14 Fevral həqiqətən sevginin günüdür? - TARİXİ HƏQİQƏTLƏR

14 Fevral həqiqətən sevginin günüdür? - TARİXİ HƏQİQƏTLƏRFevralın ilk ongünlüyündən başlayaraq hədiyyə mağazalarında nəzərə çarpan canlanma 14 fevraladək davam edir. Daha çox gənclərin qeyd etdiyi 14 fevral tarixi yaşlı nəsili o qədər də maraqlandırmır.

"Valentin günü" dünyanın bir sıra ölkələrində 14 fevralda qeyd edilir. Dünya ölkələrində, bu günün həvəskarlarının bir-biri üçün hədiyyələr aldığı və kütləvi qeyd etdiyi faktları danılmazdır. "Valentin günü"nün atributları da var, bunlar ürək şəkilləri və göyərçin fiqurudur. Bəs indi bir çox müsəlman ölkələrində, türk dünyasında belə qeyd edilən bu xristian gününün əhəmiyyəti nədir? Biz ilin ən sevgili günü haqqında həqiqəti bilirikmi?

Lent.az bu günün həqiqət tarixçəsini araşdırıb.

Qədim Romada 14 fevral tarixi bütün Roma xalqı üçün isə xüsusi əhəmiyyət kəsb edirdi. Həmin gün inanclarına görə, Roma "Tanrı" və "Tanriçaları"nın kraliçası olan Junoya duyulan hörmətdən dolayı bayram elan olunurdu. Səhərisi gün isə "Lupercalia" bayramı başlayırdı. Bu bayram xalqın gənc kütləsi üçün böyük "əhəmiyyət" daşıyırdı.

Bu "əhəmiyyət"in səbəbi isə həyatları qəti qayda-qanunlarla müəyyənləşdirilmiş və bunun da təbii nəticəsi olaraq gəzib-əylənmə şansı çox məhdud olan gənclərin bu bayramda bir-birləri ilə iyrənc şəkildə əylənmələri idi. Bu "bayram"da hansı gəncin hansı qızı seçməsi də öz istəklərinə bağlı deyildi.

Romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq, bir çəlləyə atır, həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı yazılan qızla həmin gecə bir yataqda olaraq istənilən cinsi arzusunu həyata keçirməkdə sərbəst buraxılırdı və onlar bayram boyunca ayrılmırdılar.

Bəs Müqəddəs Valentin kimdir?

Müqəddəs Valentin eramızın III əsrində Roma imperatoru II Klavdinin hakimiyyəti dövründə yaşamış bir keşiş və ya yepiskop olub. O, xristian nikahlarını gizli şəkildə icra etdiyi üçün imperatorun qəzəbinə gəlib və həbs edilib. İddiaya görə, imperator gənc kişilərin evlənməsini qadağan etmişdi, çünki subay əsgərlərin daha yaxşı döyüşdüyünü düşünürdü. Lakin Valentin sevgi və evliliyi dəstəklədiyi üçün bu qadağaya qarşı çıxıb.

Müqəddəs Valentin həbs olunduqdan sonra zindanda olarkən gözətçinin qızına aşiq olduğu və ona "Sənin Valentinin" yazılı bir məktub göndərdiyi barədə bir əfsanə var. Bu hadisə Müqəddəs Valentin Günündə (14 fevral) sevgililərin bir-birinə məktub yazması ənənəsinin başlanğıcı hesab edilir.

Bu günün "Valentin günü"adı altında açıq-aşkar qeyd edilməsi onun ölümündən təxminən 226 il sonraya təsadüf edir. Yəni, Papa Gelasius tərəfindən 496-cı ildə "Lupercalia" bayramının adı Valentinin şərəfinə dəyişdirilir. Addəyişmənin səbəbinə gəlincə isə, xristian ruhanilər Romadakı bütpərəstlərin "Lupercalia" bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından buna bir çarə axtarırdılar.

Elə bu zaman vaxtilə xristian qəbristanlığında dəfn olunan Valentin yada düşdü və ruhani xristianlar bununla vəziyyətdən çıxış yolu tapdılar. Onlar bu bayramın sadəcə və sadəcə adını dəyişərək gənclərin xristianlığa bağlı adı olan bir şənlikdə– "Müqəddəs Valentin günü"ndə əylənmələrini təmin etdilər. Bununla da həmin bu "Valentin günü" meydana çıxdı.

Müxtəlif ölkələrdə Sevgililər Günü

Qərb ölkələrində sevgililər bir-birinə açıqcalar, çiçəklər, şokolad və digər hədiyyələr təqdim edir.

Yaponiyada qadınlar kişilərə şokolad hədiyyə edir, kişilər isə bir ay sonra - 14 martda (Ağ Gün) cavab hədiyyəsi verirlər.

Braziliyada Sevgililər Günü 12 iyunda qeyd olunur.

Bəzi müsəlman ölkələri isə Sevgililər Gününü qeyd etmir. Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Pakistan Sevgililər Gününü qeyd etməyən ölkələrdir.

Gəlin bunu anlayaq ki, ümumiyyətlə, sevginin günü olmur. Bir-birini dərin hislərlə sevən insana hər gün Sevgililər Günüdür. Şərt deyil ki, bu günü bahalı və lüks hədiyyələrlə başa vurasan. Kiçik, anlamlı hədiyyələr yaxud xoş sözlər belə könül qazanmağa kifayət edir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1436   Tarix: 14 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen

01.11.2026 718
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 489
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 613
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 728
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

08.11.2026 339
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 662
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 555
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 679
.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 333
.