Təyyarə qəzasında yaralanan sonuncu yaralı da EVƏ BURAXILDI
Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və ölkəmizə gətirilərək Yeni Klinikaya yerləşdirilən şəxslərdən sonuncu pasiyent də xəstəxanadan buraxılıb.
Yeni Klinikadan BiG.AZ-a verilən məlumata görə, reanimasiya şöbəsinə qəbul olunaraq, üzərində cərrahi əməliyyat icra olunan şəxsin (qadın) vəziyyəti qənaətbəxş hesab edilib.
Bununla belə pasiyentin tibbi reabilitasiyaya ehtiyacı olduğu nəzərə alınaraq, müalicəsinin TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tibbi Reabilitasiya Mərkəzində davam etdirilməsinə qərar verilib.
Məlumat üçün bildirək ki, bundan əvvəl Yeni Klinikadan Tibbi Reabilitasiya Mərkəzinə təxliyə edilən, orada müalicə alan digər iki nəfərin vəziyyəti qənaətbəxş hesab edildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Bir müddət əvvəl öz istəyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına köçürülən şəxs də bu gün ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, ambulator müalicə üçün evə yazılan hər bir şəxsin sağlamlıq durumu yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 796 Tarix: 19 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp kəşfiyyat rəsmiləri ilə qapalı görüş keçirəcək
ABŞ prezidenti Donald Tramp İranda müvəqqəti atəşkəs rejimi fonunda kəşfiyyat rəsmiləri ilə qapalı görüş keçirəcək. xəbər verir ki, bu barədə ABŞ Konqresində qanunvericilik fəaliyyətini işıqlandıran Roll Call saytı məlumat yayıb. ABŞ prezidentinin iş cədvəlinə əsasən, brifinq Ağ Evdə yerli vaxtla saa
10:54 188 BİG.AZ-ın yazısına Bakı Metropolitenindən REAKSİYA - sərnişinlərə kompensasiya ödəniləcəkmi?
İki gün əvvəl Bakı Metropolitenində baş verən texniki nasazlıq nəticəsində qatarların tuneldə qalması, sərnişinlərin mənzil başına çata bilməməsi və qatarlardan vaxtından əvvəl düşürülməsi ciddi narazılıq doğurmuşdu. Hadisədən sonra sərnişinlərə kompensasiya ödənilib-ödənilməyəcəyi ilə bağlı məsələ gündəmi
12:19 229 Pərviz Hacıyev baş həkim vəzifəsindən getdi
Respublika Kliniki Uroloji Xəstəxananın baş həkimi Pərviz Hacıyev vəzifəsindən ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında yazıb. "RKUX-dan yenidən ayrılmaq qərarı verdim. Bu qərarı vermək asan olmadı, amma bunun üçün əsaslı səbəblərim var. Ən başlıc
22.04.2026 526 İmtiyazlı podratçı: Deputat oğlunun "Crystal Group"u dövlət büdcəsini necə "idarə edir"?
Azərbaycan Respublikasının Konstitusiyası və "Deputatın statusu haqqında" qanunvericilik birmənalı şəkildə parlament üzvünə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Lakin ölkənin tikinti sektorunda hegemonluq edən "Kristal Bakı" ASC (köhnə adı "Kristal Abşeron"
13:43 158 530 manatlıq analizə görə pasienti klinikadan qovdular - "Funda" hospitaldan ŞİKAYƏT
Azərbaycanda özəl klinikalarda tanınmış həkimlərin pasiyentə məhz işlədiyi klinikada analizlərdən keçirməsi və digər heç bir laboratoriyanın cavablarını qəbul etməməsi halları uzun illərdir var. XALQ "Medicina"-ya istinadən xəbər verir ki, eyni vəziyyətlə "Funda" hospitalda üzləşə
13:40 183 Rusiya Xarkov və Xersona hücum etdi - 2 ölü, 26 yaralı var
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov və Xerson vilayətlərinə hücum edib, nəticədə 2 nəfər həlak olub, 26 nəfər yaralanıb. Bizim.Media Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat verib. Xarkov Vilayət Hərbi Administrasiyasının rəis
22.04.2026 408 Kreml Moldovaya təzyiqi artırır - Dnestryanı kartı yenidən aktivləşir
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu "Komsomolskaya Pravda"ya verdiyi müsahibədə bildirib ki, Moskva lazım gələrsə, Dnestryanıdakı Rusiya vətəndaşlarını qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək. "Dnestryanıda 220 mindən çox Rusiya vətəndaşı yaşayır və onları
12:29 168 Şagirdlərin zəhərlənməsi ilə gündəmə gələn şirkətə 9 milyonluq tender verildi
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2026-cı il ərzində yeməklə təchizatı xidmətinin satın alınması ilə bağlı tenderə yekun vurub. Qaynarinfo-a istinadən xəbər verir ki, tenderi
14:02 158 Təbii çayı necə seçək? - İstehlakçılar üçün vacib məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən çay istehlakı ilə bağlı son vaxtlar mühüm bir sual daha çox gündəmə gəlir: bazarda satılan məhsulların nə qədəri həqiqətən təbiidir? Rəng, ətir və dad baxımından cəlbedici görünən bir çox çay növünün tərkibi ilə bağlı şübhələr istehlakçıları daha diqqətl
15:21 101