Bakıda "Rus evi"nin binası boşaldılıb - YENİLƏNİB
Bakıda "Rus evi"nin yerləşdiyi bina boşaldılıb.
BiG.AZ report-a istinadən xəbər verir ki, mərkəzin qapısı üzərindəki lövhə və həm rus, həm də Azərbaycan dilindəki yazılar sökülüb.
Həmçinin foyedəki məlumat xarakterli afişa və fotolar da yığışdırılıb.
*** 15:48
Bakıdakı "Rus evi"nin binası boşaldılır.
BiG.AZ report-a istinadən xəbər verir ki, bu barədə TASS "Rus evi"nin nümayəndəsinə istinadən məlumat yayıb.
"Binanın lövhəsi artıq tam sökülüb (bir gün əvvəl yalnız rus dilində olan yazı götürülüb)", - o bildirib.
Binanın xaricindən görünür ki, təşkilatın əvvəllər tədbirlər keçirdiyi foye və zalın divarlarından şəkillər, plakatlar və afişalar, rəflərdəki suvenirlər götürülüb, səyyar sərgi yığışdırılıb. Bəzi əşyalar hələ də yerində qalır.
Qeyd edək ki, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – "Rus evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə "Rus evi"nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 751 Tarix: 12 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBU ŞƏXSLƏR 15-20 İL TEZ PENSİYAYA ÇIXA BİLƏR - Kimlərin pensiya yaş həddi azaldılıb?
Bu aydan Azərbaycanda qadınlar ilə kişilərin pensiya yaşları bərabərləşdi. Bəs, kimlər daha tez pensiyaya çıxa bilərlər? Bu siyahını necə genişləşdirmək olar?. Bu suala cavabında iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sır
00:15 280 Parisdə daha bir turistik məkan kəskin istilərə görə iş rejimini dəyişdi
Fransanın paytaxtı Parisdə anomal istilər səbəbindən Eyfel qülləsinin həftəsonu iş saatları əhəmiyyətli dərəcədə azaldılacaq. xəbər verir ki, bu barədə abidənin mətbuat xidməti məlumat yayıb. "Proqnozlaşdırılan yüksək temperaturla əlaqədar Eyfel qülləsi iş rejimini dəyişir. İyulun 11-i şənbə v
12:20 135 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı
Türkiyənin Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatları həyata keçirən 100-ə yaxın mama-ginekoloqu cərimələyib və onları müvəqqəti olaraq tibbi fəaliyyətdən kənarlaşdırıb. xəbər verir ki, bu barədə iyulun 11-də "BirGün" qəzeti məlumat yayıb. İntizam tədbirləri səhiyyə sahəsində həyata keçirilə
13:20 125 "Gözümə gün düşdü" - Aşan avtobusun sürücüsü DANIŞDI+VİDEO Unikal
Xəbər verdiyimiz kimi, Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu aşıb. "Qafqazinfo" xəbər verir ki, həmin avtobusun sürücüsü Ramil Abışov hadisə ilə bağlı danışıb. O, qəza anını belə təsvir edib:. "Restorandan çıxıb gəlirdim, hava təzə-təzə işıqlanırdı. Gözüm
15:08 0 Kimlər hərbi xidmətə yararsız sayılır? - RƏSMİ AÇIQLAMA
Hər il hərbi xidmətə çağırış prosesi başladıqda cəmiyyətdə eyni suallar yenidən gündəmə gəlir. Vətəndaşların bir qismi hərbi xidmətə cəlb olunsa da, müəyyən kateqoriyaya aid şəxslər sağlamlıq vəziyyəti, fiziki göstəriciləri və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslara görə hərbi xidmətə yararsı
00:17 294 Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB
Azərbaycanda yaşa görə əmək pensiyası almaq üçün əsas şərtlərdən biri sığorta stajı və ya tələb olunan pensiya kapitalının olmasıdır. -in məlumatına görə, hazırda pensiya yaşına çatan minlərlə vətəndaş bu tələbləri tam ödəyə bilmədiyi üçün yaşa görə əmək pensiyası əvəzinə sosial müavinət alır. Xüsusil
00:09 218 Prezident İlham Əliyev: "Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır"
"Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib. Dövlətimizin başçısı qeyd edib:. "Biz bütün dünyaya göstərdi
11.07.2026 186 Media: Avropa ölkələri Hörmüz boğazından keçid üçün rüsum ödəməyə razı ola bilər
Avropa ölkələri Hörmüz boğazından keçən gəmiçilik üçün rüsumları könüllü olaraq ödəməyi istisna etmir. "Report"un xəbərinə görə, bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb. Avropalıların fikrincə, rüsumların ödənilməsi könüllü olmalı və BMT-nin Beynəlxalq Dəniz Təşkilat
12:40 125 Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
Mingəçevir su anbarında daha bir bədbəxt hadisə baş verib. -ın məlumatına görə, 24 yaşlı Rəşad Çərkəzli Mingəçevir su anbarında yerləşən çimərlikdə boğularaq ölüb. Xatırladaq ki, üç gün əvvəl də Mingəçevir su anbarında bədbəxt hadisə baş vermişdi. Goranboy rayon sakini, 24 yaşlı Şəhriyar Mustafayev s
11.07.2026 231