Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar

Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlarPlastik cərrahlarla bağlı qalmaqal ilk baxışdan səliqə-səhmanla yoluna qoyulur: KİV-də 50-yə yaxın plastik cərrahın sertifikatının saxta olduğu barədə xəbərlər yayılandan sonra hüquq-mühafizə orqanları araşdırmalara başladı, qısa araşdırmalardan sonra Baş Prokurorluq rəsmi açıqlama yaydı və diplomsuz plastik cərrahlarla bağlı 18 fakt aşkarlandığını bəyan etdi. Eyni zamanda qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslər - Səhiyyə Nazirliyinin İnsan Resursları, Elm və Təhsil Şöbəsinin müdiri Səidə Rüstəmova və Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova barəsində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçildi.

Bundan başqa ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara fəaliyyətlərinin qanuniliyini təsdiqləyən sənədlərinin surətlərini 31 yanvar 2025-ci ilədək Səhiyyə Nazirliyinə təqdim etmək üçün vaxt verildi.

Daha sonra araşdırmalar davam etdirildi və bu yaxınlarda 10-a yaxın plastik cərrahın lisenziyasının ləğv olunduğu açıqlandı. Elə bundan sonra da məsələ yenidən daha da aktuallıq kəsb etməyə başladı. Çünki bir tərəfdən, qanunsuz yollarla sertifikat əldə edənlərin çıxdaş olunması, digər tərəfdən yenidən sertifikat alıb-ala bilməyəcəkləri plastik cərrahlar arasında təşviş yaratdı.

Hazırda plastik cərrahlarla bağlı araşdırma davam etdirilir və bu sahəyə qanunsuz soxulan həkimlər cəzalandırılır. Amma bir məsələ yenə də açıq qalır: axı bu sertifikatı onlar özləri-özlərinə verməyiblər. Azərbaycan qanunvericiliyinə əsasən, xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə, praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından, beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Başqa sözlə, plastik cərrahiyyə ilə məşğul olmaq hüququ Səhiyyə Nazirliyinin Sertifikasiya Şurası tərəfindən rəsmiləşdirilir. O zaman sual yaranır, niyə yalnız saxta yollarla sertifikat alan həkimlər cəzalandırılır? Axı bu qanunsuzluğu rəsmiləşdirənlər onlardan heç də az məsuliyyət daşımırlar. Bəs, onlar niyə məsuliyyətə cəlb olunmurlar? Nə qədər inandırıcıdır ki, saxta sertifikasiya ilə yalnız nazirliyin şöbə rəhbərləri Səidə Rüstəmova və Lətafət Cabbarova məşğul olublar? Axı onların heç biri nazirliyin Sertifikasiya Şurasının rəhbəri deyillər. Məgər saxta sertifikatlara görə əsas məsuliyyəti Sertifikasiya Şurasının sədri daşımırmı? Bu suallara qayıdacağıq.

İndilik plastik cərrahların sertifikasiyası ilə bağlı Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı, dosent, tibb üzrə fəlsəfə doktoru Akif Əfəndiyevin fikirlərinə diqqət edək. O, Bakupost.az -a açıqlamasında sertifikatı ləğv olmuş həkimlərin aqibətinin necə olacağı barədə qanunvericiliyin tələblərindən danışıb:

Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar"Ümumimyyətlə, mətbuatda başlıqlarda gedən "filan həkimin lisenziyası ləğv olundu", "filan cərrahın lisenziyasının vaxtı keçdi" kimi xəbərlər düzgün deyil. Lisenziya sahibkarlıq fəaliyyəti üçün hər hansı quruma verilən sənəddir. Bütün özəl klinikalar lisenziya ilə işləyir. Həkimlərdən isə stomatoloqlara bu sənəd lazımdır. Çünki fəaliyyət göstərmək üçün klinika, kabinet və s. aça bilərlər. Onu da Səhiyyə Nazirliyi vermir və bunun üçün heç bir imtahan lazım deyil. Onun qeydiyyat şərtləri başqadır. Lisenziyanı müəyyən rəylərdən sonra "Asan Xidmət" verir.

