Ata və oğuldan dəhşətli CİNAYƏT: Yaşlı kişini öldürüb, ayağına daş bağlayıb suya atdılar - TƏFƏRRÜAT+YENİLƏNİB\VİDEO
Fevralın 5-dən etibarən itkin düşən Saatlı rayon sakini, 66 yaşlı Mirhəsən Seyidovun öldürülməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Oxu.Az Baku TV-yə istinadən məlumat verir ki, fevralın 16-sı səhər saatlarında M.Seydiovun meyiti su kanalında aşkarlanıb.
Mərhumun qonşuları, qətli törətməkdə şübhəli sayılan ata və oğul saxlanılıb.
Mirhəsən Seyidovun yaxınları qətlin tamah məqsədilə törədildiyini iddia edirlər.
"İş yerindən bizə zəng edib məlumat verdilər ki, Mirhəsən işə gəlmir, əlaqə nömrəsinə zəng çatmır və neçə gündür ki, onu axtarırıq. Sonra polis tapdı. Kiminsə torpağını behləyib yiyə durub, orada da qonşusunun gölü var imiş. Elə o göldə də meyitini tapıblar. Hadisə mülk məsələsinə görə olub", - deyə yaxını bildirib.
Ətraflı süjetdə:
14:32
Saatlı Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində fevralın 5-də itkin düşmüş Saatlı rayon Şirinbəyli kənd sakini, 1959-cu il təvəllüdlü Mirhəsən Seyidovun qəsdən öldürülməsi müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir
Qeyd olunur ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Elşad Abbasov və oğlu, 2005-ci il təvəllüdlü Elçin Abbasovun fevralın 5-də rayonun Şirinbəyli kəndi ərazisindəki çöl sahədə həmkəndliləri Mirhəsən Seyidovu sonuncuya məxsus avtomobildə tamah məqsədilə məftil vasitəsilə boğaraq qəsdən öldürməsi, hadisəni gizlətmək üçün meyiti ayağına daş bağlayaraq həmin ərazidəki su kollektoruna atmalarına əsaslı şübhələr müəyyən edilib.
Mirhəsən Seyidovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elşad Abbasov və Elçin Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulublar.
10:24
Saatlı rayonununda itkin düşən Şirinbəyli kənd sakini 66 yaşlı Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalında aşkar olunub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, Mirhəsən Seyidovun onunla ədavətli olan qonşuları - 45 yaşlı Elşad Elbrus oğlu Abbasov və onun 20 yaşlı oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Saatlıda 66 yaşlı Mirhəsən Seyidovun itkin düşməsi barədə xəbər vermişdik.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2014 Tarix: 16 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Xəbər ertəsi" 14 sentyabrdan yeni mövsümə qayıdır - ÖZƏL
"Xəbər ertəsi" verilişi yeni mövsümlə tamaşaçıların görüşünə gəlir. BİG.AZ xəbər verir ki, veriliş 14 sentyabr saat 07:00-da yenidən efirə çıxacaq. Yeni mövsümdə gündəmin əsas xəbərləri, aktual hadisələr və cəmiyyəti maraqlandıran mövzular müzakirə olunacaq. Veriliş hər səhər tamaşaçıları ölkəd
10:55 173 PISA 2025: Azərbaycan təhsilində islahatların uğurlu nəticəsi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanın PISA 2025 nəticələri ölkənin təhsil sahəsində son illərdə həyata keçirilən islahatların müsbət nəticələrini bir daha nümayiş etdirib. Beynəlxalq qiymətləndirmədə Azərbaycan şagirdlərinin göstəricilərində əhəmiyyətli irəliləyişlərin qeydə alınması təhsil sistemində aparılan yeniliklərin v
08.09.2026 364 Dron qalmaqalı böyüyür: Aİ və NATO hərəkətə keçdi
Aİ və NATO ölkələrinin liderləri Almaniyanın Leypsiq şəhərində baş verdiyi bildirilən dron hadisəsinə Moskvanın məsuliyyət daşıdığı qənaəti əsasında uzunmüddətli və davamlı cavab hazırlayırlar. xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, Leypsiq hav
08.09.2026 220 Bu səhra Saharadan 5 dəfə daha qurudur, amma... - Milyonlarla çiçəklə örtüləcək
Çilinin şimalında yerləşən Atakama Yer kürəsinin ən quraq ərazilərindən biri hesab olunur. Səhra Sakit okeanla And dağları arasında 100 kilometrdən çox məsafəyə uzanır. Burada ildə orta hesabla təxminən 15 millimetr yağıntı düşür, halbuki Saharada bu göstərici təxminən 75 millimetrdir. Atakama səhrasını
08.09.2026 239 ABŞ İranın beş tankerini vurub
ABŞ ordusu çərşənbə axşamı İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisinə ballistik raketlər atmasından sonra beş İran tankerini vuraraq birini batırıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu, Yaxın Şərqdə döyüşlərin yenidən qızışmasına səbəb olub. Hücumlar İranın əhəmiyyətli bir qisas almağ
11:17 120 Britaniyadan Ukraynaya 130 milyon hərbi yardım - HHM sistemləri verilir
Böyük Britaniya hökuməti yaxınlaşan qış mövsümü ərəfəsində Ukraynaya 100 milyon funt sterling (təxminən 130 milyon dollar) dəyərində yeni hərbi yardım paketinin ayrıldığını elan edib. Bu barədə Britaniya Müdafiə Nazirliyinin və nazir Ues Stritinqin (Wes Streeting) sentyabrın 8-də yaydığı rəsmi bəyanatd
08.09.2026 229 İran-ABŞ müharibəsində SON VƏZİYYƏT: Döyüşlər şiddətləndi, neft bahalaşdı
İranla ABŞ arasında altı aydan çoxdur davam edən hərbi qarşıdurma sentyabrın əvvəlində yenidən kəskin mərhələyə daxil olub. Bir aylıq nisbi sakitlikdən sonra tərəflər hava, raket və dəniz hücumlarını bərpa ediblər. Hazırda əsas gərginlik nöqtəsi Hörmüz boğazıdır. İran bu ərazidə yeni "qapalı zona"
08.09.2026 242 Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı
"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur". Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarındakı dəyişikliklərlə bağlı açıqlamasında bildirib
08.09.2026 265 İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutula
08.09.2026 334