Sensasion açıqlama: Səkkizinci qitə aşkar edilib
Sakit okeanın altında səkkizinci qitə aşkar edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə beynəlxalq alimlər qrupu tərəfindən GSA-da dərc olunan məqalədə elan edilib.
Bildirilir ki, söhbət Zelandiya adlanan qitədən gedir.
"Sakit okeanın suları altında, Avstraliyanın şərqində unikal geoloji formalaşma - Zelandiya qitəsi yerləşir. Təxminən 5 milyon kvadrat kilometr ərazisi olan bu torpaq kütləsi demək olar ki, tamamilə su altında gizlənib və yalnız kiçik bir hissəsi Yeni Zelandiya və Yeni Kaledoniya adaları şəklində suyun səthindən yuxarı çıxır", - deyə məqalədə qeyd olunub.
Alimlər geoloji tədqiqatlara istinadla bildiriblər ki, Zelandiya qitənin əsas meyarlarına cavab verir: aydın müəyyən edilmiş sərhədlərə malikdir, bir milyon kvadrat kilometrdən çox ərazini əhatə edir, ətraf okean qabığından yuxarı qalxır və daha qalın kontinental qabığa malikdir.
"Qitənin təxminən 94%-i suyun altındadır. Peyk qravitasiyası vasitəsilə əldə edilən batimetrik xəritələr Zelandiyanın vizuallaşdırılmasında böyük kömək göstərib. Əgər Yerin bərk səthinin hündürlüyü Mars və Veneranınkı kimi xəritələşdirilsəydi, Zelandiya qitə kimi müəyyən edilərdi", - deyə alimlər əlavə ediblər.
Hesablamalara görə, Zelandiya bir zamanlar Qondvananın sahəsinin təxminən beş faizini təşkil edib, təxminən 100 milyon il əvvəl ondan ayrılmağa başlayıb. Antarktidadan ayrılma prosesi 105 milyon il əvvəl başlayıb və 85 milyon il əvvəl başa çatıb. Təxminən 23 milyon il əvvəl qitə suya batıb".
Elm adamlarının sözlərinə görə, son tədqiqatlar qitənin yaşının əvvəllər düşünüldüyündən xeyli çox olduğunu vurğulayıblar.
"Biz iddia edirik ki, Zelandiya qismən su altında qalmış kontinental fraqmentlər toplusu deyil, 4,9 milyon kvadrat kilometr sahəsi olan vahid qitədir", - tədqiqatçılar məqalələrində yekunlaşdırıblar.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3111 Tarix: 02 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu
ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen
01.11.2026 718 Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm
06.11.2026 489 Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv
Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs
06.11.2026 613 ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
01.11.2026 728 Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
08.11.2026 339 Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı
Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə
03.11.2026 662 Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal
06.11.2026 555 Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri
01.11.2026 679 Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü
İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"
10.11.2026 333