"Azərbaycan və Suriyanı çoxəsrlik tarixi,siyasi,iqtisadi,etnomədəni əlaqələr birləşdirir" - Politoloq

"Azərbaycan və Suriyanı çoxəsrlik tarixi,siyasi,iqtisadi,etnomədəni əlaqələr birləşdirir" - PolitoloqMilli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Suriyada bərpa və quruculuq işində yaxından iştirak etməlidir.Suriya bizim üçün mənəvi Vətəndir. Azərbaycanın prioritetlərindən biri Şərqdə xarici siyasəti ilə bağlı yeni ideyaların müəyyənləşməsi idi. Azərbaycan Prezidenti qeyd etdi ki, biz qardaş Türkiyə ilə birlikdə Suriyanın bərpası məsələsində yaxından iştirak etməliyik".

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Azərbaycan Suriya ilə münasibətlərin perspektiv inkişaf istiqamətlərinə təkcə Türkiyənin burada olan maraqları konteksindən yanaşmamalıdır.Türkiyə qardaş və dost ölkədir,bununla belə unutmamalıyıq ki,bəlli işgüzar dairələrin sifarişləri və maraqları konteksində rəsmi Ankara Qarabağ probleminin tam mənada həllini tapmadığı bir şəraitdə Ermənistanla sərhədlərin açılması istiqamətində müzakirələr aparırdı. Hamı 2016-cı ildə Surix protokolları ilə bağlı əhvalatı yaxşı xatırlayır.O zaman rəsmi Bakının xəbərdarlığı Ankaranı son anda bəlli addımları atmaqdan daşındırdı. Xatırlatmaq yerinə düşər ki,hazırda Qərbdən olan ismarıclar Ankaranı Ermənistanla sərhədlərin açılması ətrafında müzakirələrə sövq edir:

"Beynəlxalq və regional güclərin son on illikdə Suriya və onun ətrafında yaşanan hadisələrə münasibəti konteksində Dəməşqlə münasibətlərin perspektiv inkişaf istiqamətləri və imkanları rəsmi Bakı üçün də həm bu ölkə ilə ikitərəfli münasibətlərin bundan sonrakı durumu,həm də regional təhlükəsizlik problemlərinin prizmasında böyük əhəmiyyət kəsb edir. Azərbaycan və Suriyanı çoxəsrlik tarixi,siyasi,iqtisadi,etnomədəni əlaqələr birləşdirir. Azərbaycanın böyük mütəffəkiri və şairi İmaddəddin Nəsimi Suriyada böyük hörmət və sayqı ilə xatırlanır,onun fəlsəfi,ədəbi irsi Azərbaycanla yanaşı Suriya və digər ərəb,şərq ölkələrinin fəlsəfi,ədəbi cərəyanlarının inkişafına ciddi təsir göstərmişdir. Nəsiminin dəfn olunduğu yer Suriyada,Hələbdədir.Bununla belə Azərbaycan Suriya ilə münasibətlərin perspektiv inkişaf istiqamətlərinə təkcə Türkiyənin burada olan maraqları konteksindən yanaşmamalıdır.Türkiyə qardaş və dost ölkədir,bununla belə unutmamalıyıq ki,bəlli işgüzar dairələrin sifarişləri və maraqları konteksində rəsmi Ankara Qarabağ probleminin tam mənada həllini tapmadığı bir şəraitdə Ermənistanla sərhədlərin açılması istiqamətində müzakirələr aparırdı. Hamı 2016-cı ildə Surix protokolları ilə bağlı əhvalatı yaxşı xatırlayır.O zaman rəsmi Bakının xəbərdarlığı Ankaranı son anda bəlli addımları atmaqdan daşındırdı. Xatırlatmaq yerinə düşər ki,hazırda Qərbdən olan ismarıclar Ankaranı Ermənistanla sərhədlərin açılması ətrafında müzakirələrə sövq edir.
Bu gün qardaş Türkiyənin Suriya ilə olan qayğı və narahatlıqları anlaşılandır. Bu ölkənin ərazisindən PKK terror birləşmələrinin uzun müddət Türkiyənin təhlükəsizliyini təhdid etməsi məlumdur. Odur ki,Türkiyə özünün milli təhlükəsizliyi ilə bağlı amillərdən çıxış edərək Dəməşqdə hakimiyyətə bəlli beynəlxalq və regional güclərin dəstəyi ilə yiyələnən Culaninin keçid hökuməti ilə dil tapmağa çalışır. Bu hakimiyyət legetim və qanuni deyil. O, Suriya xalqının azad iradəsi və demokratik seçiminə uyğun olaraq formalaşmayıb,Culani isə qarşıdakı 5 ildə bu ölkədə seçkilərin keçirilməyəcəyini bəyan edib.
Qərb bu qeyri-legetim iqtidarı Rusiya hərbi bazalarlnın ölkədən çıxarılacağı təqdirdə tanıtacağını və Suriyaya tətbiq edilən sanksiyaların ləğv ediləcəyini bəyan edib ,bu isə Qərbin demokratiya niqabı altında ərəb Şərqində neomüstəmləkəçi maraqlarının həyata keçirilməsində maraqlı olmasının növbəti təcəssümüdür.Rusiya isə artıq hərbi bazalarının bu ölkənin ərazisində saxlanılması ilə bağlı məsələlərdə Dəməşqin keçid hökuməti ilə razılığa gəlib.
Azərbaycan prezidenti Azərbaycanın Suriyada quruculuq və bərpa işlərində ən fəal şəkildə iştirak edəcək ifadəsi isə Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğunda Suriya xalqının daim yanında olacağı ilə bağlı məsələləri özündə ehtiva edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 745   Tarix: 03 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Peskov açıqladı: Putin-Paşinyan görüşündə mühüm məqamlar müəyyən edildi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüş məzmunlu və əhəmiyyətli olub. xəbər verir ki, bu barədə RİA Novosti Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb. Rusiya liderinin mətbuat katibi görüşün əhəmiyyətini vurğulayara

