Gülbən Ergen və Demet Akalın arasında QALMAQAL BÖYÜYÜR

Gülbən Ergen və Demet Akalın arasında QALMAQAL BÖYÜYÜRGülbən Ergen və Demet Akalın Arasındakı Gərginlik Artır: İndi də Bloklama Krizi

Türkiyənin məşhur müğənniləri Gülbən Ergen və Demet Akalın arasındakı münasibətlər son günlərdə sosial mediada yaşanan hadisələrlə daha da gərginləşib.

Lent.az xəbər verir ki, sosial mediada hazırda gündəm olan mövzulardan biri də budur.

Təşəkkür Məsələsi ilə Başlayan Gərginlik
Gülbən Ergenin qurucusu olduğu "Çocuklar Gülsün Diye" Dərnəyi, Türkiyənin Diyarbəkir bölgəsində qətlə yetirilən Narin Güran adına bir uşaq bağçası inşa edib və bu layihəyə dəstək verənlərə sosial media üzərindən təşəkkür edib. Lakin Demet Akalın, dəstək istədiyi ailənin bu təşəkkür siyahısında yer almamasına görə narazılığını bildirib və "İnsanlara ayıb oldu" deyə sitəm edib. Gülbən Ergen isə cavabında, "Oyun parkımızı quran dəyərli dostların "Instagram"dan təşəkkür gözlədiyini düşünmədim. Mən WhatsAppdan təşəkkür etmişdim" ifadələrini işlədib.

Sosial Mediada Bloklama və Qarşılıqlı İttihamlar
Bu hadisədən sonra Demet Akalın, Gülbən Ergeni sosial media platforması X-də (əvvəlki Twitter) bloklayıb. Gülbən Ergen bu vəziyyəti sonradan fərq edərək, "Qoyun can dərdində, qəssab mal" şəklində bir paylaşım edib. Demet Akalın isə bu paylaşıma sərt cavab verərək, "Qəssab mənəm, mal da mənim yəqin ki! Takipdən çıxdım, bəli. Narinin məktəb tikintisi bitməyəcək, rüsvay olacağam dedi. O zaman qəssab deyildim amma." sözlərini bildirib və Gülbən Ergeni "səmimiyyətsiz" olmaqda ittiham edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1003   Tarix: 04 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib

Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi

13:02 154
.

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir:. "Hörmətli həmvətənlər!. Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixə

14:45 130
.

Qızılca və məxmərəyə bənzəyən "altıncı xəstəlik" adlı virus nədir? (VİDEO)

Əvvəlcə hərarət qalxır, sonra isə səpgilər başlayır. Qaynarinfo xəbər verir ki, ilk baxışdan qızılcaya bənzəsə də, son günlər azyaşlılar arasında hərarət və səpgi ilə müşahidə edilən "altıncı aəstəlik" adlı virus infeksiyası yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edəən valideynlərdə

11:15 163
.

Sİ-ni "Psixoloq" kimi istifadə etmək: Emosional dəstək, yoxsa təhlükəli yanılsama?

"İnsanların süni intellektlə (Sİ) dərdlərini və problemlərini bölüşməsi bir növ emosional boşluğu doldurmaq cəhdi kimi görünə bilər. Lakin burada ciddi risklər də var. Sİ insanın hisslərini real şəkildə yaşamır və anlamır. O, istifadəçinin yazdığı kədərli ifadələrə uyğun statistik olaraq ən münasi

15:26 115
.

"BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?

Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb. The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşların

15:07 122
.

Yeni binalar zəlzələyə nə qədər davamlıdır?

Dünyanın müxtəlif bölgələrində mütəmadi olaraq zəlzələlərin baş verməsi binaların seysmik davamlılığı məsələsini yenidən gündəmə gətirir. Azərbaycanda da yeni yaşayış binalarının tikintisi zamanı seysmik amillərin nəzərə alınması normativ tələblərlə müəyyən edilir. Qanunvericiliyə əsasən, tikinti layihələndirilərkə

13:58 227
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

12:18 185
.

Neftin qiyməti 200 dollara çata bilər? - İQTİSADÇIDAN AÇIQLAMA

Neftin qiymətinin yenidən 100 dollar həddini keçməsi dünya enerji bazarında diqqəti mümkün daha böyük bahalaşma ssenarilərinə yönəldib. Sentyabrın 9-da Brent markalı neftin bir barrelinin qiyməti 101 dollardan yuxarı qalxıb. Yaxın Şərqdə davam edən gərginlik və neft tədarükündə mümkün fasilələrlə bağl

11:59 253
.

ABŞ-dan İrana yeni zərbə: Neft tankerləri hədəfə alındı

ABŞ ordusu İranın neft tankerlərinə zərbələr endirib. xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti ABŞ rəsmisinə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, ABŞ rəsmisi çərşənbə axşamı "The Jerusalem Post"a bildirib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hazırda İranı

11:49 143
.