Daha bir XƏBƏRDARLIQ! - Qar yağışı intensivləşdi
Hazırda Bakı-Quba-Rusiya sərhədi yolunun 40-cı km-dən, Bakı-Şamaxı-Yevlax yolunun 35-ci km-dən, Ələt-Astara-İran sərhədi yolunun 12-ci km-dən, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 65 km-dən başlayaraq, eyni zamanda Gəndob-Yalama avtomobil yolunda və Ağsu aşırımında
intensiv qar yağışı müşahidə olunur.
Musavat.com xəbər verir ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, qar və yolların buz bağlaması ehtimalı ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
"Yolların hərəkət hissəsində qar örtüyü əmələ gəlib və bəzi yerlərdə buzlaşma ehtimalı yüksəkdir.
Belə hava şəraitində xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda və körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır.
DYP əməkdaşları qeyd olunan ərazilərdə gücləndirilmiş nəzarət tədbirləri həyata keçirir, təhlükəsizlik məqsədilə texnika və yol təsərrüfatı qurumları ilə birgə tədbirlər görür.
Lakin sürücülərin də maksimum ehtiyatlı olması və aşağıdakı qaydalara ciddi riayət etməsi vacibdir:
Sürücülərə mühüm tövsiyələr:
-Avtomobillərin texniki vəziyyətini yoxlayın, qış təkərlərindən istifadə edin.
-Sürət həddini azaldın, ötmə və digər kəskin manevrlərdən çəkinin.
-Yolların buz bağlaya biləcəyini nəzərə alaraq, ara məsafəsini qoruyun.
-Hava və yol şəraiti ilə bağlı məlumatları izləyin.
-Zərurət olmadıqca sözügedən istiqamətlərdə hərəkət etməyin", - müraciətdə deyilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1524 Tarix: 23 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVaşinqton Ukrayna ilə bağlı mövqeyini AÇIQLADI
ABŞ Ukraynadakı münaqişənin diplomatik yolla həllinə çalışır. xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff Vaşinqtonun münaqişəyə yanaşmasını açıqlayıb. Vitkoff bildirib: "Biz bu münaqişəyə kinetik deyil, diplomatik həll yolu axtarırıq"
14:43 88 Bakıda rüşvət alan iki həkimə cinayət işi açıldı
Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə təqsirləndirilə
10:48 203 Səudiyyə Ərəbistanı Yəmənin bir neçə əyalətinə zərbələr endirib
Husilərə bağlı Əl-Məsirə televiziyası Səudiyyə Ərəbistanının Yəmənin bir neçə əyalətinə, o cümlədən Marib, Əl-Cəvf və Taiz əyalətlərinə zərbələr endirdiyini bildirib. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, hərbi əməliyyat zamanı Husilərin silah anbarları hədəf alınıb. Müəllif: İlkin Məmmədkərimo
12:59 171 ABŞ və Çin arasında iqtisadi rəqabət: Azərbaycanı nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ və Çin arasında iqtisadi rəqabətin yeni mərhələyə keçməsi dünya bazarlarında ticarət, logistika və qiymət dinamikasına təsir göstərir. Vaşinqtonun Çin mallarına və texnologiyalarına qarşı məhdudiyyətləri, Pekinin isə cavab tədbirləri qlobal təchizat zəncirlərində yeni dəyişikliklər yaradır. Çini
13:25 164 Şəkiyə evlilik ildönümünü qeyd etmək üçün gedibmiş - DOST başsağlığı verdi
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi dünən Şəki rayonunda yerləşən istirahət mərkəzində baş vermiş faciədə həlak olan əməkdaşı ilə bağlı başsağlığı mesajı yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, qurumun yaydığı paylaşımda deyilir:. "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşı Uca
12:56 238 Günəş qəfil yoxa çıxsaydı, Yer bunu dərhal bilməzdi - Səbəbi budur
Mümkünsüz bir hadisəni - Günəşin qəfil yoxa çıxmasını təsəvvür etsək, Yer bunu dərhal hiss etməzdi. Günəşin son işığı daha 8 dəqiqə 19 saniyə ərzində bizə çatmağa davam edərdi. Orta hesabla işığın Günəşlə Yer arasındakı məsafəni qət etməsi üçün məhz bu qədər vaxt tələb olunur. Qaynarinfo "Spac
08.09.2026 261 "Biz artıq ümid edək ki, növbəti illər üçün bunun daha yaxşı nəticələrini görəcəyik" - MƏZAHİR MƏMMƏDLİ
Bugün ADA Universitetində şagirdlərin bilik və bacarıqlarının beynəlxalq səviyyədə qiymətləndirilməsini əks etdirən PİSA 2025-Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş toplantı keçirilib. Tədbirdə Azərbaycanın təhsil sahəsində əldə etdiyi nəticələr, şagirdləri
11:35 161 Hakerlərin yeni hədəfi smartfonlardır: Məlumatlarınızı necə qorumalısınız?
Smartfonlar artıq sadəcə rabitə vasitəsi deyil. Onlar bank hesablarımızın idarə olunduğu, şəxsi şəkillərimizin və iş sənədlərimizin saxlandığı, hətta rəqəmsal kimliyimizin formalaşdığı əsas cihazlara çevrilib. Lakin bu rahatlıq kibercinayətkarlar üçün də smartfonları cəlbedici hədəfə çevirir. Bəs istifad
15:20 32 Sabah Bakıya yağış yağacaq
Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr
12:24 177