Fidan: Qəzzada atəşkəs daimi olmalıdır
Qəzza zolağında atəşkəs daimi olmalı və humanitar yardımlar fasiləsiz bölgəyə çatdırılmalıdır.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
"Bizim prioritetimiz Qəzzada daimi atəşkəs və bölgəyə humanitar yardımların fasiləsiz çatdırılmasını təmin etməkdir. Bu istiqamətdə atılması lazım olan addımlarla çətinliklərin yarandığını görürük. İsrail dağıdıcı mövqeyindən əl çəkməlidir. Ankara Qəzzaya humanitar yardımın çatdırılması üçün Misir də daxil olmaqla region ölkələri ilə koordinasiyalı hərəkət edir", - o söyləyib.
Fidan həmçinin bildirib ki, Türkiyə Fələstin xalqının öz torpaqlarından qovulmasının qəti əleyhinədir.
Türkiyənin xarici işlər naziri, həmçinin Fələstin probleminin iki dövlət prinsipi əsasında həll olunacağına ümid etdiyini bildirib.
"Əks halda münaqişələrin yenidən alovlanması regionda qeyri-sabitliyə gətirib çıxaracaq", - Fidan qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 105 Tarix: 02 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
ABŞ-nin yeni tarifləri Pekinin kəskin narazılığına səbəb olub
ABŞ-nin idxal olunan Çin mallarına tətbiq etdiyi yeni tariflər rəsmi Pekinin kəskin narazılığına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatında deyilir. "Çin bundan kəskin narazılığını bildirir və qəti şəkildə buna qarşıdır "
02.02.2025 152 Konqoda 770-dən çox insan həlak olub
Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Şimali Kivu əyalətinin paytaxtı Qomada 23 Mart Hərəkatı (M23) qruplaşması üsyançılarının yanvarın 26-da şəhərə daxil olmasından bu yana ölənlərin sayı 773-ə çatıb. -ın xəbərinə görə, bu barədə "Reuters" KDR Səhiyyə Nazirliyinə istinadən məluma
02.02.2025 100 Kanada və ABŞ arasında ticarət müharibəsi qızışır
Kanada hökuməti ümumilikdə 155 milyard Kanada dolları (106.5 milyard ABŞ dolları) dəyərində ABŞ mallarına 25 faizlik cavab rüsumları tətbiq edəcək. -ın xəbərinə görə, bu barədə ölkənin Baş naziri Castin Trüdo bildirib. "Mən ABŞ-nin atdığı ticarət addımlarına Kanadanın 155 milyard dollar dəyərind
02.02.2025 145 Şok hadisə: körpənin meyiti soyuducuda tapıldı
Uşaq 1 yaş 3 aylıq idi. Odessanın Peresip rayonunda polis soyuducuda bir yaşlı uşağın cəsədi tapıb. xarici mediaya istinadla bildiritr ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb. "Polislərin müəyyən ediyi kimi, oğlan və ondan bir yaş böyük olan bacısı 18 yaşlı anası və dəfələrl
02.02.2025 295 19 il əvvəlki qətlin üstü açıldı: öldürüb meşədə basdırıblar
Türkiyədə 19 il əvvəl baş verən dəhşətli qətlin üstü açılıb. yerli mediaya istinadla bildirir ki, Muğla rayon polisi 2006-cı ildə Fəthiyə qəsəbəsində itkin düşən Yasəmən Dərməncinin araşdırmasına yenidən başlayıb. Araşdırmalar zamanı o vaxt 17 yaşında olan Dərməncinin silahla öldürülərək basdırıldığ
02.02.2025 367 Hava çirkliliyi səbəbilə məktəblərdə tətil elan olundu
İranın paytaxtı Tehranda yüksək hava çirkliliyi səbəbindən məktəblər bağlanıb. xəbər verir ki, Tehran valiliyinin verdiyi açıqlamaya görə, yüksək hava çirkliliyinin davam etməsi səbəbilə Dəmavənd və Firuzkuh bölgələri, həmçinin universitetlər istisna olmaqla, bütün təhsil müəssisələrində tətil elan edilib
02.02.2025 175 KİV: Təbii ehtiyatlar uğrunda mübarizə Konqoda eskalasiyanın əsasını təşkil edir
Konqo Demokratik Respublikasının (DRC) şərqində eskalasiya ölkənin 24 trilyon dollar dəyərində qiymətləndirilən nəhəng təbii sərvəti uğrunda mübarizəni əks etdirir. "Report" xəbər verir ki, bu barədə "African Stream" portalı məlumat yayıb. Nəşr qeyd edib ki, ölkədə qanunsuz mədənçili
02.02.2025 130 Bakıya qar yağacaq - Tarix AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında havanın temperaturu fevralın 8-i gecədən kəskin soyuyacaq. BİG.AZ - ə istinadən xəbər verir ki, fevralın 8-i gecə havanın temperaturu 0 dərəcə təşkil edəcək. Fevralın 9-u və 10-u Bakıda sulu qar yağacağı gözlənilir. Fevralın 9-u gündüz Bakıda temperaturu +3 dərəcə təşki
02.02.2025 5592 NATO-nun baş katibi Avropanı müharibəyə hazırlaşmağa çağırdı
NATO-nun baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb. xəbər verir ki, o, bu barədə "Bild" qəzetinə müsahibəsində bildirib. Rutte Berlini hərbi sənaye və müdafiə sahələrində "daha çox xərcləməyə və daha çox istehsal etməyə"
02.02.2025 100