana ştatında məişət münaqişəsi nəticəsində səkkiz nəfər, o cümlədən dörd uşaq həyatını itirib. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Polisin məlumatına görə, faciə Billings şəhərindəki evlərdən birində baş verib. Hüquq-mühafizə orqanlarına silahlı insident barədə məluma

12:10 182
.

Kokos yükündən bir tondan çox narkotik çıxdı - 2 nəfər həbs edildi

İspaniyada kokos yükünün içərisində gizlədilmiş bir tondan çox kokain aşkarlanıb. xəbər verir ki, bu barədə "20 Minutos" agentliyi məlumat yayıb. Sevilyada hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı ümumilikdə 1 238 kiloqram kokain müsadirə edilib. Narkotik maddə yük konteynerini

12:04 158
.

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir:. "Hörmətli həmvətənlər!. Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixə

14:45 160
.