Qəza törədən qaziyə CƏZA VERİLDİ

Qəza törədən qaziyə CƏZA VERİLDİAğcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən "Vətən müharibəsi iştirakçısı"na hökm oxunub.

BiG.AZ Musavat.com-a istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonun Hindarx qəsəbəsində baş vermişdi. 1991-ci il təvəllüdlü Emil Sahib oğlu Mirzayevə məxsus VAZ-21011 markalı avtomobillə 1940-cı il təvəllüdlü Türbəndə Talış oğlu Quliyevə məxsus VAZ-2106 markalı avtomobil toqquşmuşdu. Qəza zamanı Türbəndə Quliyev aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişmişdi.

Araşdırma zamanı məlum olub ki, qəzaya səbəb Emil Mirzayevin maşını arxaya verərkən yola baxmaması olub. O, idarə etdiyi maşını yola çıxararkən arxadan gələn VAZ-2106 ona çırpılıb, daha sonra isə yol kənarındakı fərdi yaşayış evinin hasarına dəyib. Türbəndə Quliyev xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmədə ifadə verən Emil Mirzayev özünü günahkar bilib. Deyib ki, maşını arxaya verən zaman yolu tam olaraq görməyib və maşının gəldiyini bilməyib. O peşman olduğunu, mərhumun ailəsi ilə barışdığını deyib. Emil "Vətən müharibəsi iştirakçısı" olduğunu söyləyərək məhkəmədən barəsində yüngül cəza çıxarmasını xahiş edib.

Mərhumun hüquqi varisi olan oğlu da Emili bağışladığını deyib.

Məhkəmə E.Mirzayev barəsində bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 965   Tarix: 09 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu səhra Saharadan 5 dəfə daha qurudur, amma... - Milyonlarla çiçəklə örtüləcək

Çilinin şimalında yerləşən Atakama Yer kürəsinin ən quraq ərazilərindən biri hesab olunur. Səhra Sakit okeanla And dağları arasında 100 kilometrdən çox məsafəyə uzanır. Burada ildə orta hesabla təxminən 15 millimetr yağıntı düşür, halbuki Saharada bu göstərici təxminən 75 millimetrdir. Atakama səhrasını

08.09.2026 182
.

Bakıda riyazi savadlılıq üzrə 40 bal artım qeydə alınıb

"Bakı üzrə PISA nəticələri 2018-ci illə müqayisədə orta hesabla 35 bal yüksəlib. Riyazi savadlılıq üzrə nəticə 420 baldan 460 bala, təbiət elmləri üzrə 398 baldan 440 bala, oxu savadlılığı üzrə isə 389 baldan 405 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs

08.09.2026 154
.

Turistlərin ən çox cibgirlərin hədəfinə çevrildiyi şəhərlər

Fransanın Paris şəhəri ən təhlükəli hesab olunur. Məşhur turistik şəhərlər, məşhur görməli yerlər və kurortlar hər il milyonlarla səyahətçini cəlb edir, lakin bir problem var: izdiham cibgirləri və fırıldaqçıları da cəlb edir. bildirir ki, "Daily Mail"in məlumatına görə, qiymət müqayisəsi xidmət

08.09.2026 228
.

ÜDM artır, sənaye yerində sayır - Azərbaycan iqtisadiyyatında nə baş verir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycan iqtisadiyyatında artım qeydə alınsa da, bu dinamikanın əsas sahələr üzrə eyni tempdə formalaşmadığı görünür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ÜDM 1,4 faiz artaraq 76,8 milyard manata çatıb. Eyni dövrdə sənaye məhsulu istehsalındakı artım is

08.09.2026 223
.

Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə hansı pillədə qərarlaşıb?

"Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə 422 bal toplayaraq 91 ölkə və region arasında 49-cu yerdə qərarlaşıb. Bakı üzrə nəticə isə 2022-ci illə müqayisədə 63 bal artaraq 460 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramı

08.09.2026 211
.

"Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil" - İqtisadçı Akif Nəsirli ilə MÜSAHİBƏ

"Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil. Yəni yenədə gediş haqqı Azərbaycan höküməti tərəfindən nəzarətdədir və bunu Tarif Şurası müəyyən edəcək". Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BİG.AZ-a müsahibəsind

08.09.2026 213
.

Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb

Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini

08.09.2026 170
.

Peskov açıqladı: Putin-Paşinyan görüşündə mühüm məqamlar müəyyən edildi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüş məzmunlu və əhəmiyyətli olub. xəbər verir ki, bu barədə RİA Novosti Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb. Rusiya liderinin mətbuat katibi görüşün əhəmiyyətini vurğulayara

08.09.2026 193
.

İranda "Bəsic" komandiri öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Bəsic" hərbiləşdirilmiş qüvvələrinin komandirlərindən biri Əbdürrauf Esaqi öldürülüb. İran KİV-nə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərq bölgəsində baş verib. İran hakimiyyəti hadisəni terror hücumu kimi təsvir edib. Medianın məlumatın

08.09.2026 206
.