Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
Xırdalan şəhər sakini Ramin Ağayev övladının məktəb direktoru tərəfindən döyüldüyünü iddia edir.
"Qafqazinfo"ya müraciət edən valideyn bildirir ki, övladı Xırdalan şəhər 1 saylı orta məktəbin 5D sinfində oxuyur.
Atanın sözlərinə görə, məktəbli dekabrın 18-də təhsil ocağının direktoru Arifə Balakişiyeva tərəfindən döyülüb: "Məsələ ilə bağlı polisə, təhsil şöbəsinə və prokurorluğa müraciət etdim. Polisə müraciətdən sonra Arifə xanım 4 nəfər göndərərək şikayətimi geri çəkməyimi, əks halda məni öldürəcəklərini bildirərək hədələdi. Bunu təsdiq edən səs yazıları da var. Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən araşdırma aparıldığı və belə hadisənin baş vermədiyi deyilir. Sonra bildim ki, təhsil idarəsinin rəhbəri İlhamə xanım direktorun doğma xalası qızıdır".
Hazırda övladının həmin məktəbdə oxuduğunu deyən R.Ağayev hadisədən sonra müəllimlərin uşağın qiymətini kəsməsindən şikayətlənir: "Mən övladımı məktəbindən, sinif yoldaşlarından ayırmaq istəmədim. Onsuz da o hadisədən sonra övladım travma alıb. Hadisə ilə bağlı gəlib bizə məlumat verdiyi üçün indi də müəllimlər uşağıma təzyiq göstərir, onun qiymətini kəsirlər".
Əldə etdiyimiz məlumata görə, müraciətlə bağlı Abşeron Rayon Prokurorluğunda aparılan araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən həmin hissədə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilib.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlamışıq.
Lamiyə Məmmədova

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1283 Tarix: 05 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş10° şaxta olacaq
Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:01 222 Mənzillərin qiyməti ucuzlaşır
Çində daşınmaz əmlaka investisiyaların azalması fonunda mənzillərin qiyməti ucuzlaşıb. Bunu xarici mediaya istinadən bildirib. Çin Milli Statistika Bürosunun açıqladığı mənzil qiymətləri indeksinə əsasən, oktyabr ayında ölkənin iri və orta ölçülü 70 şəhərinin əksəriyyətində yeni və ikinci əl mənzilləri
12:37 217 Azərbaycanın xarici siyasətinin növbəti uğuru
Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə təmin olunması mühüm istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Azərbaycan Respublikas
14:38 225 "Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video
Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd
16:28 128 Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri
14:49 205 YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır
Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütü
12:49 187 Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman
Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu
16:59 90 Böyük Qələbə tarixi ədaləti bərpa etdi
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı. Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarş
11:50 228 Kişi arvadının istəyi ilə ikinci dəfə evləndi
ABŞ-da qadın ev işlərindən və uşaqlara qulluq etməkdən yorulduğu üçün ərinə ikinci dəfə evlənməyi təklif edib. xarici mediaya istinadən xəbər verir ki, ailəsini dolandırmaq üçün həftənin altı günü işləməyə məcbur olan kişi evdə həyat yoldaşına kifayət qədər kömək edə bilməyib. Qadın isə həm ev işlərinin
19:30 1