"Ölkəmizdə cənab prezidentin siyasi iradəsi və cəmiyyətimizin ayıqlığı ilə sərvətimiz olan stabilliyimizi qoruya biləcəyik"-DEPUTAT
20 fevral 2025-ci il tarixində ölkəmizin bir sıra onlayn media resurslarına qarşı kiber hücum həyata keçirildi. Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirilən bu hadisədən sonra veb-saytların fəaliyyəti bərpa edildi.
Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələr tərəfindən nəinki dezinformasiya və yanlış xəbərlərin yayılması, habelə media infrastrukturuna müdaxilə olunaraq məlumatın mənbədən silinməsi və dəyişdirilməsi cəhdləri ilə hədəfə alınır.
Mövzu ilə bağlı BiG.AZ-a danışan millət vəkili Vüqar İskəndərov bildirib ki, dünya yenidən şəkillənir, siyasi palitra yenilənir. Hazırda beynəlxalq siyasi sistemlər müstəvisində xaos hökm sürür. Müharibələr, terror təhlükələri və qaynar nöqtələr böyük super güc olan ölkələrin bu fürsətdən istifadə edərək bir növ dünyanın bölüşdürülməsi prosesində iştirak etmək üçün start verib:
"Müasir dövrün təhlükəli tendensiyası texnologiyanın sürətlə inkişafı nəticəsində kiber cinayətlərin sayının artmasıdır. Ölkəmizdə kiber cinayətlərlə mübarizə sahəsində kifayət qədər işlər görülür. Dövlət orqanları bir çox nazirliklərin tərkibində kiber cinayətkarlıqla mübarizə aparan şöbələr yaradıb. Kifayət qədər də effektli fəaliyyət göstərilir. Coğrafi mövqeyimiz, Azərbaycanın artan gücü və qlobal oyunçular arasında mövqeyi bir çox ölkələrin üzərimizə gəlməsinə səbəb olur. Təbii olaraq, təkcə Azərbaycana yox, bir çox ölkələr də kiber cinayətkarlarının hücumlarına məruz qalır. Belə bir hadisə Azərbaycan mediasının da başına gəldi.
Təbii olaraq, media bununla bağlı açıqlama verdi. Kiber hücumun qarşısı alındı. Terror təşkilatının Azərbaycanda baş qaldırmasına heç bir vəclə imkan verilmədi. Belə hücumlar və onların fəaliyyəti dövlət orqanları və digər təşkilatların ayıq-sayıqlığı ilə məhdudlaşdırıldı.
Lakin Azərbaycanın artan gücü və siyasi çəkisi şər qüvvələri aktivləşdirir. Onlar cinayət əməlləri ilə bizə təsir göstərməyə çalışır, ictimaiyyətdə qorxu yaradırlar. Azərbaycan cəmiyyəti nəyin nə olduğunu anlayır və dövlətin gücünə inanır. Bu terror təşkilatları idarə olunan qüvvələrdir. Onlar xüsusi olaraq maliyyələşdirilir.
Düşünürəm ki, bu məsələlərlə bağlı müvafiq orqanlar işlərini görüb. Hücuma məruz qalmış media orqanları fəaliyyətini bərpa edib. Bunda əli olan cinayətkar dəstənin üzvlərinin hər biri zamanında bütün etdiklərinə görə cavab verəcəklər.
Hazırda ölkəmizdə terrorla, hərbi cinayətlərlə məşğul olan ermənilərin ədalət məhkəməsi keçirilir. Onlar qanunlarımız qarşısında cavab verir. Şər qüvvələr bütün gedən bu proseslərdən narahat olur. Siyasi sabitlik olan ölkəmizdə qanunsuz fəaliyyət göstərməyə çalışırlar.
Azərbaycanın müvafiq orqanları effektiv şəkildə bunların qarşısını ala bilir. Ölkəmizdə cənab prezidentin siyasi iradəsi və cəmiyyətimizin ayıqlığı, müvafiq orqanların nəzarəti ilə sərvətimiz olan stabilliyimizi qoruya biləcəyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 727 Tarix: 21 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLavrov: "Almaniya hakimiyyəti müstəqillik əlamətləri göstərmir"
Hazırkı Almaniya hakimiyyətinin siyasəti tamamilə onurğasızdır və müstəqillik əlamətləri göstərmir. xəbər verir ki, müxbirinin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu MDBMİ-nin tələbə və müəllim heyəti ilə illik görüşündə bildirib. "İndi Almaniyada sosial-iqtisadi problemlər
14:37 59 İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutula
08.09.2026 342 İsgəndərin cəsədi haradadır? - Dünyanı fəth etdi, məzarı yoxa çıxdı
Tarixin ən qüdrətli sərkərdələrindən biri olan Makedoniyalı İsgəndərin qurduğu imperiya üç qitəyə yayılıb. Lakin onun saysız-hesabsız şəhərləri fəth edən ordusundan, saraylarından və xəzinələrindən fərqli olaraq, məzarının yeri bu günədək müəyyən edilməyib. İsgəndərin nəşinin İsgəndəriyyənin altında
08.09.2026 272 Günəş qəfil yoxa çıxsaydı, Yer bunu dərhal bilməzdi - Səbəbi budur
Mümkünsüz bir hadisəni - Günəşin qəfil yoxa çıxmasını təsəvvür etsək, Yer bunu dərhal hiss etməzdi. Günəşin son işığı daha 8 dəqiqə 19 saniyə ərzində bizə çatmağa davam edərdi. Orta hesabla işığın Günəşlə Yer arasındakı məsafəni qət etməsi üçün məhz bu qədər vaxt tələb olunur. Qaynarinfo "Spac
08.09.2026 259 Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film
Payız mövsümünün başlaması ilə yağışlı və sərin havalarda evdə film izləməyə maraq artır. Xüsusilə, romantik ab-havası, şəhər mənzərələri və nostalji ruhu ilə seçilən bəzi ekran əsərləri payız axşamları üçün ideal seçim hesab olunur. payız ab-havasını ən yaxşı şəkildə əks etdirən 3 filmi təqdim edir
08.09.2026 263 Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - Detallar
Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun məlumatına görə, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur. İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb
11:31 210 Yumurta arıqlamağı sürətləndirə bilər - Amma bir şərtlə
Yumurta arıqlamaq istəyənlərin rasionunda faydalı məhsullardan biri ola bilər. O, yüksək miqdarda zülal ehtiva edir, nisbətən az kalorilidir və toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir. Ancaq nəticə yalnız bir məhsuldan deyil, ümumi qidalanmadan və gün ərzində qəbul edilən enerji miqdarında
08.09.2026 308 İsrail Müdafiə Qüvvələri Qəzzada terrorçu qrupların silah anbarlarına və raket atış məntəqələrinə zərbələr endirdiyini bildirib
İsrail Müdafiə Qüvvələri dünən Qəzza zolağına endirilən hava zərbələri nəticəsində üç silah anbarı və bir raket atış məntəqəsi məhv edildiyini bildirib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, hərbçilər bildirir ki, HƏMAS və Fələstin İslam Cihadı terror qruplarına məxsus silah anbarlarında
12:42 143 İranda "Bəsic" komandiri öldürüldü
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Bəsic" hərbiləşdirilmiş qüvvələrinin komandirlərindən biri Əbdürrauf Esaqi öldürülüb. İran KİV-nə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərq bölgəsində baş verib. İran hakimiyyəti hadisəni terror hücumu kimi təsvir edib. Medianın məlumatın
08.09.2026 261