"Azərbaycan, Qafqazın lider ölkəsi kimi, Suriya məsələsində baş verən proseslərdə iştirak edəcək"-POLAD MEHDİYEV

"Azərbaycan, Qafqazın lider ölkəsi kimi, Suriya məsələsində baş verən proseslərdə iştirak edəcək"-POLAD MEHDİYEVSuriya Azərbaycan üçün bütün milli-mədəni, tarixi, iqtisadi baxımdan yaxın ölkədir. Hələ vaxtilə Azərbaycanın dahi fikir adamı, şair Nizami Gəncəvi Şam şəhərinin (Dəməşq) adını "Kərpickəsən kişi və gənc" hekayəsində xatırladıb. Bu, Gəncə ilə Şam arasında əlaqələrin olduğunu deməyə əsas verir. Odur ki, Suriya Azərbaycan üçün doğma bir ölkədir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən siyasi şərhçi Polad Mehdiyev bildirib ki, Suriya və Azərbaycan arasındakı diplomatik münasibətlər hələ Azərbaycanın ilk müstəqillik illərində, 1992-ci ilin mart ayında qurulub. Azərbaycan və Suriya milli, mədəni və tarixi baxımından bir-birinə oxşar ölkələrdir. Suriyada türkmənlərin yaşaması Azərbaycan üçün önəmlidir. Türkmənlər Suriyada etnik qrup baxımından ərəblərdən sonra say çoxluğuna görə ikinci etnik qrupdur. Bu baxımdan Azərbaycanla Suriya arasında münasibətlər və qarşılıqlı əlaqələr həmişə mövcud olub:

"Azərbaycan, Qafqazın lider ölkəsi kimi, Suriya məsələsində baş verən proseslərdə iştirak edəcək"-POLAD MEHDİYEV"Suriya vətəndaş müharibəsinin başladığı dövründə Azərbaycan İŞİD terror təşkilatına qarşı çıxıb. Lakin, vətəndaşlarına qarşı cinayət törədən Əsəd rejimini də dəstəkləməyib. Suriya hakimiyyətinin dəyişməsi ilə Azərbaycan və Suriya arasında münasibətlər yeni məzmun qazanıb. Təsadüfi deyil ki, Azərbaycan Suriya üçün ilk humanitar yardımı göstərən ölkədir. Cənab prezidentimiz İlham Əliyevin Suriyanın hazırki müvəqqəti prezidenti Əhməd əş-Şəra ilə yaxın günlərdə danışığı olub. Azərbaycan-Suriya münasibətlərinin yeni mərhələyə keçidinin əsasını qoyulub.
Suriya Əsəd rejimi dövründə türkmənlər asimlasiya siyasətinə və yerdəyişmələrə məruz qalıb. Onlar vətəndaşlıq hüquqlarından məhrum edilib. Yeni hakimiyyət dövründə isə türkmənlərin vətəndaşlıq, öz dilində təhsil almaq, yaşamaq hüququ və dövlət idarələrində çalışmaq hüququ bərpa edilib.
Digər tərəfdən, geosiyasi vəziyyət baxımından Azərbaycan, Qafqazın lider ölkəsi kimi, Türkiyə ilə birlikdə Suriya məsələsində baş verən proseslərdə iştirak edib. Azərbaycan, iqtisadi və kommunikasiya, enerji təhlükəsizliyi baxımından da Suriya ilə əlaqələrə önəm verir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1192   Tarix: 19 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əlaqələrinin yeni məzmun qazanmasına zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikas

16.11.2026 291
.

Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO

İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ

16.11.2026 273
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16.11.2026 232
.

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb. İndiyə qədər qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, dövlət qulluqçusunun əlav

16.11.2026 238
.

YAP - cəmiyyətin aparıcı qüvvəsi

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 35 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir. Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqilli

16.11.2026 250
.

Telefonun qutusunu atmayın - oğurluq və satış zamanı lazım ola bilər

Yeni telefon aldıqdan sonra bir çox insan onun qutusunu dərhal atır və ya şkafa qoyur. Halbuki orijinal qablaşdırma telefon itdikdə və ya oğurlandıqda, cihazı qaytarmaq və sonradan satmaq istəyəndə işə yaraya bilər. xarici mediaya istinadən xəbər verir ki, telefon itdikdə və ya oğurlandıqda cihazın IME

16.11.2026 192
.

YAP - dünənin, bu günün və sabahın partiyasıdır

1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı

16.11.2026 246
.

Millətlər Liqasının tarixini yenidən yazdı: Dyökereş Ronaldonu keçdi

İsveç millisini hücumçusu ardıcıl səkkizinci oyununda qol vuraraq Millətlər Liqasında unikal rekorda imza atıb. Noyabrın 14-də İsveç Millətlər Liqasının beşinci turunda Bosniya və Herseqovinanı 3-2 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, Viktor Dyökereş iki penaltini - biri 11-ci dəqiqədə, digər

16.11.2026 161
.

Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri

16.11.2026 293
.