O ki qaldı, sertifikasiya şəhadətnaməsinə, bu sənəd Azərbaycan ərazisində tibbi praktiki fəaliyyət göstərmək üçün əsas sənəddir. Bu sertifikatı olmayan həkimin tibbi fəaliyyət göstərməsi mümkün deyil, qanunsuzdur. Bu barədə prezidentin xüsusi sərəncamı var. Sertifikat 5 illik verilir, vaxtı bitdikdə, yenidən imtahan verirlər, əgər keçirlərsə, yenidən sertifikat alırlar.

Sertifikatı almaq üçün yeganə tələb Sertifikasiya Komissiyasının imtahanından keçməkdir. Əgər hansısa həkim suallara cavab verə bilməsə, ona 6 ay vaxt verirlər ki, hazırlaşıb yenidən imtahan versin. Həkim də gedib hazırlaşır, kurslardan keçir, yenidən müraciət edir. Əgər o, ikinci dəfə də kəsilərsə, bu zaman onu işdən azad edirlər və ya həkimlik fəaliyyətinə icazə vermirlər. Deməli, iki dəfə imtahandan keçə bilməyən həkimin xalqa, pasiyentlərə xidmət göstərmək üçün bilik səviyyəsi kifayət etmir. Amma imtahanlarla bağlı say tələbi yoxdur. 3-5 dəfə də imtahan verə bilərlər. Sertifikasiya şəhadətnaməsi olmadan qanundan yayınıb xəstə qəbul edən, hər hansı özəl klinikada fəaliyyət göstərən həkim də, klinika da yüksək məbləğdə cərimə olunur. Bu yoxlamalar və cəzalar artıq sərtləşdirilib. Ona görə özəl klinikalar sertifikatsız həkimin işləməsində maraqlı olmamalıdır".

Saxta plastik cərrahlarla yanaşı, onlara qanunsuz yollarla, eləcə də maddi maraq qarşılığında sertifikat verən məmurların cəzalandırılması məsələsinə qayıdaq.

"Azərbaycan Tibb Jurnalı"nın redaktoru Fuad İslamzadə hesab edir ki, bu məsələdə cəza şərtləri hamıya eyni dərəcədə şamil edilməməlidir:

Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar"Həkimlik təhsili olmadan tibbi fəaliyyətlə məşğul olanlara, sertifikatı olmayanlara daha sərt t cəzalar olmalıdır, nəinki rezidentura üzrə təhsili və fəaliyyəti bir az uyğun gələnlərə. Məsələn, həkim var lor cərrahdır, amma burun estetiki ilə məşğul olur. Ona qarşı bir qədər yumşaq davranıla, xəbərdarlıq edilə bilər.

O ki qaldı, saxta sertifikatları verənlərə, bunu Nazirlikdə kim veribsə, onlar cəzalanmalıdır. Burada insani nəfs, maddi maraq, sui-istifadə faktoru ola bilər.

