Aşırı borclanmamaq üçün kredit kartlarından necə istifadə edək? - ARAŞDIRMA

Aşırı borclanmamaq üçün kredit kartlarından necə istifadə edək? - ARAŞDIRMAAzərbaycanda kredit kartlarından istifadə ilə bağlı rekord artım qeydə alınıb. Mütəxəssislərin fikrincə, bu məsələ gələcəkdə böyük risklərə səbəb ola bilər. Bu səbəbdən, vətəndaşlar həmin vəsaitdən ehtiyatlı istifadə etməlidirlər.

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi yeddi milyard 890 milyon manat təşkil edib. Bu göstəricinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40.7 faiz və ya 2 milyard 282 milyon manat artıb. Ölkəmizdə kredit kartlarının sayının, həmçinin onlar vasitəsilə xərcləmələrin həcminin sürətlə artması hansısa risklər yaradırmı? Qonşu ölkələrdə vaxtilə yaşanan problemlərin bizdə də təkrarlanması təhlükəsi varmı?

BiG.AZ "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Daha çox borclanmalar kredit kartları üzrədir"

Maliyyə və bank məsələləri üzrə ekspert Elman Sadıqovun sözlərinə görə, insanları kredit kartlarına yönəldən səbəblər var: "Artımın səbəblərindən biri bonus və hissəli ödəniş imkanlarının genişlənməsi, həmçinin populyarlaşmasıdır. Hissəli ödədikdə məbləğ insanların gözünə böyük görünmür, hansı ki, bu da əməliyyatları artıran səbəblərdəndir. POS-terminallar da artır, kartdan-karta ödənişlərlə bağlı görülən işlər də təsir edir. Həmçinin ölkəmizdə də onlayn satış platformaları yaradılır və sayları artır. Kommunal xidmətlərin də artıq asanlıqla kart vasitəsilə onlayn şəkildə ödənilə bilməsi mümkündür. Bu da kredit kartlarının daha çox istifadə olunmasına şərait yaradır. Dünya üzrə daha çox borclanmalar kredit kartları üzrədir". Ekspertin fikrincə, kredit kartlarından istifadədə maksimum ehtiyatlı olmaq lazımdır: "Çünki vətəndaşlar kartla pul xərclədikləri zaman bunun fərqində olmurlar. Sonradan krediti ödəmək zamanı çətinlik çəkirlər. Bir neçə kredit kartından eyni anda xərcləmə edən insanlar da var".

Kartdan ağıllı istifadə edin

E.Sadıqovun fikrincə, bu amil makroiqtisadi cəhətdən riskli olmasa da, mikroiqtisadiyyatda müəyyən risklər daşıyır: "Əhalinin nominal gəlirləri ilə bu məbləği müqayisə etdikdə görürük ki, elə də böyük rəqəm deyil. Ümumdaxili məhsul fonunda da rəqəmlər qorxu doğurmur. Ümumi iqtisadiyyatı, borclanmanı nəzərə aldıqda, elə də risk olmadığını düşünə bilirik. Lakin bu, məsələyə böyük aspektdən baxdıqda əldə etdiyimiz nəticədir. Vətəndaş mövqeyindən baxdıqda isə məsələ dəyişir. Bu borc əhalinin müəyyən bir qrupunda toplandığı üçün təhlükəlidir. 40 faizlik artım müəyyən riskləri doğurur. Mikroiqtisadi baxımdan təhlil etdikdə borclanan əhalinin bir təbəqəsidir. Onların borc yükü ilə gəlirləri arasında hansı mütənasiblik var? Çünki adətən yüksək gəlirli insanlar kredit kartları ilə bağlı məsələyə daha ağıllı yanaşırlar. Onların borc yükləri əməkhaqlarının üç mislindən çox olmur".

Bəzi insanlar kreditə həddən artıq meyillənirlər

Ekspert bildirib ki, borclar yığıldıqca problemli kreditlərə çevrilir: "Amma bəzi insanlar kreditə həddən artıq meyillənirlər. Bir çoxlarının borc yükləri əməkhaqlarının hətta on mislinə bərabər olur. Buraya istehlak kreditləri, bank olmayan kredit təşkilatlarından alınan borclar, müxtəlif mağazalardan götürülən daxili kreditlər, həmçinin kredit kartları daxildir. Böhran baş verərsə, əhalinin böyük kütləsi ciddi problemlə üzləşəcək və borclarını ödəyə bilməyəcək. Sonra problemli kreditlər yaranır. İnsanlar ömürlərinin çox hissəsini bu yüklərdən qurtulmaq üçün xərcləyirlər. Bəzi hallarda hətta bu borclara görə dəyərli daşınmaz əmlaklarını itirirlər. Bu, həm banklar, həm də iqtisadiyyatımız üçün problem yaradar, sosial gərginliyi artırar".

Bu vəsait iqtisadiyyata yönəlmir

Mütəxəssis Türkiyədə bu məsələ ilə bağlı yaranmış problemə də toxunub: "Qonşu ölkələrdə baş verənləri nəzərə alsaq, görərik ki, istehlak kreditləri türk məhsullarının istehsalını dəstəkləyib. Bəlkə də kredit kartları olmasaydı, oradakı istehsal bu qədər inkişaf etməzdi. İstehsal artdıqca, ixrac da artıb. Yəni kredit kartları vasitəsilə iqtisadiyyata böyük töhfə verildi. Məhz bu nəzərə alındığı üçün kredit kartlarına görə yığılıb qalan borclar sonradan dövlət tərəfindən əfv edildi. İnflyasiya səbəbindən daha rahatlıqla ödənildi".

