Bu şəxslər dövlətdən birdəfəlik müavinət ala bilər
Azərbaycan dövləti sosial rifahın gücləndirilməsi məqsədilə vətəndaşlara müxtəlif hallarda birdəfəlik müavinətlər təqdim edir.
BAKU.WS-in məlumatına görə, bu müavinətlər vətəndaşların həyatının mühüm mərhələlərində – uşaq doğulduqda, yaxınlarını itirdikdə, ilk dəfə işə düzəldikdə, azadlıqdan məhrumetmə cəzasını çəkib qayıtdıqda və ya işğaldan azad olunmuş ərazilərdə çalışmaq üçün köç etdikdə maddi dəstək məqsədi daşıyır.
Azərbaycanda mövcud olan əsas birdəfəlik müavinət növləri, onların məbləği və kimlərin bu müavinətləri ala biləcəyini təqdim edirik:
Uşağın anadan olmasına görə müavinət: Yeni doğulan hər uşaq üçün 500 manat məbləğində birdəfəlik müavinət verilir.
Dəfn üçün müavinət: Əmək pensiyaçısı vəfat etdikdə, dəfni təşkil edən şəxsə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində, sosial müavinət və ya işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə isə 500 manat məbləğində dəfn üçün birdəfəlik müavinət ödənilir.
Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinət: Azadlıqdan məhrumetmə cəzasını çəkib azad edilmiş və tibbi-sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir.
İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə müavinət: Bu ərazilərdə işləmək üçün azı bir il müddətinə əmək müqaviləsi bağlayan mütəxəssislərə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə 600 manat məbləğində birdəfəlik müavinət verilir.
Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş şəxslərə müavinət: Bu kateqoriyaya aid şəxslər ilk dəfə işə düzəldikdə 6000 manat məbləğində birdəfəlik müavinət alırlar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1019 Tarix: 04 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib
Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi
13:02 154 Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir:. "Hörmətli həmvətənlər!. Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixə
14:45 130 Qızılca və məxmərəyə bənzəyən "altıncı xəstəlik" adlı virus nədir? (VİDEO)
Əvvəlcə hərarət qalxır, sonra isə səpgilər başlayır. Qaynarinfo xəbər verir ki, ilk baxışdan qızılcaya bənzəsə də, son günlər azyaşlılar arasında hərarət və səpgi ilə müşahidə edilən "altıncı aəstəlik" adlı virus infeksiyası yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edəən valideynlərdə
11:15 163 Sİ-ni "Psixoloq" kimi istifadə etmək: Emosional dəstək, yoxsa təhlükəli yanılsama?
"İnsanların süni intellektlə (Sİ) dərdlərini və problemlərini bölüşməsi bir növ emosional boşluğu doldurmaq cəhdi kimi görünə bilər. Lakin burada ciddi risklər də var. Sİ insanın hisslərini real şəkildə yaşamır və anlamır. O, istifadəçinin yazdığı kədərli ifadələrə uyğun statistik olaraq ən münasi
15:26 115 "BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?
Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb. The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşların
15:07 122 Yeni binalar zəlzələyə nə qədər davamlıdır?
Dünyanın müxtəlif bölgələrində mütəmadi olaraq zəlzələlərin baş verməsi binaların seysmik davamlılığı məsələsini yenidən gündəmə gətirir. Azərbaycanda da yeni yaşayış binalarının tikintisi zamanı seysmik amillərin nəzərə alınması normativ tələblərlə müəyyən edilir. Qanunvericiliyə əsasən, tikinti layihələndirilərkə
13:58 227 Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey
12:18 185 Neftin qiyməti 200 dollara çata bilər? - İQTİSADÇIDAN AÇIQLAMA
Neftin qiymətinin yenidən 100 dollar həddini keçməsi dünya enerji bazarında diqqəti mümkün daha böyük bahalaşma ssenarilərinə yönəldib. Sentyabrın 9-da Brent markalı neftin bir barrelinin qiyməti 101 dollardan yuxarı qalxıb. Yaxın Şərqdə davam edən gərginlik və neft tədarükündə mümkün fasilələrlə bağl
11:59 253 ABŞ-dan İrana yeni zərbə: Neft tankerləri hədəfə alındı
ABŞ ordusu İranın neft tankerlərinə zərbələr endirib. xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti ABŞ rəsmisinə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, ABŞ rəsmisi çərşənbə axşamı "The Jerusalem Post"a bildirib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hazırda İranı
11:49 143