08.09.2026 183
.

İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutula

08.09.2026 245
.

Günəş qəfil yoxa çıxsaydı, Yer bunu dərhal bilməzdi - Səbəbi budur

Mümkünsüz bir hadisəni - Günəşin qəfil yoxa çıxmasını təsəvvür etsək, Yer bunu dərhal hiss etməzdi. Günəşin son işığı daha 8 dəqiqə 19 saniyə ərzində bizə çatmağa davam edərdi. Orta hesabla işığın Günəşlə Yer arasındakı məsafəni qət etməsi üçün məhz bu qədər vaxt tələb olunur. Qaynarinfo "Spac

08.09.2026 124
.

Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb

Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini

08.09.2026 158
.

"Azərbaycanda kitabdan pul qazanmaq mümkün deyil"

Əməkdar artist Bəhram Bağırzadə maddi vəziyyəti, kitablarından əldə etdiyi gəlir və ailəsi qarşısındakı məsuliyyətindən danışıb. Axşam.az xəbər verir ki, aktyor "Первый чек" yutub layihəsində qonaq olarkən maddi çətinlik çəkmədiyini və işləməyi sevdiyini bildirib:. "Maddi çətinliklər çəkməmişəm

08.09.2026 196
.

Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı - Video

Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb olunub. Axşam.az xəbər verir ki, həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb edilib:. "Bakıda hərəkətin intensi

08.09.2026 331
.

Harri və Meqan Kralın məktubundan təəccübləniblər: cütlük "işləməyən kral ailəsi üzvü" kimi qalır

Sussex hersoqu Harri və hersoginya Meqan Kral II Çarlzın onların kral ailəsinin işləməyən üzvləri statusunu təsdiqləyən məktubundan əvvəlcədən kifayət qədər məlumatlandırılmadıqları üçün təəccübləniblər. xəbər verir ki, "Guardian"ın məlumatına görə, Bukingem Sarayının yüksək vəzifəli nümayəndəsi

08.09.2026 156
.

Sabah hava necə olacaq?

Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ

08.09.2026 202
.

İran-ABŞ müharibəsində SON VƏZİYYƏT: Döyüşlər şiddətləndi, neft bahalaşdı

İranla ABŞ arasında altı aydan çoxdur davam edən hərbi qarşıdurma sentyabrın əvvəlində yenidən kəskin mərhələyə daxil olub. Bir aylıq nisbi sakitlikdən sonra tərəflər hava, raket və dəniz hücumlarını bərpa ediblər. Hazırda əsas gərginlik nöqtəsi Hörmüz boğazıdır. İran bu ərazidə yeni "qapalı zona"

08.09.2026 175
.