Metroda "Əhmədli"dən "Dərnəgül"ə necə gedəcəyik? - Rəsmi açıqlama

Metroda "Əhmədli"dən "Dərnəgül"ə necə gedəcəyik? - Rəsmi açıqlamaMətbuatda "28 May" stansiyasının bağlanacağı barədə xəbərlər yayılıb. Sosial şəbəkələrdə də sözügedən mövzu ciddi müzakirələrə səbəb olub.

Qeyd edək ki, ildə yeraltı nəqliyyatdan 220 milyondan çox sərnişin istifadə edir. Qırmızı xətt və yaşıl xəttin birləşdiyi "28 May" isə ən çox sərnişin qəbul edən stansiyalardan biridir. Stansiyanın bağlanması barədə xəbərlər narahatlığa səbəb olub.

Modern.az-ın məlumatına görə, rəsmi açıqlamada bildirilir ki, "28 May" stansiyasından qatarların "Dərnəgül" stansiyası istiqamətində hərəkətinə məhdudiyyət qoyulacaq. Buna səbəb "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasıdır.

Tunelin inşasına bu ilin son rübündə başlanılması nəzərdə tutulub. Qeyd edək ki. son rüb dedikdə ilin oktyabr, noyabr və dekabr ayları nəzərdə tutulur.

Bakı metrosundan verilən açıqlamada, həmçinin qeyd olunur ki, "28 May" stansiyasının sərnişinlərin giriş-çıxışına bağlanması nəzərdə tutulmayıb.

"Qatarlar "İçərişəhər-Əhmədli" xəttində adi adi qaydada hərəkət edəcək", - açıqlamada bildirilib. Açıqlamada məlum olur ki, "Əhmədli"dən (əslində "Həzi Aslanov" stansiyasından) "İçərişəhər"ə hərəkət edən sərnişinlər üçün hər hansı çətinlik olmayacaq.

"Dərnəgül"dən "Əhmədli" istiqamətinə və əksinə gedən sərnişinlər isə çətinliklə üzləşəcək. Belə ki, "Əhmədli" istiqamətindən gələn sərnişinlər "28 May"da düşməli olacaqlar. Onlar hələlik məlum olmayan yolla "Nizami"yə getməli, həmin stansiyadan "Dərnəgül" istiqamətində davam etməlidir.

"Dərnəgül"dən gələn sərnişinlər isə, eyni qaydada, "Nizami"yə qədər gəlməli, oradan hələlik məlum olmayan yolla "28 May" stansiyasına getməli və bu stansiyadan yoluna davam etməlidir.

"Nizami"dən "28 May" stansiyasına sərnişinlər necə hərəkət edəcəyi isə hələlik məlum deyil. Rəsmi açıqlamada bildirilib ki, "28 May" və "Nizami" stansiyalarından bir-birinə keçidinin və yaxud transferinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək.

Müzakirə olunan mövzuları dəqiqləşdirmək üçün Modern.az məsələ "Bakı Metroploiteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədova bir sıra suallar ünvanlayıb.

Mətbuat katibi bir daha bildirib ki, "28 May" stansiyasına daxil olmaqda heç bir problem yaşanmayacaq:

"Ümumiyyətlə "28 May" stansiyasının bağlanması günün mövzusu deyil. Stansiyanın bağlanacağı ilə bağlı məlumatlar haradan çıxıb, bilmirəm. Xətlərin ayrılması üçün zəruri olan təxminən 200 metrlik tunelin inşası zamanı "28 May" stansiyası öz funksional fəaliyyətini davam etdirəcək. Lakin qatarlar "28 May" stansiyasından indiki kimi üzü "Nizami" istiqamətində hərəkət etməyəcək. Yəni "28 May"dan "Dərnəgül" istiqamətinə qatarların hərəkəti məhdudlaşdıracaq. Yaşıl xətdə qatarlar hərəkət edəcək. Tunelin inkişafı dövründə qatarlar "Dərnəgül" "Nizami" arasında hərəkət edəcək. Birinci mərhələdə əsas məsələlərdən biri "Dərnəgül" elektrik deposunun birinci mərhələ üzrə işlərinin tamamlanmasıdır. Bununla bağlı məsələlərə aydınlıq gətirildikcə ictimaiyyətə tam məlumatlar təqdim olunacaq. Bütün məlumatlar operativ şəkildə veriləcək ki, hər hansı bir əlavə problem olmasın".

Mətbuat katibi bir daha vurğulayıb ki, "28 May"-"Nizami" stansiyaları arasında sərnişinlərin transferini təmin etmək üçün tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək:

"Qatarlar indiki kimi "İçərişəhər"-"Əhmədli" istiqamətində qatar necə gedib-gəlirsə, orada hər hansı dəyişiklik olmayacaq. Dəyişiklik sadəcə o olacaq ki, "28 May"la "Dərnəgül" istiqamətində qatarların hərəkəti məhdudlaşdırılacaq. Qırmızı xətdən yaşıl xəttə, yaxud da "28 May"-"Nizami" stansiyaları arasında isə metro sərnişinlərin transferini təmin etmək üçün tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1926   Tarix: 09 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Barselona" bu mövsüm bütün oyunlarını 22:3 hesabı ilə qazanıb

İspaniya çempionu "Barselona" bu mövsüm bütün oyunlarında 22:3 hesabı ilə qalib gəlib. xəbər verir ki, Çempionlar Liqasının ilk turunda Hans-Diter Flikin komandası "Feyenoord"u 5:1 hesabı ilə darmadağın edib. Kataloniya klubu bundan əvvəl "Valensiya"nı (5:0), "Ray

18:30 1
.

22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu

Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio

19:15 1
.

Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"

Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə

14:17 246
.

Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib

Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi

13:02 164
.

İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı

İmişlidə 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb. Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbirlər nəticəsind

17:31 68
.

Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video

Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel

12:57 251
.

"BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?

Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb. The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşların

15:07 148
.

Bu məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb. "Qafqazinfo"

16:21 130
.

Manatın məzənnəsi niyə idarə olunur? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda üzən məzənnə rejiminə tam şəkildə keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, məzənn

15:02 151
.