Bakıda evi sökülənlər ARTIR: Kirayə mənzillər UCUZLAŞACAQ?

Bakıda evi sökülənlər ARTIR: Kirayə mənzillər UCUZLAŞACAQ?Keçən ilin fevral ayında Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, paytaxtın bir neçə rayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən bir çox binaların söküntüsü həyata keçiriləcək. Suraxanı rayonu üzrə 1 127 mənzildən ibarət 63, Nəsimi rayonu üzrə 5 771 mənzildən ibarət 226, Xətai rayonu üzrə 2 016 mənzildən ibarət 99, Nərimanov rayonu üzrə 3 028 mənzildən ibarət 219, Nizami rayonu üzrə 1 779 mənzildən ibarət 131, Yasamal rayonu üzrə 427 mənzildən ibarət 18, Səbail rayonu üzrə 535 mənzildən ibarət 41, Pirallahı rayonu üzrə 1 174 mənzildən ibarət 297 yaşayış binasının sökülməsi nəzərdə tutulur.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Təbii ki, aparılacaq bu söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək.

Kirayə ev axtaranların sayı artacaq

Əmlakçı Mülkədar Rüstəmovun sözlərinə görə, Bakıda evlərin tikintisi üçün yararlı torpaq sahələri demək olar ki, qalmayıb. Məhz bu səbəbdən tikinti şirkətləri istismar müddəti başa çatmış binaları sökmək və yerində yeni mənzillər tikmək məcburiyyətindədirlər: "Bu proses şirkətlərə baha başa gəlir. Həm sökmək, həm vətəndaşları kirayə çıxarmaq, kompensasiya məbləği ödəmək, həm də yenidən bina inşa etmək mənzillərin qiymətinə təsir edir".

M.Rüstəmov söküntülərin kirayə mənzil bazarına da ciddi təsir edəcəyini proqnozlaşdırır: "Əvvəllər kirayə mənzillərə daha çox tələbələr müraciət edirdi. Amma son iki-üç ildir kirayə axtaranlar sadəcə tələbələr deyil. Söküntü səbəbindən kirayə qalmağa məcbur olan insanlar da artır. Əvvəl kirayə mənzil axtaranda əşyalı evlərə üstünlük verərdilər. İndi isə insanlar binaları tikilənə qədər qalmaq üçün mənzil axtarırlar. Əşyalarını yerləşdirmək üçün də boş mənzillərə üstünlük verirlər".

"Tələb təklifi həddindən artıq üstələyir"

Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov da razılaşır ki, hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə kirayə mənzil çatışmazlığı yaşanır: "Belə ki, tələb təklifi həddindən artıq üstələyir. Bu da qiymətlərin artımına və kirayə şərtlərinin daha da çətinləşməsinə gətirib çıxarır. Əvvəl əşyalarla dolu və boş mənzillər arasında 25-30 faiz qiymət fərqi var idisə, artıq heç bir fərq müşahidə edilmir. Artıq sahibkarlar bilirlər ki, kirayə mənzil bazarında durğunluqdur. Əvvəllər bazara 30-40 mənzil çıxırdısa, hazırda bu rəqəm maksimum yeddi-səkkiz olur. Artıq insanlar əşyasız da olsa, təki mənzil olsun deyirlər, çünki seçim azdır. Kirayə elanı paylaşılan mənzil maksimum iki-üç saatdan sonra tutulmuş olur. Buna görə də evlərin əksəriyyətini əşyasız kirayə verirlər".

A.Nəsirovun fikrincə, kirayə mənzil bazarında qiymətlər hər gün yüksəlir. Bunun da səbəblərindən biri məhz söküntü işləridir: "Evləri sökülən vətəndaşlar kirayədə qalmalıdırlar. Bu da tələbi artırır. Qiymətlər artır. Bir neçə rayonda söküntü işlərinin eyni anda başlaması ilə tələb daha da arta bilər. Tələb təklifi bir neçə dəfə üstələyəcək. Bu baxımdan, söküntü işlərinin mərhələli şəkildə aparılması daha uyğundur".

Qiymət artımı bir neçə il davam edəcək

Ekspert planlaşdırılan söküntülərlə əlaqədar yaxın gələcəkdə Bakıda kirayə qiymətlərinin enməsinin mümkünsüz olduğu qənaətindədir: "Əksinə, düşünürəm ki, Bakıda kirayə qiymətləri hələ bir neçə il də artmaqda davam edəcək. Kirayə qiymətləri yalnız Bakıda reallaşdırılan pilot layihələr bitdikdən sonra enə bilər. Evləri hazır olan sakinlər mənzillərinə köçəcək, yeni tikilən binada da kirayəyə çıxarılan mənzillər olacağı üçün buna ümid edə bilərik. Amma yaxın illərdə gözlənilmir".

