Məktəbli avtobusları layihəsi və təhsildəki vacib məsələlər
Məktəb avtobusları, şagirdlərin məktəbə və evə təhlükəsiz şəkildə daşınmasını təmin edən xüsusi nəqliyyat vasitələridir. Bu avtobuslar, çoxsaylı şagirdləri eyni vaxtda daşıdığı üçün, fərdi avtomobillərin sayını azaldır, bu da hava çirklənməsini, tıxacları və enerji sərfini azaldır. Bu, şəhər ətrafında ekoloji vəziyyəti yaxşılaşdırır. Şagirdlər məktəb avtobusunda digər həmyaşıdları ilə bir arada olduqları üçün sosial əlaqələr qurur, dostluqlar inkişaf edir və birgə fəaliyyətlərə iştirak edirlər. Bu da onların psixoloji inkişafına müsbət təsir göstərir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, məktəbli avtobusu layihəsi xüsusi bir kəşf deyil. Elm və Təhsil Nazirliyi vaxtaşırı olaraq müəyyən bürokratik fikirlər ortaya ataraq diqqəti təhsildə baş verən problemlərdən uzaqlaşdırmaq istəyir. Ölkədə 4252 məktəb, 34 özəl məktəb var. Özəl məktəblərin çoxunda belə avtobuslar mövcuddur. Xarici ölkələrdə məktəb avtobuslarında orada fəaliyyət göstərən məktəb şurası təşkil edir:
"Burada sual doğuran məqam başqadır: Məktəbli avtobusları hansı vəsait hesabına alınacaq? 4252 məktəbin hansında məktəbli avtobusu olacaq? Elə məktəblər var ki, 2 min şagird təhsil alır. Bu cür məktəblərə neçə ədəd avtobus veriləcək? Avtobuslara texniki qulluq necə göstəriləcək? Yanacaq problemi necə həll olunacaq? Valideynlər uşaqların avtobuslarla aparılmasına görə pul ödəyəcəkmi?
Hazırda müəllimlər valideynlərdən 20 manatdan pul yığırlar. Bu da məcburi ödəniş olduğunu deyirlər. Müəllimlərə deyirlər ki, siz valideynlərdən pul almasanız, əməkhaqqı almayacaqsınız. Bu avtobus məsələsində də xüsusi ödənişlər olacaqmı?
Avtobus məsələlərində bu cür suallar doğur. Hazırda təhsildə avtobus problemindən daha böyük olan məsələlər var. Ölkənin təhsil sistemində tərbiyə problemi ümumilikdə dağılıb. Psixoloji iş tamamilə darmadağın edilib. Tədris prosesi bərbad haldadır. Məktəblərdə yuxarı sinif şagirdləri dərsə gəlmir. Digər neqativ hallar baş alıb gedir. Ölkə təhsili təlimlərdən və layihələrdən ibarət olub. Bu problemlərə diqqət çəkmək lazımdır. Biz məktəbli layihəsini həyata keçirməliyik. Bu layihəni necə, nə cür, hansı formada həyata keçirməliyik? Bu işlərin mexanizmi deyilmirsə, yenə də təhsildə olan problemlərdən fikir yayındırıldığı ortadadır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1114 Tarix: 09 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKirayədə qaldığı evi qarət etdi
Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib. DİN mətbuat xidmətindən -a bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 800 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməl
19:45 1 Rusiya qüvvələri Kiyevdəki yanacaqdoldurma məntəqəsinə hücum edib, dörd nəfər yaralanıb
Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevdə ilk dəfə olaraq yanacaqdoldurma məntəqəsinə hücum edərək dörd nəfəri yaralayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə mer Vitali Kliçko və "Ukrnafta" neft şirkəti cümə axşamı bildirib. Fövqəladə Hallar Xidmətinin verdiyi məlumat
14:33 164 Tramp İran müharibəsinin ABŞ-da ara seçkilərdən sonra bitəcəyini deyir və Pikaks dağına hücum etməklə hədələyir
ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək ABŞ ara seçkilərindən sonra İranla müharibənin bitəcəyini gözlədiyini bildirib və altı aylıq müharibənin başlanğıcından bəri iki tərəf gəmiçiliyə ən böyük hücum dalğasını başlatdıqdan sonra İslam Respublikasının nüvə proqramı ilə əlaqəli bir əraziy
10:35 168 Qızılca və məxmərəyə bənzəyən "altıncı xəstəlik" adlı virus nədir? (VİDEO)
Əvvəlcə hərarət qalxır, sonra isə səpgilər başlayır. Qaynarinfo xəbər verir ki, ilk baxışdan qızılcaya bənzəsə də, son günlər azyaşlılar arasında hərarət və səpgi ilə müşahidə edilən "altıncı aəstəlik" adlı virus infeksiyası yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edəən valideynlərdə
11:15 167 Qadın keçmiş sevgilisini qısqanıb evini və maşınını yandırdı
Rusiyada 33 yaşlı qadın keçmiş sevgilisinin avtomobilini və bağ evini yandırıb. xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı kişi polisə müraciət edərək naməlum şəxsin onun torpaq sahəsinə daxil olduğunu, "Niva" markalı avtomobilini və bağ evini yandırdığını deyib. Araşdırma zamanı hadisən
18:45 1 Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey
12:18 203 Məişət münaqişəsi qanlı faciəyə çevrildi - 4 uşaq öldü
ABŞ-ın Montana ştatında məişət münaqişəsi nəticəsində səkkiz nəfər, o cümlədən dörd uşaq həyatını itirib. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Polisin məlumatına görə, faciə Billings şəhərindəki evlərdən birində baş verib. Hüquq-mühafizə orqanlarına silahlı insident barədə məluma
12:10 182 Kokos yükündən bir tondan çox narkotik çıxdı - 2 nəfər həbs edildi
İspaniyada kokos yükünün içərisində gizlədilmiş bir tondan çox kokain aşkarlanıb. xəbər verir ki, bu barədə "20 Minutos" agentliyi məlumat yayıb. Sevilyada hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı ümumilikdə 1 238 kiloqram kokain müsadirə edilib. Narkotik maddə yük konteynerini
12:04 158 Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir:. "Hörmətli həmvətənlər!. Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixə
14:45 160