Ümumiyyətlə, özəl klinikalara lisenziyalar verilməsi də sərtləşməli, ciddi yoxlamalar aparılmalıdır. Mənə bir fakt danışmışdılar, Azərbaycanda özəl klinikada orta tibb təhsili olan biri narkoz verən, yəni anestezioloq kimi işləyib pul qazanmışdı. Dəfələrlə olub ki, əməliyyatda xəstə ölümü baş verən klinika rəhbərləri istintaqa və mətbuata deyib ki," biz əməliyyatxananı həkimə icarəyə veririk, bizim məsuliyyətimiz yoxdur. Həkim kirayə yer tutub xəstəni əməliyyat edir". Bu məsələ araşdırılmalıdır. Əgər həkimi yoxlamadan, sənədləri qaydasında olmadan, öz əməliyyat otağına buraxırsansa, deməli, bu, cinayətdir. Təəssüf ki, özəl klinikalar və havadarları həmişə cəzadan kənarda qalır. Dünyanın heç bir ölkəsində o ölkənin qanunlarına uyğun təhsil almayan, imtahan verməyən, icazə almayan həkimi nəinki əməliyyata, heç xəstənin müalicəsinə belə yaxın buraxmazlar. Bu, cinayətdir. Vaxtilə keçmiş Səhiyyə naziri Oqtay Şirəliyev həmişə deyirdi ki, özəl klinikalarda baş verən məsələlərə, yanlış müalicə və ölüm faktlarına, həkim səhlənkarlığına biz cavabdeh deyilik. İndi də eyni cavablar olur. Amma görünür ki, cavabdeh olmaq lazımdır. Tibb Universitetini və rezidenturanı bitirəndən sonra həkimlərin keçməli olduğu yollar, sənədlər, qurumlar çoxdur. Məsələ, təkcə ATU-nu oxuyub bitirmək deyil".

Beləliklə, tibb mütəxəssisləri də, mövcud qanunvericiliyin tələbləri də saxta sertifikat sahibi olan plastik cərrahlarla yanaşı, onu verən yüksək rütbəli məmurların da cəzalandırılmasını tələb edir.

Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlarOnu da qeyd edək ki, sertifikatlaşdırma prosesinin həyata keçirildiyi son 14 ildə yüzlərlə həkimə plastik cərrahiyə ilə məşğul olmaq icazəsi verilib. 2019 və 2020-ci illərdə plastik cərrahlara verilən sertifikatlardan isə aydın olur ki, hazırda saxlanılan Səidə Rüstəmova bu sənədləri Sertifikasiya Şurasının katibi kimi imzalayıb. Sədr kimi isə 2019-cu ildə həmin sertifikatları Səhiyyə nazirinin hazırkı müavini, o zaman isə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun "Travmatologiya və ortopediya" kafedrasının müdiri vəzifəsində çalışan İlqar Qasımov imzalayıb. Halbuki belə sənədlər nazir və ya nazir müavini səviyyəsində imzalanmalıdır. Ancaq İlqar Qasımov nazir müavini vəzifəsinə 2022-ci ilə təyin edilib. (https://sehiyye.gov.az/nazirlik/nazirliyin-rehberliyi/qasimov-i-lqar-bulf-z-oglu/)

Bəlkə düşünmək olardı ki, həmin vaxt, yəni 2019-cu ildə o, Sertifkasiya Şurasının sədri olub. Amma heç bir mənbədə onun bu komissiyanın sədri olması barədə məlumata rast gəlmək mümükün deyil.

Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlarDövlət Həkimləri Təkmilləşdirmə İnstitutun dosenti, tibb üzrə fəlsəfə doktoru Akif Əfəndiyev Bakupost.az -a açıqlamasında bildirib ki, İ.Qasımov heç vaxt bu komissiyanın sədri olmayıb: "İlqar müəllin heç vaxt sertifikasiya komissiyasının sədri olmayıb. O nazir müavinidir və sertikata nazir müavini kimi qol çəkir. Seftifikatları komissiya hazırlayır, verir Səhiyyə Naziliyinə, nazirlikdə isə ya nazir, ya da onun müavini imzalayır. Sertifikatları imzalamaq İlqar müəllimə həvalə olunub".

Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlarHər halda plastik cərrahlarla bağlı aparılan araşdırma davam edir və yəqin ki, bir çoxlarının sertifikatı ləğv olunduğu kimi, ona imza atan yüksək vəzifəli şəxslər də cəzalandırılacaq. Hələlik bu məsələdə ən çox Səhiyyə nazirinin müavini İlqar Qasımovun adı hallanır. Amma bu heç də o demək deyil ki, saxta sertifikatlaşdırmanın arxasında dayanan başqa ismlər ortaya çıxmayacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1404   Tarix: 11 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür

Avropanın bir sıra məşhur turizm ölkələrində ağcaqanadların yaydığı təhlükəli viruslara yoluxma halları artır. Həkimlər xəbərdarlıq edirlər ki, bu infeksiyalardan bəziləri sinir sistemini zədələyə, iflicə, beyin iltihabına və hətta ölümə səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, ən riskl

16:00 63
.