A.Nəsirovun sözlərinə görə, eyni səbəbin satış bazarına da təsir etdiyini söyləmək olar: "Satış bazarında da qiymət artımları davam edir. Keçən il 20 faizə qədər qiymət artımları müşahidə edildi. Satış bazarı üçün də ucuzlaşma mümkünsüzdür. 2025-ci il başlayandan da bu tendensiya davam edir. Bəzi vətəndaşlara evləri sökülərkən kvadratına görə pul ödənilir. İnsanlar da mənzil bazarına yönəlir. Beləliklə, tələbat artır, qiymətlər daha da yüksəlir. Pilot layihələr çərçivəsində köhnə binalar söküldükdən sonra yeni binaların tikintisinin gecikməsi də mənzil qiymətlərinə təsir edir. Layihə çərçivəsində tikintilər üş-dörd il çəkir. Burada tikinti şirkətindən, iş sürətindən, aldığı icazələrdən də çox şey asılıdır. Şəhərdə bəzi ərazilərdə yarımçıq qalan binalar var. Hansı ki, insanlar evlərinə köçə bilmirlər. Pilot layihələr həyata keçirilərkən bəzi vətəndaşların evlərindən çıxmaq istəməməsi kimi məsələlər də prosesi uzadır və gecikdirir. O səbəbdən yaxın günlərdə kirayə bazarında və mənzil satışında qiymət enmələri gözlənilmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 770   Tarix: 15 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu gün paytaxtın 544 küçəsi yuyuldu - FOTO

İyulun 11-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməcilikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhə

11.07.2026 202
.

Prezident İlham Əliyev: "Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır"

"Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib. Dövlətimizin başçısı qeyd edib:. "Biz bütün dünyaya göstərdi

11.07.2026 186
.

Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı

Türkiyənin Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatları həyata keçirən 100-ə yaxın mama-ginekoloqu cərimələyib və onları müvəqqəti olaraq tibbi fəaliyyətdən kənarlaşdırıb. xəbər verir ki, bu barədə iyulun 11-də "BirGün" qəzeti məlumat yayıb. İntizam tədbirləri səhiyyə sahəsində həyata keçirilə

13:20 79
.

AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək

Livan iyulun 15-16-da Romada İsraillə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə AFP-yə Livanın yüksəkrütbəli rəsmisi məlumat verib. "Bu qərar İsrailin gələn həftənin əvvəlində Livan ordusunun nəzarəti altında "pilot zonalar"ı

13:40 17
.

NASA Ay və Mars üçün 4 könüllü axtarır

ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars ekspedisiyalarına hazırlıq məqsədilə yeni simulyasiya layihəsinə iştirakçı qəbulu elan edib. xəbər verir ki, məlumata görə, bir il davam edəcək proqram 2027-ci ilin avqust ayında Hyustondakı Conson Kosmik Mərkəzində start götürəcək

11.07.2026 186
.

Son istifadə tarixi və... Qida etiketləri arasında fərq nədir?

Supermarketlərdə satılan ərzaqların üzərində adətən iki fərqli tarix göstərilir: "son istifadə tarixi" və "ən yaxşı istifadə tarixi". Bir çox insan bu ifadələri eyni məna daşıdığını düşünsə də, əslində aralarında ciddi fərq var. xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyanı

14:00 0
.

Paşinyan keçmiş deputatları məhkəməyə verdi: Böyük miqdarda təzminat tələb etdi

Ermənistan baş naziri Nikol Paşinyan keçmiş deputatlar Sofiya Ovsepyan və Edmon Marukyanı seçkilərlə bağlı açıqlamalarına görə məhkəməyə verib. -ın xəbərinə görə, bu barədə "Sputnik Armenia" "Telegram" kanalı məlumat verib. Qeyd edilib ki, Paşinyan Ovsepyan və Marukyanı böhtan v

11.07.2026 175
.

Oman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər

Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib. "Report"un məlumatına görə, bu barədə Omanın Xarici İşlər Nazirliyini

13:50 0
.

Hörmüz boğazından gəmilərin keçidi minimuma enib

ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb. "Report" xəbər verir ki, bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan "Windward" şirkətinə istinadən "İnterfaks" məlumat yayıb. Məlumata görə, cəmi bi

11:30 140
.

TOP MP3