Qərbi Zəngəzurun Azərbaycan torpağı olduğunu sübut edən FAKTLAR
Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki buraxılışında Sovet hakimiyyətinin qərarı ilə Ermənistana verilən Qərbi Zəngəzur ərazisindən danışılıb.
Bildirilib ki, Qərbi Zəngəzur Azərbaycanın qədim kökləri olan milli-mədəni irsinin ayrılmaz hissəsidir və coğrafi mövqeyi ilə xüsusi əhəmiyyət daşıyır.
Onun tarixi Azərbaycan xalqının burada qədimdən mövcud olduğunu sübut edən faktlarla doludur. Bu faktlar arxeoloji qazıntılar və tarixi mənbələr hesabına aşkar edilib. Buna baxmayaraq, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsi regionun etnik tərkibinin dəyişdirilməsi, azərbaycanlı əhalinin kütləvi şəkildə köçürülməsi ilə nəticələnib.
Qeyd edilib ki, Qərbi Zəngəzurla bağlı məsələlər Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını çətinləşdirən əsas amillərdən biridir. Ermənistan tərəfi bu mövzuya münasibətdə kompromisə getməkdən imtina edir və Azərbaycan xalqının tarixi hüquqlarını qəbul etmir, Zəngəzur dəhlizi məsələsini Ermənistanın suverenliyinə təhdid kimi təqdim edir. Bu mövqe həm regionda gərginliyi davam etdirir, həm də sülhün bərqərar olmasına mane olur.
"Ermənistanın Qərbi Zəngəzurla bağlı mövqeyi tarixi həqiqətləri inkar etmək və bu əraziləri özününkü kimi təqdim etmək siyasətinə əsaslanır. Bu yanaşma isə həm beynəlxalq hüquqa, həm də regiondakı real tarixi faktlara ziddir. Prezident İlham Əliyevin bu məsələdəki qəti mövqeyi və tarixi faktlara əsaslanan çıxışları Ermənistanın manipulyativ siyasətini ifşa etmək və tarixi ədaləti bərpa etmək baxımından mühüm rol oynayır", - deyə verilişdə vurğulanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 803 Tarix: 16 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBöyük Qələbə tarixi ədaləti bərpa etdi
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı. Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarş
16.11.2026 252 YAP - dünənin, bu günün və sabahın partiyasıdır
1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı
16.11.2026 246 Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi
"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind
16.11.2026 275 Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi
Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak
16.11.2026 305 Oğluna əsəbiləşən kişi arvadının başına telefon çırpdı
Bakıda arvadına əsəbiləşən kişi onun başına telefon çırpıb. xəbər verir ki, 45 yaşlı Əlizamin Əliyev (ad və soyad şərtidir) gecə saatlarında 22 yaşlı oğluna zəng etsə də, o, telefona cavab verməyib. Bundan sonra kişi həyat yoldaşı Gülnisənin (adı şərtidir) telefonundan oğluna zəng edib. Oğlu zəngi cavablandırdıqda
16.11.2026 193 Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq aksesuar oğurlanıb - FOTO
Ağcabədi rayonunda qəbiristanlıqdan xeyli sayda mərmər aksesuar oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə, bir neçə gün əvvəl yaxınlarının məzarını ziyarətə gedən şəxslər qəbirüstü abidələri
16.11.2026 95 Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman
Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu
16.11.2026 271 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16.11.2026 0 Direktorların işə qəbul nəticələri - Açıqlandı
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları
16.11.2026 99