Piyadaların həyatını heçə sayan ölkə - Oralar necədir?
"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, bu dəfə Bakıdan 3 442 kilometr uzaqda, Aralıq dənizi sahilində yerləşən Tunis Respublikasının paytaxtı Tunisdən bəhs olunub.
Tarixi eramızdan əvvəl 814-cü ilə təsadüf edən, qədim finikiyalıların şəhəri sayılan və hazırda da qalıqları qorunan Karfagen bu müasir şəhərin yaxınlığında yerləşir.
Tunisli uşaqlar 6 yaşından məktəbə gedirlər. Dövlət məktəbləri pulsuz təhsil verir. Özəl məktəblərdə isə təhsil daha keyfiyyətlidir və hər sinifdə orta hesabla 20 şagird olur. Təhsil haqqı aya 70-350 dollar arasında dəyişir. Bu bizim pulla 119-595 manat edir.
Bu şəhərdə avtomobil idarə etmək üçün insanın əsəbləri poladdan olmalıdır. Yollarda nə piyada keçidi var, nə də piyada zolağı. Maşın yolundan keçmək üçün avtomobillərə əl ilə işarə edərək onları dayandırmaq lazım gəlir.
Tunisdə başı hicab ilə örtmək və ya avropalı kimi görünmək hər qadının öz arzusuna bağlıdır. Maraqlı məqamlardan biri isə odur ki, bəzən qadınlar ailə qurduqdan sonra ərlərinin istəyi ilə başlarını bağlayırlar. Bu kişini digər insanların yanında daha çox hörmətli edir. Amma bəzi qadınlar da ərləri bunu onlardan istəsə belə, həyat yoldaşlarına boyun əymirlər.
Tunisli qadınlar ərləri tərəfindən ailə münaqişəsi zamanı döyülsələr belə, polisə şikayət etmirlər. Cəmiyyətdə qatı dindar və müasir ailələrə rast gəlmək mümkündür. Hər iki tərəf öz ailə formatını daha doğru hesab edir.
Bu şəhərdə niqablı qadınlar dövlət müəssisələrində, ofislərdə çalışa bilməzlər. Bunun səbəbi isə terrorçuların çox vaxt niqabdan istifadə etmələridir.
Tunisdə müasir qadınlar da çoxdur. Onlar üzlərini gizlətmir, işləyir və həyatlarını istədikləri kimi yaşayırlar. Həyat yoldaşından boşanan qadınlar da ikinci dəfə ailə qura bilirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 611 Tarix: 09 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
Bu gün yazıçı-publisist Aydın Tağıyevin "Qələbənin Memarı: cənab Ali Baş Komandan - 100 illik imza! Bənzərsiz tarix" adlı kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydə
11.07.2026 217 Gürcüstanda qohumunu öldürməkdə təqsirli bilinən azərbaycanlı saxlanılıb
Tbilisidə Azərbaycan vətəndaşının qəsdən öldürülməsində şübhəli bilinən şəxs Gürcüstanın Batumi Beynəlxalq Hava Limanında saxlanlıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, əməliyyat Tbilisi Polis Departament
10:30 152 Məktəbli formalarının qiyməti bahalaşacaq? - Açıqlama
Yeni tədris ilinin başlamasına hələ iki aydan artıq vaxt qalsa da, valideynləri düşündürən əsas məsələlərdən biri məktəbli formalarının qiymətləridir. Bu il məktəbli formaların qiyməti bahalaşacaq? . xəbər verir ki, məsələ ilə bağlı satıcı Günel Salmanovanın sözlərinə görə, hazırda qiymətlər ötən ill
00:13 238 Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
Mingəçevir su anbarında daha bir bədbəxt hadisə baş verib. -ın məlumatına görə, 24 yaşlı Rəşad Çərkəzli Mingəçevir su anbarında yerləşən çimərlikdə boğularaq ölüb. Xatırladaq ki, üç gün əvvəl də Mingəçevir su anbarında bədbəxt hadisə baş vermişdi. Goranboy rayon sakini, 24 yaşlı Şəhriyar Mustafayev s
11.07.2026 233 Burkina-Faso rəsmisi: "BTQ ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik"
"Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Fasonun Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında imzalanan memorandum iki qurum arasında uzunmüddətli əməkdaşlığın başlanğıcı olacaq". xəbər verir ki, bunu Burkina-Fasonun Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunu
11.07.2026 193 ABŞ-nin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb
İyulun 8-i və 9-da ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 17 nəfər həyatını itirib, daha 115 nəfər isə xəsarət alıb. xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb. "İyulu
11:15 156 Parisdə daha bir turistik məkan kəskin istilərə görə iş rejimini dəyişdi
Fransanın paytaxtı Parisdə anomal istilər səbəbindən Eyfel qülləsinin həftəsonu iş saatları əhəmiyyətli dərəcədə azaldılacaq. xəbər verir ki, bu barədə abidənin mətbuat xidməti məlumat yayıb. "Proqnozlaşdırılan yüksək temperaturla əlaqədar Eyfel qülləsi iş rejimini dəyişir. İyulun 11-i şənbə v
12:20 153 Hörmüz boğazından gəmilərin keçidi minimuma enib
ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb. "Report" xəbər verir ki, bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan "Windward" şirkətinə istinadən "İnterfaks" məlumat yayıb. Məlumata görə, cəmi bi
11:30 158 Zelenski: Rusiyanın hücumları nəticəsində Kiyevdə 11 nəfər xəsarət alıb
Kiyevdə Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında hücumları zamanı 11 nəfər, o cümlədən bir uşaq xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Mülki infrastruktur hava həyəcanı ela
11.07.2026 196