Trampa qarşı sui-qəsd cəhdi olsa, İrana "minlərlə raket zərbəsi" endirilə bilər

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran tərəfindən ona qarşı sui-qəsd cəhdi olsa, ABŞ İrana "minlərlə raket zərbəsi" endirəcək. "Report" xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" sosial şəbəkə hesabında yazıb. "Min raket istifadəyə hazırdır v

11:45 153
.

Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi

Mingəçevir su anbarında daha bir bədbəxt hadisə baş verib. -ın məlumatına görə, 24 yaşlı Rəşad Çərkəzli Mingəçevir su anbarında yerləşən çimərlikdə boğularaq ölüb. Xatırladaq ki, üç gün əvvəl də Mingəçevir su anbarında bədbəxt hadisə baş vermişdi. Goranboy rayon sakini, 24 yaşlı Şəhriyar Mustafayev s

11.07.2026 232
.

Məktəbli formalarının qiyməti bahalaşacaq? - Açıqlama

Yeni tədris ilinin başlamasına hələ iki aydan artıq vaxt qalsa da, valideynləri düşündürən əsas məsələlərdən biri məktəbli formalarının qiymətləridir. Bu il məktəbli formaların qiyməti bahalaşacaq? . xəbər verir ki, məsələ ilə bağlı satıcı Günel Salmanovanın sözlərinə görə, hazırda qiymətlər ötən ill

00:13 238
.

Prezidentin sosial şəbəkə hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub - VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub. BİG.AZ xəbər verir ki, paylaşımda qeyd olunur:. "Sizə cansağlığı arzulayıram ki, xoşbəxt yaşayasınız. Dərd-bəla olmasın bundan sonra, uşaqları yaxşı böyüdəsiniz

11.07.2026 227
.

Bu kartla nəqliyyat ödənişinin 10%-İ GERİ QAYTARILACAQ

TəhsilPlus kartı çərçivəsində təhsil işçiləri üçün nəqliyyat sahəsində təqdim olunan üstünlüklərin əhatə dairəsi genişlənir. Bu barədə "Bakupost"a Təhsilin İnkişafı Fondundan məlumat verilib. Bildirilib ki, iyulun 1-dən sentyabrın 30-u tarixləri ərzində Gəncə şəhərində ictimai nəqliyyat üzr

00:21 340
.

Son istifadə tarixi və... Qida etiketləri arasında fərq nədir?

Supermarketlərdə satılan ərzaqların üzərində adətən iki fərqli tarix göstərilir: "son istifadə tarixi" və "ən yaxşı istifadə tarixi". Bir çox insan bu ifadələri eyni məna daşıdığını düşünsə də, əslində aralarında ciddi fərq var. xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyanı

14:00 120
.

Aİ ölkəsi prezidenti Azərbaycana səfər edəcək

Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə "Pravda.sk" nəşrinə istinadən məlumat verir. Məlumata görə, Pelleqrini ilə birlikdə ölkənin baş nazir müavini və müdafiə naziri Robert Kalinyak, baş nazirin müavini və iqtisadiyyat naziri Denisa Sakova

10:00 166
.

BTQ-nin icraçı direktoru: "Digər Afrika ölkələrini də əməkdaşlığa cəlb edə bilərik"

"İlk dəfədir ki, bir xarici dövlət qurumu ilə Anlaşma memarandumu imzalanır". xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BTQ ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin "Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu" arasında əməkdaşlığa dair imzalanmı

16:20 0
.

TOP MP3