Uşağınıza heç bir halda deməməli olduğunuz SÖZLƏR

Uşağınıza heç bir halda deməməli olduğunuz SÖZLƏRPsixoloqlar vurğulayır ki, bəzi valideyn ifadələri uşaqlarda yalan danışmaq vərdişini formalaşdırır. Uşağın yalan danışmasının qarşısını almaq üçün valideynlərin heç bir halda işlətməməli olduğu ifadələri sizinlə paylaşırıq.

Lent.az bununla bağlı maraqlı faktları sizə təqdim edir:

Bu ifadələr uşağı niyə yalan danışmağa məcbur edir?

Valideynlər çox vaxt uşaqlarını tərbiyə edərkən bilmədən elə ifadələr işlədirlər ki, bu, onların gələcəkdə yalan danışmağı normal qəbul etməsinə gətirib çıxarır. Məsələn:

"Artıq böyümüsən, amma hələ də uşaq kimi ağlayırsan!"
"Səsi kəs! Bağırma!"
"Sən niyə normal davrana bilmirsən?"

Bu cür ifadələr uşağı emosiyalarını gizlətməyə və valideynlərinin neqativ reaksiyasından qorxaraq, həqiqəti söyləməməyə sövq edir. Məsələn, uşaq stəkanı sındırıb və bunu valideynindən gizlədib. Əgər valideyn onu sərt şəkildə danlayarsa, uşaq növbəti dəfə oxşar bir hadisə baş verdikdə bunu gizlətməyə və ya başqa bir bəhanə gətirməyə çalışacaq. Psixoloqlar tövsiyə edir ki, uşağa qarşı sərt danlama və ya cəzalandırma metodları əvəzinə, "mən-mesajı" adlı ünsiyyət metodundan istifadə edəsiniz.

Məsələn, əvəzinə belə bir ifadə işlətmək olar:

"Stəkanın sındığını görüb təəssüfləndim, amma bu, hər kəsin başına gələ bilər. Növbəti dəfə belə bir şey olsa, çəkinmədən mənə xəbər ver".

Bu şəkildə uşağınızın açıq və səmimi ünsiyyət qurmasına şərait yaratmış olacaqsınız. O, qorxmadan sizə hər şeyi danışa biləcək və gizlətmək ehtiyacı hiss etməyəcək.

Uşağı qorxutmaq yalan danışmağa sövq edir

"Yeməyini bitirməsən, torbaçı gəlib səni aparacaq"

Bu cür ifadələr uşaqlar üçün çox təhlükəlidir. Kiçik uşaqların tənqidi düşünmə bacarığı hələ tam inkişaf etmədiyindən, onlar valideynlərinin dediklərinə tam inamla yanaşırlar. Uşaq real və qeyri-real anlayışları ayırd edə bilmədiyi üçün valideynin qorxutduğu varlıqdan ehtiyat etməyə və qorxu içində yaşamağa başlayır. Bu da yalan danışmaq üçün bir səbəbə çevrilir. Yəni o, "təhlükədən" qaçmaq üçün həqiqəti gizlədə bilər. Bunun əvəzinə konstruktiv şəkildə izah etmək daha doğrudur. Məsələn, "Əgər yeməyini yesən, bütün gün oynamaq üçün enerjin olacaq".

Bu cür ifadələr uşağa yeməyin faydasını başa salmağa və yemək yeməyə dair müsbət münasibət formalaşdırmağa kömək edəcək.
Valideynlərin uşaqlarına dediyi sözlər onların dünyagörüşünün və psixologiyasının formalaşmasına birbaşa təsir edir. Sərt cəzalandırma və danlama uşaqlarda yalan danışmaq vərdişini yarada bilər. Bunun əvəzinə, onları qorxmadan həqiqəti söyləməyə təşviq edən ifadələr işlətmək daha doğrudur. Uşaqlarınıza qarşı anlayışlı və diqqətli olun, çünki onların xarakteri və psixoloji inkişafı məhz sizin davranışlarınızdan formalaşır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2391   Tarix: 02 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 359
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 385
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1653
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 737
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10.11.2026 262
.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 333
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 728
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

07.11.2026 387
.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

07.11.2026 337
.