"Nimesil" Azərbaycanda QADAĞAN EDİLƏCƏK? - RƏSMİ

"Nimesil" Azərbaycanda QADAĞAN EDİLƏCƏK? - RƏSMİBəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də və Avropada "Nimesil" dərman vasitəsi qadağan olunub. Səbəbini isə onunla əsaslandırırlar ki, "Nimesil"in çoxsaylı fəsadları var. Məsələn, sözügedən ağrıkəsicinin selikli qişanı, mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıtdığı, mədədə yanma hissi yaratdığı, bəzən qanaxmaya səbəb olduğu vurğulanır.

Maraqlıdır ki, Azərbaycanda bu preparat qadağan oluna bilərmi? Bu sualla Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə üz tutduq.

Sonxeber.az xəbər verir ki, AEM-dən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, nimesulid tərkibli dərman vasitələrinin qadağan edilməsi və ya məhdudlaşdırılması ilə bağlı qərarlar milli tənzimləmə yanaşmalarından asılıdır:

"Belə ki, bir qrup ölkələrdə riskləri olan preparatların preventiv şəkildə bazardan çıxarılmasına üstünlük verilir (ABŞ, Avstraliya və sair). Digər bir qrup ölkələrdə əgər risklər idarə edilə bilirsə, yanaşma olaraq daha çox məhdudiyyət strategiyası tətbiq olunur. Bu qrup ölkələrə Türkiyə, Rusiya, Ukrayna, Belarus və sair aid etmək olar.

Bəzi ölkələrdə nimesulidin istifadəsi məhdudlaşdırılmış olsa və ya qadağan edilsə də, bir çox ölkələrdə (İtaliya, Türkiyə, Polşa, Xorvatiya, Bolqarıstan, Macarıstan, Finlandiya, Yunanıstan, Meksika, Braziliya, Latviya, Litva, Malta, Kipr, Rusiya, Türkmənistan, Ukrayna, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və s.) istifadəsinə icazə verilib.

Bu tərkibli dərman vasitələri ölkəmizdə, dərman vasitəsi ilə əlaqəli müvafiq tövsiyələrə (qısa müddətli istifadəsi, resept əsasında buraxılması, ciddi həkim nəzarəti altında təyin edilməsi) riayət edilərək, nimesulidin faydasının potensial risklərindən üstün olduğu qərarı verildikdən sonra istifadəsini nəzərə alaraq və bir sıra farmakonəzarət tədbirlərinin icrası şərti ilə (dərman vasitəsinin təhlükəsizlik profilinin davamlı izlənilməsi) qeydiyyata alınıb".

Məlumatda vurğulanıb ki, mövcud hepatotoksiklik riskini idarə edə bilmək üçün nimesulid tərkibli dərman vasitələrinin (nümunə üçün "Nimesil") içlik vərəqəsinin (xəstələr üçün) müvafiq bölmələri vasitəsilə (İstifadəsinə göstərişlər, Əks-göstərişlər, Xüsusi göstərişlər və ehtiyat tədbirləri, Əlavə təsirləri, Digər dərman vasitələri ilə qarşılıqlı təsiri və s.) tanış olmaq mümkündür:

"İçlik vərəqəsinə əlavə edilən bu məlumatlar onun qaraciyər toksikliyi riski və digər əlavə təsirlərinin nəzarətə alınmasına və minimallaşdırılmasına imkan verir.

Bildiririk ki, bu qrup dərman vasitələri həkim resepti əsasında buraxılır və bir müalicə kursu çərçivəsində mümkün qədər qısa müddət ərzində və 15 gündən çox olmamaqla istifadə edilməlidir. Ümumiyyətlə, bu kimi riskləri olan dərman vasitələrini təyin etməzdən əvvəl müalicə həkiminiz tərəfindən bu dərman vasitəsinin faydaları və mümkün əlavə təsirləri arasındakı nisbət qiymətləndirilməlidir. Eyni zamanda onu da qeyd etmək istərdik ki, nimesulid tərkibli dərman vasitələri xroniki xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələrindən deyil. Bu dərman vasitəsi birdəfəlik ağrını aradan qaldırmaq üçün istifadə olunur və məhdud istifadə göstərişləri ilə və qaraciyər toksikliyi riski nəzərə alınaraq qeydiyyatdan keçib. Həmçinin müvafiq risklər tərəfimizdən nəzarətdədir və izlənilməyə davam edilir".

Bildirilib ki, nimesulid tərkibli dərman vasitələrinin istifadəsi yalnız həkimin fayda-risk qiymətləndirməsinə əsasən mümkündür və resept əsasında buraxılır:

"Yuxarıda qeyd olunan məsələ bir daha "Elektron resept" və "Dərman vasitələrinin təqib və izləmə" sistemlərinin əhəmiyyətini vurğulayır. Belə ki, bu sistemlərin birgə istifadəsi ilə ölkəmizdə fəaliyyət göstərən pərakəndə satış əczaçılıq müəssisələrində (apteklərdə) həkim resepti əsasında buraxılan dərman vasitələrinin resept olmadan satılması mümkün olmayacaq. Dərman vasitələrinin təqib və izləmə sistemi vasitəsilə həmin dərman vasitələrinin satışı həyata keçirilərkən onların təyin edildiyi elektron reseptin qeydiyyat nömrəsi tələb olunacaq və həmin reseptin doğruluğu sistem vasitəsilə yoxlanılacaq. Hər iki sistemdə məlumatlar uyğun olduğu təqdirdə, həkim resepti əsasında buraxılan dərman vasitələrinin satışının həyata keçirilməsi mümkün olacaq. Əks təqdirdə həmin dərman vasitələrinin satışı mümkün olmayacaq.

Sözügedən sistemlər yüksək risk qrupundan olan dərman vasitələrinin əhali arasında sui-istifadə hallarının qarşısının alınmasına, dərman vasitələrinin rasional istifadəsinin təşkil olunmasına və onların apteklərdə buraxılışı prosesinə dair daha ciddi tənzimləmə mexanizminin yaradılmasına xidmət edir".

Sonda vətəndaşlara xatırladılıb ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı insnalar AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 07 12), [email protected] elektron ünvanı və ya pharma.az saytının "Müraciət" bölməsi vasitəsi ilə müraciət edə bilərlər:

"Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1026   Tarix: 03 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP - dünənin, bu günün və sabahın partiyasıdır

1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı

16.11.2026 257
.

Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO

İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ

16.11.2026 286
.

Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanlar

16.11.2026 265
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16.11.2026 252
.

Din xadimləri dövlət qulluqçusu ola bilməyəcək

Din xadimləri, digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, o cümlədən və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmaya

16.11.2026 243
.

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əlaqələrinin yeni məzmun qazanmasına zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikas

16.11.2026 317
.

Deputatdan təklif: "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun"

Dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi iqtisadi iştirakı üçün hökumətin ayrıca fəaliyyət proqramının hazırlanması təklif olunur. xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Zahid Oruc parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

16.11.2026 166
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

16.11.2026 507
.

Qütb burulğanı vaxtından əvvəl zəifləyir: Avropanı sərt qış gözləyir?

Arktikada şaxtalı hava kütlələrini Şimal qütbü ətrafında saxlayan güclü küləklər sistemi - qütb burulğanı bu il gözləniləndən xeyli tez zəifləməyə başlayıb. Meteoroloqlar bunun Şimal yarımkürəsinin bəzi bölgələrində qışın sonrakı aylarında daha soyuq və quraq hava şəraiti riskini artıra biləcəyini bildirirlər

16.11.2026 148
.