E.Sadıqovun sözlərinə görə, bizdə kreditlər Türkiyədən fərqli olaraq iqtisadiyyatımıza ciddi zərər vura bilər: "Bizim kimi ölkələr üçün Türkiyə təcrübəsi keçərli deyil. Çünki kredit kartları və istehlak kreditləri istehsala, iqtisadiyyatımıza o qədər də töhfə vermir. Əksinə, yaranan borc, risk ölkəmiz üçün əlavə yükdür. Bu vəsaitlər həyati vacib məhsullara deyil, lüksə, şəxsi məsələlərə sərf edilirsə, ölkəyə kapital gəlmir. Nəzərə almalıyıq ki, bu kreditlərin əksəriyyəti xaricdən məhsul idxal edilməsinə yönəlir".

Lüzumsuz xərclərə yol verməyin

Müsahibimiz risklərlə bağlı məsləhətlərini də verib: "Bankın əsas vəzifəsi kredit verməkdir. Onlar kredit kartları ilə bunu daha da artırırlar. Burada əsas məsələ kreditlərin düzgün şəkildə verilməsidir. Banklar kredit verərkən tək öz portfellərini nəzərə almamalıdırlar. Makroiqtisadi göstəricilər, müştərinin riskləri diqqətdə saxlanılmalıdır. Kredit portfelinin yaxşı olması bir çox hallarda bankları arxayınlaşdırır. Daha çox qazanmağı düşünürlər, amma iqtisadi vəziyyətin hər an dəyişə biləcəyini nəzərə almırlar. Əhalinin hansı hissəsinin borcla yüklənməsi də nəzərə alınmalıdır. Kredit kartı borcu olanların digər borclarına da baxılmalıdır. Kredit kartından istifadə edənlərin neçə faizinin nə qədər borcunun olması, borcödəmə qabiliyyəti, aylıq gəlirləri, problemli müştəri olma ehtimalı və sair təhlil edilib nəzərə alınmalıdır. Əhaliyə də tövsiyə edərdim ki, kredit kartlarından səmərəli istifadə etsinlər. Lüzumsuz xərclərə yol verməsinlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 644   Tarix: 09 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub

Bu gün yazıçı-publisist Aydın Tağıyevin "Qələbənin Memarı: cənab Ali Baş Komandan - 100 illik imza! Bənzərsiz tarix" adlı kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydə

11.07.2026 217
.

Gürcüstanda qohumunu öldürməkdə təqsirli bilinən azərbaycanlı saxlanılıb

Tbilisidə Azərbaycan vətəndaşının qəsdən öldürülməsində şübhəli bilinən şəxs Gürcüstanın Batumi Beynəlxalq Hava Limanında saxlanlıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, əməliyyat Tbilisi Polis Departament

10:30 152
.

Məktəbli formalarının qiyməti bahalaşacaq? - Açıqlama

Yeni tədris ilinin başlamasına hələ iki aydan artıq vaxt qalsa da, valideynləri düşündürən əsas məsələlərdən biri məktəbli formalarının qiymətləridir. Bu il məktəbli formaların qiyməti bahalaşacaq? . xəbər verir ki, məsələ ilə bağlı satıcı Günel Salmanovanın sözlərinə görə, hazırda qiymətlər ötən ill

00:13 238
.

Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi

Mingəçevir su anbarında daha bir bədbəxt hadisə baş verib. -ın məlumatına görə, 24 yaşlı Rəşad Çərkəzli Mingəçevir su anbarında yerləşən çimərlikdə boğularaq ölüb. Xatırladaq ki, üç gün əvvəl də Mingəçevir su anbarında bədbəxt hadisə baş vermişdi. Goranboy rayon sakini, 24 yaşlı Şəhriyar Mustafayev s

11.07.2026 233
.

Burkina-Faso rəsmisi: "BTQ ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik"

"Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Fasonun Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında imzalanan memorandum iki qurum arasında uzunmüddətli əməkdaşlığın başlanğıcı olacaq". xəbər verir ki, bunu Burkina-Fasonun Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunu

11.07.2026 193
.

ABŞ-nin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb

İyulun 8-i və 9-da ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 17 nəfər həyatını itirib, daha 115 nəfər isə xəsarət alıb. xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb. "İyulu

11:15 156
.

Parisdə daha bir turistik məkan kəskin istilərə görə iş rejimini dəyişdi

Fransanın paytaxtı Parisdə anomal istilər səbəbindən Eyfel qülləsinin həftəsonu iş saatları əhəmiyyətli dərəcədə azaldılacaq. xəbər verir ki, bu barədə abidənin mətbuat xidməti məlumat yayıb. "Proqnozlaşdırılan yüksək temperaturla əlaqədar Eyfel qülləsi iş rejimini dəyişir. İyulun 11-i şənbə v

12:20 153
.

Hörmüz boğazından gəmilərin keçidi minimuma enib

ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb. "Report" xəbər verir ki, bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan "Windward" şirkətinə istinadən "İnterfaks" məlumat yayıb. Məlumata görə, cəmi bi

11:30 158
.

Zelenski: Rusiyanın hücumları nəticəsində Kiyevdə 11 nəfər xəsarət alıb

Kiyevdə Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında hücumları zamanı 11 nəfər, o cümlədən bir uşaq xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Mülki infrastruktur hava həyəcanı ela

11.07.2026 196
.

TOP MP3