İftar süfrəsi üçün dadlı reseptlər
"İftar menyusu"nu təqdim edirik:
"Əlvan dana" şorbası
Ərzaq:
Mərci - 1 stəkan
Dana əti - 300 qram
Su - 5 stəkan
Kartof - 2 ədəd
Soğan - 2 ədəd
Kök - 2 ədəd
Dəfnə yarpağı - 1 ədəd
Nanə qurusu - 1 ç.q
Un - 1 x.q
Duru yağ - 1 stəkan
Yarım limonun suyu
Duz, qara və qırmızı istiot zövqə görə
Hazırlanması:
Kartofu, soğanı, kökü (hərəsindən bir ədəd), əti, dəfnə yarpağını, mərcini suya töküb, qaynadın. Bir müddət qaynatdıqdan sonra süzgəcdən keçirib, yenidən qaynadın.
Sonra o biri soğanı xırda doğrayıb, kökü sürtgəcdən keçirin. Yağı tavada isidib, soğan və kökü qovurun. Nanə və unu əlavə edib, qarışdırın. Hazırladığınız qarışığı qaynayan ətin üzərinə əlavə edin. 15 dəqiqə qaynatdıqdan sonra, yenidən süzgəcdən keçirib, duz, qırmızı və qara istiot əlavə edib, təkrar qaynamağa qoyun. 10 dəqiqə qaynadıqdan sonra isti halda süfrəyə verin.
Lahmacun
Ərzaq:
Xəmir üçün:
Un - istəyə görə
Duz, su və maya
İç üçün:
Qiymə - yarım kq.
Pomidor - 3 ədəd
Acı bibər - 3 ədəd
Soğan - 4 ədəd
Pomidor tomatı - 1 x/q.
Bibər tomatı - 1 x/q.
Duru yağ - 3-4 x/q.
Duz, qara və qırmızı istiot zövqə görə
Keşniş - 1 dəstə
Hazırlanması:
Xəmir yoğrulub "gəlməyə" qoyulur.
Bütün ərzaqları blenderdən keçirib, ətə əlavə edib, tomat, düz və istiotu töküb çoxlu qarışdırın. Hazır olan xəmirdən balaca kündələr düzəldin. Çox nazik olmamaq şərtilə yayıb, üzərinə duru yağ çəkin. Sonra ətli qarışıqdan əlavə edib, sobada bişirin. Süfrəyə verərkən yanına limon və cəfəri qoyun.
Çiyələk piroqu
Ərzaq:
Yumurta - 2 ədəd
Şəkər tozu - 1 stəkan
Yağ - 250 qram
Un - 2,5 stəkan
Çay sodası - 1 çay qaşığı
Sirkə - 1 xörək qaşığı
İç üçün:
Çiyələk - 500 qram
Şəkər tozu - 0,5 stəkan
Hazırlanması:
Unu və yumşaldılmış yağı yuxayayanın üstünə töküb, bıçaqla döyün. Un yağa tamamilə qarışdıqdan sonra ortasından oyuq açın. Yumurtanı, şəkər tozunu, sirkə ilə qarışdırılmış sodanı əlavə edib, yenə də bıçaqla onları qarışdırın. Xəmir halına gəldikdən sonra iki yerə ayırın. Yağlanmış listə kündələrdən birini əlinizlə yayın. Üstünə doğranmış çiyələkləri düzüb, şəkər tozu səpin. İkinci kündəni kənarda yayıb, üstünə qoyun. Qıraqlarını bərk birləşdirin ki, çiyələklərin suyu kənara çıxmasın. Süfrəyə soyuq halda verin. /Axşam.az

BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1243 Tarix: 21 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
07.11.2026 359 Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
07.11.2026 385 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1653 Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər
Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric
01.11.2026 737 "Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10.11.2026 262 Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü
İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"
10.11.2026 333 ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
01.11.2026 728 Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü
07.11.2026 387 Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
07.11.2026 337