Bu rayonlarda polis postları quruldu

Bu rayonlarda polis postları qurulduAzərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində "Sərhəd-Sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, əməliyyatlar Azərbaycan və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.

Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.

Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.

Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 439   Tarix: 03 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şahzadə 3 yaşlı qıza görə kral protokolunu pozdu

Şahzadə Keyt Middlton Uelsdə 3 yaşlı qızla vaxt keçirmək üçün kral protokolunu pozub. xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Uelsdə trikotaj fabrikini gəzdikdən sonra Middlton evə getməyə hazırlaşaraq yenidən maşına minib, lakin bir anda kortejini saxlayıb və ona banan uzadan bi

02.02.2025 542
.

Səmrayla Qumral arasında qalmaqal

"Miss Azerbaijan – 2019" Səmra Hüseynova müğənni Qumral Musayevanın "El canlı" verilişində söylədiyi "Səmranın yerində olsaydım, onun kimi cəsarətli şəkillər heç zaman çəkdirməzdim. O cür soyunmaq Azərbaycan qadınına yaraşmır" sözlərinə sərt şəkildə cavab verib. OLAY yazı

12:12 500
.

Afra ilə Mert yenidən ayrılıb?

Aktrisa Afra Saraçoğlu və aktyor Mert Ramazan Demirin yenidən ayrıldığı iddia edilib. Axşam.az xəbər verir ki, buna səbəb Afra ilə Mertin sosial mediada bir-birilərini izləmədən çıxarmaları olub. Qeyd edək ki, cütlük "Yalı çapkını" serialında baş rolları canlandırır. Onlar daha əvvəl bir neç

12:39 235
.

Pentaqon Somalidə ilk dəfə İŞİD-ə qarşı qırıcılardan istifadə edib

ABŞ qırıcı təyyarələrdən istifadə edərək Somalidəki İŞİD hədəflərinə hava zərbələri endirib. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən ABC News məlumat yayıb. Zərbələr Qırmızı dənizdə olan "USS Harry S. Truman" təyyarədaşıyan gəmisindən istifadə edilməklə həyata keçirilib

02.02.2025 234
.

Hava çirkliliyi səbəbilə məktəblərdə tətil elan olundu

İranın paytaxtı Tehranda yüksək hava çirkliliyi səbəbindən məktəblər bağlanıb. xəbər verir ki, Tehran valiliyinin verdiyi açıqlamaya görə, yüksək hava çirkliliyinin davam etməsi səbəbilə Dəmavənd və Firuzkuh bölgələri, həmçinin universitetlər istisna olmaqla, bütün təhsil müəssisələrində tətil elan edilib

02.02.2025 443
.

Nazirlər Kabinetinin üç Qərarı ləğv edilib

Nazirlər Kabinetinin üç Qərarı ləğv edilib. xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə müvafiq Qərar imzalayıb. Qərara əsasən, "Elektrik və istilik qurğularının texniki istismar Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekab

11:52 372
.

Los-Anceles yanğınını söndürənlər işdən azad olunurlar

ABŞ səlahiyyətliləri Los-Ancelesi bürüyən meşə yanğınları ilə mübarizə aparan yanğınsöndürənlərə könüllü istefa bildirişləri göndəriblər. xəbər verir ki, bu barədə "The Washington Post" yazır. Məlumatda qeyd edilir ki, təzminat ödənilməklə könüllü istefa təklifi işçiləri kütləvi ixtisarın yaratdığ

02.02.2025 579
.

Hava ilə bağlı - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti fevralın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qusar, Xaçmaz

16:01 145
.

KİV: Təbii ehtiyatlar uğrunda mübarizə Konqoda eskalasiyanın əsasını təşkil edir

Konqo Demokratik Respublikasının (DRC) şərqində eskalasiya ölkənin 24 trilyon dollar dəyərində qiymətləndirilən nəhəng təbii sərvəti uğrunda mübarizəni əks etdirir. "Report" xəbər verir ki, bu barədə "African Stream" portalı məlumat yayıb. Nəşr qeyd edib ki, ölkədə qanunsuz mədənçili

02.02.2025 208
.

TOP MP3