Ödəniş müddəti keçmiş cərimələrin taleyi qanunla necə həll olunmalıdır?

Ödəniş müddəti keçmiş cərimələrin taleyi qanunla necə həll olunmalıdır?Bir neçə il keçməsinə baxmayaraq, hələ də koronavirus zamanından ödənilməmiş cərimələr mövcuddur. O dövürdə tətbiq edilən cərimələr bu vaxta qədər ödənilməyibsə, silinməlidirmi?

Ümumiyyətlə, ödəniş müddəti keçmiş cərimələrin taleyi qanunla necə həll olunmalıdır?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi normativ hüquqi aktlarla bağlıdır. Həmin maddənin 7-ci bəndində bildirilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir:

Ödəniş müddəti keçmiş cərimələrin taleyi qanunla necə həll olunmalıdır?"Məhz bu normanı rəhbər tutmaqla vətəndaşlar açıq havada maska taxmamağa görə yazılmış protokol əsasında qəbul edilmiş qərarla bağlı cərimənin yazıldığı yer üzrə məhkəməyə cərimənin silinməsi ilə bağlı müraciət edə bilər.
Hətta İnzibati Xətalar Məcəlləsinin 11-ci maddəsinə görə, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan qanunvericiliyə uyğun formada həyata keçirilir.
Yəni inzibati xətalarla bağlı icraat başlanılıbsa, həmin vaxt inzibati xəta ilə bağlı məsuliyyət qüvvədə olmalıdır.
İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi var. Həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir.
Əgər hər hansı bir dövrdə inzibati xəta və yaxud hər hansı bir hüquqazidd əməl hesab olunursa və sonradan həmin xəta ləğv olunursa, bunun hüquqazidd əməl olması aradan qaldırılırsa, bu halda əvvəlcədən verilmiş cəzalar icra olunmayıbsa, vətəndaşın vəziyyətini yaxşılaşdıran hal kimi ona tətbiq oluna bilər.
Buradan belə nəticəyə gəlmək olur ki, hazırda açıq havada maska taxmamağa görə cərimələr ləğv olunduğundan və bununla bağlı məsuliyyət aradan qaldırıldığından vətəndaşlar onların hüquqi vəziyyətini yaxşılaşdıran aktın geriyə qüvvəsini əsas tutmaqla məhkəməyə müraciət edərək icra olunmamış cərimələrin silinməsini xahiş edə bilərlər.
Lakin vətəndaş cərimənin silinməsi bağlı məhkəməyə müraciət etməyibsə və məhkəmənin vətəndaşın xeyrinə qəbul edilmiş qərarı yoxdursa, ona yazılmış cəriməni ödəməlidir. Əks halda ölkəni tərk edərkən sərhəddə və bu qəbildən olan digər hallarda cərimə ilə bağlı problem yaşaya bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1546   Tarix: 12 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.