Qəbələdə hovuzda boğularaq ölən yeniyetmənin ölümü haqqda DƏHŞƏTLİ DETALLAR - HADİSƏ YERİNDƏN FOTOLAR

Qəbələdə hovuzda boğularaq ölən yeniyetmənin ölümü haqqda DƏHŞƏTLİ DETALLAR - HADİSƏ YERİNDƏN FOTOLARQeyd etdiyimiz kimi, Qəbələ rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Belə ki, fevralın 1-i saat 22 radələrində Ağcabədi rayon sakini 2010-cu il təvəllüdlü Hüseyn Azər oğlu Hüseynovun cansız bədəni, Qəbələnin Vəndam kəndində yerləşən A-Frame istirahət evinin hovuzunda tapılıb.

Yaxınları Azmedia.Az-a açıqlamasında qeyd edib ki, Ağcabədidə güləş idman növü ilə məşğul olan Hüseyn, müəllimi Nəsir Nəsirov və digər 5 yeniyetmə idmançı ilə Qəbələyə yoldaşlıq görüşünə gedib. Yarış təxirə salındığı üçün, gecəni Qəbələdə qalmalı olan komanda, orada isti hovuzlu ev kirayə tutaraq, istirahət etmək qərarına gəlib.

Məşqçi Nəsir Nəsirovun hadisə barəsində ilkin ifadəsinə görə, hovuzda çimib çıxdıqdan sonra, hər kəs evin içərisində olarkən, Hüseynin orada olmadığını görüb, axtarmağa başlayıblar. Sonradan uşağın cansız şəkildə hovuzda olduğunu görüblər.

Hüseynin dostlarından əldə edilən məlumata əsasən isə daha fərqli və hadisəni başqa səmtlərə aparan məlumatlar əldə olunub. Belə ki, hadisə şahidlərindən biri qeyd edib ki, Hüseynin meyiti hovuzdan tapıldıqdan sonra, A-frame kirayə evinin icarədarı oraya gəlib, orada olan təhlükəsizlik kamerasını sındırıb. Digər şahidin dediklərinə əsasən isə, Hüseynin meyiti hovuzda aşkar edilən zaman, hovuzun üzəri şəffaf salafan ilə örtülü olub.

Hadisə barəsində oradakı hər kəsin ifadəsi alınıb, hazırda prokurorluq araşdırma aparır və ailə ekspertizanın rəyini gözləyir. Lakin, ailə bildirir ki, müəllimin və şahidlərin ifadələri bir-birinə uyğun gəlmir, hətta ailə düşünür ki, burada sadəcə suda boğulma yox, qətl hadisəsi də ola bilər. Buna səbəb isə həm fərqli ifadələr, həm də kameraların bilərəkdən sıradan çıxarılmasıdır. Çarəsiz valideynlər bu işin şəffaf şəkildə araşdırılmasını, günahı olan hər kəsin cəzasını almasını tələb edir.

Qeyd edək ki, faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Qəbələdə hovuzda boğularaq ölən yeniyetmənin ölümü haqqda DƏHŞƏTLİ DETALLAR - HADİSƏ YERİNDƏN FOTOLARQəbələdə hovuzda boğularaq ölən yeniyetmənin ölümü haqqda DƏHŞƏTLİ DETALLAR - HADİSƏ YERİNDƏN FOTOLARQəbələdə hovuzda boğularaq ölən yeniyetmənin ölümü haqqda DƏHŞƏTLİ DETALLAR - HADİSƏ YERİNDƏN FOTOLARQəbələdə hovuzda boğularaq ölən yeniyetmənin ölümü haqqda DƏHŞƏTLİ DETALLAR - HADİSƏ YERİNDƏN FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1585   Tarix: 03 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Peskov açıqladı: Putin-Paşinyan görüşündə mühüm məqamlar müəyyən edildi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüş məzmunlu və əhəmiyyətli olub. xəbər verir ki, bu barədə RİA Novosti Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb. Rusiya liderinin mətbuat katibi görüşün əhəmiyyətini vurğulayara

08.09.2026 183
.

İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutula

08.09.2026 245
.

Günəş qəfil yoxa çıxsaydı, Yer bunu dərhal bilməzdi - Səbəbi budur

Mümkünsüz bir hadisəni - Günəşin qəfil yoxa çıxmasını təsəvvür etsək, Yer bunu dərhal hiss etməzdi. Günəşin son işığı daha 8 dəqiqə 19 saniyə ərzində bizə çatmağa davam edərdi. Orta hesabla işığın Günəşlə Yer arasındakı məsafəni qət etməsi üçün məhz bu qədər vaxt tələb olunur. Qaynarinfo "Spac

08.09.2026 124
.

Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb

Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini

08.09.2026 158
.

"Azərbaycanda kitabdan pul qazanmaq mümkün deyil"

Əməkdar artist Bəhram Bağırzadə maddi vəziyyəti, kitablarından əldə etdiyi gəlir və ailəsi qarşısındakı məsuliyyətindən danışıb. Axşam.az xəbər verir ki, aktyor "Первый чек" yutub layihəsində qonaq olarkən maddi çətinlik çəkmədiyini və işləməyi sevdiyini bildirib:. "Maddi çətinliklər çəkməmişəm

08.09.2026 196
.

Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı - Video

Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb olunub. Axşam.az xəbər verir ki, həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb edilib:. "Bakıda hərəkətin intensi

08.09.2026 331
.

Harri və Meqan Kralın məktubundan təəccübləniblər: cütlük "işləməyən kral ailəsi üzvü" kimi qalır

Sussex hersoqu Harri və hersoginya Meqan Kral II Çarlzın onların kral ailəsinin işləməyən üzvləri statusunu təsdiqləyən məktubundan əvvəlcədən kifayət qədər məlumatlandırılmadıqları üçün təəccübləniblər. xəbər verir ki, "Guardian"ın məlumatına görə, Bukingem Sarayının yüksək vəzifəli nümayəndəsi

08.09.2026 156
.

Sabah hava necə olacaq?

Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ

08.09.2026 202
.

İran-ABŞ müharibəsində SON VƏZİYYƏT: Döyüşlər şiddətləndi, neft bahalaşdı

İranla ABŞ arasında altı aydan çoxdur davam edən hərbi qarşıdurma sentyabrın əvvəlində yenidən kəskin mərhələyə daxil olub. Bir aylıq nisbi sakitlikdən sonra tərəflər hava, raket və dəniz hücumlarını bərpa ediblər. Hazırda əsas gərginlik nöqtəsi Hörmüz boğazıdır. İran bu ərazidə yeni "qapalı zona"

08.09.2026 175
.