Bakıda ilk inklüziv kafe - "Kaşalata" kafeyə mediatur təşkil edilib

Bakıda ilk inklüziv kafe - "Kaşalata" kafeyə mediatur təşkil edilib19 fevral 2025-ci il tarixində Medianın İnkişafı Agentliyi və "Birgə və Sağlam" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıda ilk inklüziv kafe - "Kaşalata" kafeyə mediatur təşkil edilib.

Tədbirin əsas məqsədi media nümayəndələrini inklüziv məşğulluq modeli ilə tanış etmək və autizmli gənclərin cəmiyyətə inteqrasiyasına dəstək verən təşəbbüs barədə ictimaiyyəti məlumatlandırmaq olub.

Tədbir çərçivəsində media nümayəndələri kafenin fəaliyyəti ilə yaxından tanış olaraq, peşə bacarıqlarını inkişaf etdirən autizmli gənclərin gündəlik iş mühiti barədə məlumat əldə ediblər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında inklüziv məşğulluğun cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq, medianın bu mövzuya diqqət yetirməsinin autizmli gənclərin sosial inteqrasiyasına mühüm töhfə verəcəyini bildirib.

"Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova isə öz növbəsində "Kaşalata" kafenin autizmli gənclərin əmək bazarına qoşulması üçün mühüm platforma olduğunu qeyd edərək, bu təşəbbüsün davamlı və geniş miqyasda həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirin sonunda autizmli gənclərdən ibarət "Mavi Ürəklər" xor və ritm qrupunun konsert proqramı təqdim edilib və xatirə fotoları çəkilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 768   Tarix: 19 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vaşinqtonda təxribat: Azərbaycan əleyhinə aksiyanın arxasında kimlər dayanır?

ABŞ-ın paytaxtı Washington, şəhərində keçirilən Sülh Şurasının ilk iclası zamanı Azərbaycan dövlət rəhbərliyinə qarşı bir qrup radikal ünsür tərəfindən təxribat xarakterli hərəkətlərə cəhd göstərilib. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, həmin şəxslər təhqirami

12:26 245
.

Kommunal güzəştlər edilə bilər

Azərbaycanda bir sıra sosial kateqoriyalara kommunal ödənişlər və ictimai nəqliyyatda gedişhaqqı ilə bağlı güzəştlər tətbiq olunur və bu mexanizm mövcud qanunvericiliklə tənzimlənir. Bəs gələcəkdə aztəminatlı və çoxuşaqlı ailələr kimi yeni qrupların da bu siyahıya daxil edilməsi mümkündürmü? Mövzu il

19.02.2026 381
.

Azərbaycanın iki rayonunda GÜCLÜ YANĞIN başlayıb

Beyləqan rayonunun bir neçə kəndində güclü yanğın hadisəsi qeydə alınıb. "Teleqraf"a istinadən xəbər verir ki, küləkli hava şəraiti səbəbindən kolluq sahədə başlayan yanğın rayonun Eyvazalılar və Tatarlar kəndləri yaxınlığındakı meşə massivinə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini

19.02.2026 490
.

Kimlər oruc tutmamalıdır? - SİYAHI

Uzun müddətli oruc bəzi insanların bədənində müxtəlif fəsadlara səbəb ola bilər. Ölkə.Az xəbər verir ki, oruc əsasən bədən üçün istirahət dövrü olsa da, xüsusilə xroniki xəstəlikləri olanlar üçün risk yarada bilər. Lakin yüngül xroniki xəstəlikləri olanlar müəyyən vəziyyətlərə diqqət yetirmək şərti il

19.02.2026 516
.

Bakı metrosunda gediş problemi: Qatarlar dayanır, havalandırma işləmir - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA

Bakı metrosunda sərnişinlərin gündəlik gedişi son dövrlər ciddi problemlərlə üzləşir. Qatarlar tunellərdə dəqiqələrlə dayanır, bu isə yalnız vaxt itkisi yaratmır, həm də sərnişinlərin komfortunu ciddi şəkildə pozur. Eyni zamanda bəzi qatarların havalandırma sistemi işləmədiyi üçün sərnişinlər havası

13:18 216
.

Səudiyyə Ərəbistanı ABŞ-la nüvə sazişi çərçivəsində uran zənginləşdirə bilər - ekspertlər xəbərdarlıq edir

Təklif olunan Səudiyyə Ərəbistanı-ABŞ nüvə sazişi çərçivəsində Səudiyyə Ərəbistanının ölkə daxilində uranın zənginləşdirilməsi imkanına malik ola biləcəyi bildirilir və bu, nüvə silahlarının yayılması ilə bağlı narahatlıqları artırır. Məlumata görə, ABŞ prezidentləri Donald Tramp və Cozef Bayden Səudiyy

14:23 158
.

"Mən eşq qadınıyam" - Şəbnəmdən etiraf

Müğənni Şəbnəm Tovuzlu açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində sevgi münasibətlərindən danışıb. "Mən sevgi qadınıyam. Hər zaman sevib-sevilirəm. Bunun üçün də çox xoşbəxtəm", - deyə o bildirib

19.02.2026 418
.

Samsung məlumat sızmalarına qarşı yeni təhlükəsizlik rejimi tətbiq edir

Cənubi Koreyanın Samsung korporasiyası məlumat sızmalarının qarşısını almaq üçün görünməmiş təhlükəsizlik tədbirləri tətbiq etməyə hazırlaşır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Korea Herald nəşri məlumat yayıb. Məlumata görə, Samsung-un smartfon modelləri rəsmi təqdimatdan əvvə

10:47 189
.

Ruben Vardanyan işi: məhkəmə qərarı və beynəlxalq reaksiyalar

Fevralın 17-də keçirilən məhkəmə iclasında Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işinə baxılıb. Məhkəmənin qərarına əsasən, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi

12:32 204
.

TOP MP3